Icma.az
close
up
RU
Tez yağlanan saçlar üçün dəyərli məsləhətlər...

Tez yağlanan saçlar üçün dəyərli məsləhətlər...

Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bir çox xanımların əsas problemlərində biri də  tezyağlanan saçlardır. Çoxları ele düşünür ki, saçları tez tez yuduqda bu problemi aradan qaldırmaq olar.

Lakin, bu belə olmamaqla bərabər tam əks  təsir göstərə bilir. Səbəb odur ki, saçlarınızı tez-tez yuduqda , siz piy vəzilərinin işini daha da gücləndirmiş olursunuz, və bununla saçlar yağlandığından daha çox yağlanmağa başlayır.

Dermotoloqların fikrinə əsasən saçları həftədə 4 dəfədən artıq yumaq olmaz. Əgər səhər yuyulan saçlar axşam yağlanırsa, o zaman buna səbəb olan orqanizmdə baş verən hər hansı bir problemi araşdırmaq lazımdır.

Saçlar niyə tez yağlanır?

Buna səbəb genetik meyl və ya sonradan qazanılmış səbəblər ola bilər.

Müəyyən preparatların qəbulu, stress və qadın xəstəliklərin orqanizmdə hormonal pozğunluqlara gətirə bilər. Bu isə insanın xarici görünüşünə təsir edə bilər.Bu saçların yağlılığı ilə də müşahidə oluna bilər.

Problem daxili orqanlarda olduqda isə, heç bir kosmetik vasitələr bu problemin həllinə kömək edə bilməz. Belə vəziyyətdə həkimə müraciət edib, qaraciyər, öd kisəsi, mədəaltı vəz və mədəni yoxlamaq gərəkdir.

Həmçinin vacib əsaslardan biri mineral və vitamin komplekslərinin düzgün qəbuludur. Bunlardan :sink və A, B, E, C vitaminləridir. Bunun üçün isə düzgün qida rasionu və rejim mütləqdir. Çünki bunlar insanın immun sisteminə və ümumi fiziki vəziyyətinə bir başa təsir edir.

Yadda saxlayın, yarımfabrikat, acı, duzlu  və yağlı yeməklər, şirniyyat, arıqlamaq üçün saxladığınız pəhriz bütün daxili sistemin iş prinsipinə mənfi  təsir göstərmiş olur.

Baş dərisinin vəziyyətini yaxşılaşdırmaq üçün müəyyən kosmetik vasitələr olan, şampun, balzam və maskalardan istifadə edə bilərsiniz. Həmçinin dermotoloqlar saçları ilıq su ilə yumağı, soyuq aylarda isə papaq taxmağı məsləhət görürlər. Kimyəvi burma və boyama isə baş dərisinin vəziyyətini pisləşdirir və piy vəzilərinin işini  gücləndirir.

Sonda isə sizə yağlı saçlar üçün istifadə olunan bəzi maskaları təqdim edirik:

Alma sirkəsi maskası.

Xırda doğranmış alma və 1 x/q sirkə qatışdırılıb,10-20 dəqiqəlik baş dərisinə sürtülür. Sonradan ilıq su ilə yuyulur.

Gicitkən maskası.

500 qr gicitkəni  və 1/2 lt suyu  qazın üzərində bir neçə dəqiqə qaynadmaq lazımdır. Sonradan soyuduqdan sonra onu süzüb saçları hər yuduqdan sonra balzam kimi istifadə etmək məsləhət görülür.

Kefir maskası.

Kefiri baş dərisinə sürtüb, 20 dəqiqə saxlamaq lazımdır. Sonradan saçları ilıq su ilə yaxşı yuyub, axırda sirkə ilə qarışdırılmış su ilə yaxalamaq yaxşı effekt göstərir.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 21:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see661

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see335

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see326

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see326

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see319

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see287

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see283

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see279

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see258

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see257

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see256

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see249

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see240

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see237

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see220

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see218

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see211

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri