Müəssisələrə adların verilməsi zamanı bu günə kimi AMEA nın fikri nəzərə alınmayıb AÇIQLAMA
Icma.az, Redaktor.az saytına istinadən bildirir.
Azərbaycanda bir çox şirkətlərin, müəssisələrin, kafe, restoran, şadlıq evlərinin, təhsil kurslarının və digər obyektlərin xarici adlar seçdiyini və reklam lövhələrində xarici sözlərdən istifadə olunduğunu görürük.
Belə halların qarşısını almaq üçün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutu Dövlət Vergi Xidmətində qeydiyyatdan keçmək istəyən qurumlara adların qoyulması ilə bağlı rəy verə bilərmi?
AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlü Redaktor.az-a bildirdi ki, reklam lövhələrində daha çox ingilis mənşəli sözlərdən istifadə olunur.
""Azərbaycan Respublikasının Dövlət Dili haqqında Qanun"da göstərilib ki, müəssisənin adı birinci növbədə Azərbaycan dilində olmalıdır. Bu haqda çox müzakirələr gedib, monitorinqlər aparılıb. "Reklam haqqında Qanun"da da qeyd olunur ki, istənilən müəssisənin adı birinci növbədə ana dilində yazılmalıdır, ondan sonra isə başqa bir dildə verilə bilər. Bu adların verilməsi zamanı Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun bu günə kimi fikri nəzərə alınmayıb. Dilçilik İnstitutu vaxtaşırı monitorinqlər aparıb, öz tövsiyələrini və nəticələrini təqdim edib", - deyə dosent vurğuladı.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 05 Dekabr 2025 17:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















