Icma.az
close
up
RU
“Yerli qida məhsulları idxal mallarından daha təhlükəsizdir” MÜTƏXƏSSİS SƏBƏBLƏRİ AÇIQLADI FOTO

“Yerli qida məhsulları idxal mallarından daha təhlükəsizdir” MÜTƏXƏSSİS SƏBƏBLƏRİ AÇIQLADI FOTO

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Əhalinin sağlamlığının qorunması üçün qida təhlükəsizliyi vacib məsələlərdən biridir. Azərbaycanda bu sahədə müəyyən addımlar atılsa da, hələ də bir sıra problemlər qalmaqdadır. Bura kənd təsərrüfatı məhsullarında pestisid qalıqları, məhsulların düzgün saxlanılmaması, mənşəyi bəlli olmayan qidaların satışda olması daxildir. Xüsusilə yay aylarında bu risklər daha da artır.

Bu kontekstdə yerli məhsulların təbliği mühüm rol oynaya bilər. Yerli qidalar daha az məsafə qət etdiyi üçün onların təravəti və keyfiyyəti qorunur, əlavə konservantlara ehtiyac qalmır. Eyni zamanda, istehlakçılar məhsulun harada və necə yetişdirildiyini bilməklə daha təhlükəsiz seçim edə bilirlər.

Azərbaycanda qida təhlükəsizliyi problemləri nədən ibarətdir və yerli məhsulların təbliği bu problemlərin həllinə necə kömək edə bilər?

Mövzu ilə bağlı “Qida Təhlükəsizliyi Hərəkatı”nın rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Avtosfer.az-a açıqlamasında bildirib ki, qida təhlükəsizliyi istər Azərbaycanda, istərsə də dünyada bu gün əhalinin sağlamlığının qorunmasında ən əhəmiyyətli və önəmli rol oynayan sahələrdən biridir:


“Təbii ki, bu məsələnin təmin olunmasında aidiyyəti üzrə qurumlar davamlı olaraq fəaliyyət göstərsə də, hər bir istehlakçı da özü qida məhsullarını alarkən, saxlayarkən, bişirərkən və bişirdikdən sonra mühafizə edərkən bütün bu qaydalara əməl etməlidir. Çünki yalnız istehsal müəssisələrində və yaxud satış nöqtələrində deyil, məişət zəminində də qida təhlükəsizliyi qaydalarının pozulması nəticəsində baş verən zəhərlənmələrin sayı kifayət qədər çoxdur.

Bütün bu hallarda əsas diqqət olunmalı məqam ümumi şəkildə götürüldükdə, istehlakçıların birbaşa nəzarət edə bilmədiyi, lakin olduqca vacib olan qida məhsullarının “tarladan süfrəyə” qədər bütün zəncir üzrə izlənilə bilən olmasıdır. Əgər bu zəncirdə izlənilə bilməyən, hansısa qırılma, diqqətdən yayınma və ya saxlanma rejimində dəyişiklik olarsa, bu, artıq məhsulun keyfiyyətinin aşağı düşməsinə, bəzi hallarda isə haram olmasına və nəticə etibarilə istehlakçının sağlamlığının pozulmasına səbəb ola bilər.

Mütləq şəkildə, istər kənd təsərrüfatı məhsullarında, istərsə də istehsal olunmuş məhsullarda həmin məhsulun istehlakçıya qədər haradan gəldiyi, necə saxlandığı və nə ilə qidalandığı barədə şəffaf məlumatların olması zəruridir. Xüsusilə də yay aylarında, temperaturun yüksək olduğu dövrlərdə məhsullar düzgün şəraitdə saxlanmalı, daşınmalı və bu zaman temperatur rejimi, “mal qonşuluğu” prinsipi mütləq gözlənilməlidir. Əks halda, zəhərlənmə hallarının sayı artır”.

Mütəxəssis əlavə olaraq qeyd edib ki, bazarda mənşəyi məlum olmayan, etiketlənməmiş, yoxlamalardan keçməyən məhsullar da satışda olur ki, bu cür məhsullar həmişə risk qrupuna daxil olur və çox zaman saxta məhsullar sırasına düşür. Məhsulların tərkibində süni qatqıların, genetik modifikasiya olunmuş orqanizmlərin (GMO) istifadəsi də bu dövrdə sürətlə artdığı üçün insan sağlamlığına real təhlükələr yaradır və bu məqamlara ciddi şəkildə diqqət olunmalıdır.

Kənd təsərrüfatı məhsullarında bu gün pestisid və gübrə qalıqlarının olması və onlardan zəhərlənmə hallarının artması da xüsusi narahatlıq doğurur. Ona görə də bu məhsulların istehsalına ciddi nəzarət olunmalıdır. Tez-tez istifadə olunan gübrələrin müəyyən dozada istifadəsi vacibdir. Lakin bəzi hallarda fermerlər bu istifadənin miqdarı və qaydası barədə kifayət qədər məlumata malik olmur ki, bu da məhsulun gələcəkdə təhlükəli hala gəlməsinə və istehlakçıya zərər vurmasına səbəb ola bilər.
Yerli məhsulların olması və onların keyfiyyətli şəkildə təqdim olunması hər zaman əhalinin sağlamlığının qorunmasında əsas məsələlərdən biridir. İnsan orqanizminin sağlam olması üçün yaşadığı əraziyə yaxın – təxminən 4 kilometr radiusda yetişən meyvə-tərəvəz və heyvan mənşəli qidaların qəbul edilməsi daha faydalıdır. Bu cür məhsulların daha asan həzm olunması ilə yanaşı, onların təravətli olması, qida dəyərinin yüksək olması və əlavə konservantlardan daha az istifadə edilməsi də onların sağlam qidalanma baxımından üstünlüklərini artırır”.

Məhsəti Hüseynova yerli məhsulların təbliği, onların necə və harada yetişdirilməsi ilə bağlı əhalinin maarifləndirilməsinin vacib olduğunu vurğulayıb:

“Çünki uzun məsafələrdən daşınan məhsulların saxlanması və qorunması üçün müxtəlif kimyəvi maddələrdən istifadə olunur, lakin bu maddələr yerli məhsullarda ya istifadə olunmur, ya da daha az istifadə edilir. Bu isə həm istehlakçının daha təbii və sağlam qidalanmasına, həm də ölkənin iqtisadi inkişafına töhfə verən mühüm amillərdən biri kimi çıxış edir”.

Eltac Zülfüqaroğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 29 Aprel 2025 18:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see240

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see231

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see225

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see221

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see212

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see192

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see166

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see156

“Azərbaycanın bank sistemi Ermənistanın bank sistemi ilə müqayisədə zəifdir” DEPUTAT

19 Dekabr 2025 14:13see152

AKTA nın 2025 ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi FOTO

18 Dekabr 2025 20:27see148

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see145

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see140

ABŞ la danışıqlara hazırlaşırıq Peskov

18 Dekabr 2025 19:40see139

Lando Norris “İlin idman şəxsiyyəti” mükafatını götürməyə getməyib

19 Dekabr 2025 05:09see136

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see133

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see133

Cinayətkar ermənilərin məhkəməsi davam etdirilib...

18 Dekabr 2025 21:56see131

Keçmiş NASCAR pilotu Qreq Biffl ailəsi ilə birlikdə təyyarə qəzasında həlak olub

19 Dekabr 2025 00:33see130

Konfrans Liqasında Liqa mərhələsi yekunlaşdı

19 Dekabr 2025 02:21see127

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri