Icma.az
close
up
RU
Təyyarəylə həbsxanaya uçuş, hadisə yerində qalan sendviç qırıntısı və… Dünyanı şoka salan cinayətlər Xəbər saytı Son xəbərlər və Hadisələr

Təyyarəylə həbsxanaya uçuş, hadisə yerində qalan sendviç qırıntısı və… Dünyanı şoka salan cinayətlər Xəbər saytı Son xəbərlər və Hadisələr

Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

Nəhəng təyyarə oğurlayıb okeanın o tayına uçmaq? Ötən əsrin ortalarında, düz 55 il əvvəl gənc italyan üçün bu, elə də çətin deyildi.

BAKU.WS "Axşam Moskva"ya istinadən bu kimi digər qeyri-adi cinayət hadisələrini təqdim edir:

Çox nəzakətli bandit

31 oktyabr 1969-cu ildə ABŞ dəniz piyadası Raffaele Minichiello xidmətdən evə qayıdarkən 800 dollar əvəzinə cəmi 600 dollar maaş aldığını görür. Bundan sonra 19 yaşlı zirək gənc Kemp-Pendlton hərbi-dəniz bazasının anbarını qarət etməklə bu pulları kompensasiya etməyi qərara alır. Ardınca keçmiş hərbçi tarixi vətəni olan İtaliyaya qayıtmağı planlayır.

O, 15.5 dollar ödəyərək Los-Ancelesden San-Fransiskoya təyyarə bileti alıb göyərtəyə qalxır. Ələ keçirdiyi silhı və patronları tualetdə gizlədir (o vaxt təyyarəyə minərkən ciddi yoxlamalar aparılmırdı). Uçuşdan sonra oğlan tüfəngi çıxarıb Şarlin Delmoniko adlı stüardessaya tuşlayıb və kabinəyə getməyi tələb edib. Gənc orada təyyarənin qaçırıldığını və Romaya uçacağını bildirib. Pilotlar Raffaeleni inandırmağa çalışıblar ki, belə uzaq məsafəyə çatmaq üçün yanacaqları çatmayacaq. Ekipaj gəncə təklif edib ki, təyyarə ən yaxın şəhərdə yerə ensin, yanacaq doldursun. Minichiello bütün sərnişinləri və heyətin bir hissəsini buraxsın və bundan sonra təyyarə yoluna davam etsin. Təyyarəni qaçıran gənc təkliflə razılaşır.

Yolda o, özünü mehriban aparıb və sərnişinləri buraxarkən onlardan birinə Helloven kostyumunu içəridə unutduğu üçün kabinəyə qayıtmağa icazə verib.

Pilotların hadisədən sonra verdikləri məlumatlara görə, uçuş zamanı Raffaele stüardessaya solitaire oynamağı öyrədib, eniş zamanı heyəti otelə aparmağı təklif edib. Nəticədə qaçırılan gəmi ilə 11 min kilometr yol qət edən cinayətkar təbii ki, tutularaq həbsxanaya salınıb. Bununla belə, qaçırılan təyyarənin uçuş məsafəsinə görə dünya rekordu qırılıb.

Əfsanəvi rəsm əsərinin oğurlanması

1911-ci ildə Luvrun əməkdaşı Vinçenso Perugia ertəsi gün binanın ziyarətçilər üçün bağlanacağını bildiyi üçün muzeydə gizlənir. O, ağ iş önlüyünü geyinir və mühafizəçilərin üzünü çevirməsini gözləyir, beləcə Mona Lizanı oğurlayır. Vinçenzo tablonu iki il evdə saxlayıb və sənət əsərini vətəni İtaliyaya aparmağı planlaşdırıb. Çox güman ki, o, bunun qeyri-qanuni olaraq rəssam Leonardo da Vinçidən alındığına inanırdı. Lakin sonda əsər öz yerinə qaytarılıb və oğruya bir il həbs cəzası verilib. Vincenzo Perugia azadlığa çıxanda öz rəsm emalatxanasını açıb.

Diqqətsizlik uğursuz oldu

2003-cü ildə Leonardo Notarbartolo başda olmaqla bir neçə quldur Belçikanın Antverpen Mərkəzindən 100 milyon dollar dəyərində brilyant oğurlayıb. Cinayət üç ilə yaxın planlaşdırılmışdı və Notarbartolo özü mərkəzi daxildən araşdırmaq üçün uzun müddət özünü almaz taciri kimi göstərib. Oğurluğu törətdikdən sonra cinayətkarlar sağ-salamat qaçıblar və müstəntiqlər ərazidə yemək qırıntısı aşkar etməsəydilər, heç vaxt tutula bilməzdilər...

Belə ki, yarı yeyilmiş sendviç, özündə şübhəlilərdən birinə aid olduğunu sübut edilən DNT daşıyırdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://baku.ws
archiveBu xəbər 05 Noyabr 2024 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see155

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri