Icma.az
close
up
RU
Təzə maşın almaq istəyənlər bu xəbəri MÜTLƏQ OXUSUN Ən sərfəli qiymətə... Yeni Sabah

Təzə maşın almaq istəyənlər bu xəbəri MÜTLƏQ OXUSUN Ən sərfəli qiymətə... Yeni Sabah

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

2018-ci ildən bu il oktyabrın 1-nə Azərbaycanın sənaye zonalarından 360 milyon manatlıq avtomobil satılıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyi məlumat yayıb. Təkcə 2024-ün yanvar-sentyabr aylarında isə Hacıqabul Sənaye Parkından 53,86 milyon manatlıq 1 901 ədəd avtomobil, Neftçala Sənaye Məhəlləsindən isə 25,9 milyon manatlıq 1 072 ədəd avtomobil realizə edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil satışı təqribən 60% artıb. Sənaye zonalarında “Chevrolet”, “Isuzu”, “VGV”, “UAZ”, “Lada”, “Khazar” və s. markalı avtomobillər istehsal edilib.

Görəsən, yerli yığım avtomobillər yaxın gələcəkdə bu uğurlu tendensiyanı davam etdirə biləcəkmi? Bu proses bazarda hansısa markaların satışına təsir edə bilərmi?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev bildirib ki, zaman keçdikcə yerli yığım avtomobillərin çatışmazlıqları aradan qaldırılır və daha da mükəmməlləşdirilir:

“Azərbaycanda yaradılmış və avtomobili yığımı ilə məşğul olan sənayə zonaları uzunmüddətli perspektivdə nəzərdə tutulub. Ona görə də bu zavodların istehsal davamlılığı uzun sürəcək. Digər tərəfdən, həmin avtomobillərin keyfiyyətindən danışsaq, əlbəttə, ilk vaxtlar hansısa nöqsan və çatışmazlıqlar olsa da, bunları tənqid atəşinə tutmaq lazım deyil. Əksinə, bu addımı alqışlamaq lazımdır.

Sözsüz, istənilən işi quranda və layihəni quranda ilk öncə hansısa texniki qüsurlar ortaya çıxa bilir. Amma zamanla bu nöqsanlar aradan qaldırılır. Bu təkcə avtomobil industriyasında deyil, istənilən sahədə var”.

Eyyub Əliyev qeyd edib ki, yerli istehsal maşınlar hansısa markaların bazarına ciddi təsir etmir:

“Onların yığılması avtomobil bazarında hansısa xarici markaların və idxal olunan nəqliyyat vasitələrinin satışına hansısa mənfi təsir etməyəcək. Mən həmişə qeyd etmişəm ki, bu avtomobillər hansısa digər markaların bazar payına çox kiçik bir faiz təsir edə bilər. Amma nəzərə alsaq ki, hazırda taksi parkımız yenilənir və yeni avtomobillərin istifadəsinə ehtiyac olur, o zaman yerli yığım maşınlar bu prosesdə mühüm rol oynayır.

Qarşıda bizi böyük utilizasiya prosesi gözləyir və bu avtomobillərin vacibliyi diqqət mərkəzinə çəkiləcək. Utilizasiya zamanı yerli yığım avtomobillər maksimum varinat olacaq. Ona görə də biz maksimum dərəcə yerli istehsalın əhəmiyyətinə bu tərəfdən baxmalıyıq”. 

Nazim Hacıyev


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 06 Noyabr 2024 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see509

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see230

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see224

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see209

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see208

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see202

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see200

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see195

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see185

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see181

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see180

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see177

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see157

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see156

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see153

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see151

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see146

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see141

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see139

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri