Icma.az
close
up
RU
Tezliklə sülh sazişinin imzalanmasını gözləmək olmaz: Ermənistan onsuz da…

Tezliklə sülh sazişinin imzalanmasını gözləmək olmaz: Ermənistan onsuz da…

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Təbliğatla normal diplomatik fəaliyyəti qarışdırmaq lazım deyil. Diplomatlar öz işlərini görürlər, təbliğatda isə tez-tez dəyişikliklər olur. O baxımdan düşünmürəm ki, yaxın günlərdə Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanacaq".

Bunu Bakıvaxtı.az-a açıqlamadında deputat Rasim Musabəyov deyib.

Deputat bildirib ki, sülhün gələn ilin əvvəlində, ortasında imzalanması, yaxud uzanması bizim üçün fərq etməz, çünki 30 il müharibə şəraitində yaşamışıq:

"İndi şərti sərhədlərdə atəş açılmır, qan tökülmür. Yəni arada gərginlik yoxdur. Ona görə də mütləq mənada tərəflərin ilin sonuna kimi, ya da tez zamanda sülh sazişini imzalamasını gözləmək olmaz”.

Müsahibimiz deyib ki, düzdür, məsələlər tamamlanmamış sülhün tez zamanda olmasını istəyənlər var:

“Məsələn, Bayden Administrasiyası gələn ilin yanvarında işini bitirəcəyindən onlar tələsik sülhün imzalanmasında maraqlı idilər. Bunu özləri üçün uğur kimi qələmə vermək istəyirdilər. Biz Bayden Administrasiyasından yaxşı nə görmüşük ki, indi tələm-tələsik onlara yarımçıq sülh hədiyyə edək?”

R.Musabəyov qeyd edib ki, diplomatik proseslər gedir:

“Azərbaycan XİN başçısı deyib ki, danışıqlar konstruktiv istiqamətdə gedir və işlərin tamamlanmasına ümid edilir. Bizim üçün vacib olan budur. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və XİN rəhbəri Hakan Fidan da bəyan edir ki, proses dinamik gedir və sülhlə tamamlanması mümkündür, arzulanandır".

Rasim Musabəyov: Onsuz da sonradan ermənilər Konstitusiyanı dəyişmək məcburiyyətində qalacaq

Həmsöhbətimiz bəyan edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan da yaxşı bilir ki, bir ay ərzində Konstitusiyanı dəyişmək qeyri-mümkündür:

"Əslində Ermənistan Konstitusiyasında bir kəlmə də olsun nə "Qarabağ", nə də "Azərbaycan" sözü var. Ancaq Ermənistanın Müstəqillik Aktında Azərbaycana ərazi iddiaları yer almaqdadır. İrəvan iddia edir ki, Müstəqillik Aktı tarixi sənəddir. Konstitusiya Məhkəməsi də bildirir ki, hansısa müddəalar Konstitusiyada birbaşa əks olunmayıbsa, onun Konstitusiyaya dəxli yoxdur. Amma yalan danışırlar. Bir tərəfdən deyirlər ki, sərhədləri Almatı Bəyannaməsinə əsasən müəyyənləşdirək. Ancaq Ermənistan parlamenti Almatı Bəyannaməsini təsdiqləyərkən bu sənədin Qarabağa aid olmadığını qeyd etmişdilər. Çünki iddia edirdilər ki, guya Qarabağ Azərbaycandan ayrılmış və Ermənistanın tərkib hissəsi sayılır. Parlament qərar çıxarıb ki, heç bir erməni rəsmisi "Qarabağ Azərbaycan ərazisidir" ifadəsi yer alan sənədə qol çəkməməlidir. Ermənilər zəhmət çəksinlər, həm Müstəqillik Aktından işlək olmayan, heç bir hüquqi əsası olmayan həmin bəndi çıxartsınlar, parlament qərarı ilə bunu etsinlər. Onların bunu etməyə zamanları, imkanları var. O zaman Azərbaycana ərazi iddiası ilə bağlı müddəa da əhəmiyyətini itirəcək. Onsuz da sonradan ermənilər Konstitusiyanı dəyişmək məcburiyyətində qalacaq. O halda köhnə iddialara istinad olunmayacaq. Ancaq bunu etmirlər və deməli, oyun oynayırlar. Yalançını evinədək qovmaq lazımdır. Biz öz tələblərimizdən qətiyyən geri çəkilməyəcəyik"

Aydın Baxış

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 19 Dekabr 2024 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see197

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see145

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see137

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see137

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri