Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Teztez xəstələnən uşaqlar. Səbəblər, düzgün müalicə

Teztez xəstələnən uşaqlar. Səbəblər, düzgün müalicə

Saglamolun portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hər mövsüm dəyişikliyi özlüyündə mövsümə uyğun xəstəliklərin aktivləşməsinə səbəb olur.

Payız-qış mövsümündə əhali arasında ən çox yayılan kəskin respirator xəstəliklərdir. Kəskin respirator xəstəliklər bir neçə kəskin infeksiyanın ümumi adıdır. Bunlar üç ümumi əlamət ilə birləşmiş xəstəliklər qrupudur.

1. Onlar infeksion mənşəlidir: viruslar və bakteriyalar tərəfindən törədilirlər.

2. Xəstəlik törədiciləri orqanizmə hava-damcı yolu ilə tənəffüs sistemi vasitəsilə keçirlər.

3. Kəskin respirator xəstəliklər zamanı (KRX)  birinci növbədə məhz tənəffüs üzvləri zədələnir (buna görə respirator xəstəliklər adlandırılırlar).

KRX  yer kürəsində ən çox yayılmış xəstəliklərdir. Dünyada hər il 1mlrd-dan çox xəstəliyə yoluxma halları qeyd olunur. KRX ən çox uşaqlarda müşahidə olunur. Həyatının ilk ayında olan körpələr nadir hallarda xəstələnir,  çünki onlarda transplasentar (anadan uşağa keçən) passiv immunitet saxlanılır. Amma  passiv immunitet olmadıqda bu yaşda  uşaqlarda xəstələnə bilər.

Uşaq yaşlarında xəstələnmə halları ən çox 6 ay – 3 yaş arası uşaqlarda təsadüf edir. Bu da onların uşaq müəssisələrinə getməsi ilə əlaqədardır. Bu yaş aralığında uşaqların tez-tez xəstələnməsi valideynləri çox narahat edir. ”Tez-tez xəstələnən uşaqlar“ dedikdə 1 yaşa qədər uşaqların ildə 4 dəfədən çox, 2-5 yaşda 5-6 dəfədən çox xəstələnməsi nəzərdə tutulur. Əslində sağlam, normal inkişaf edən bir uşaq üçün bu qorxulu hal deyil.

Belə ki, uşaqlarda anadan transplasentar yolla alınan passiv immunitet 6 aylığında itir. Bu səbəbdən 6 aylıqdan sonra uşaq orqanizmi tanış olmayan  törədici ilə rastlaşdıqda xəstələnir, nəticədə onun öz immuniteti formalaşmağa başlayır. Sözsüz, əgər uşaq bu xəstəlikləri yüngül, ağırlaşmasız keçirərsə, qorxmamalıyıq! Lakin qorxmamaq həkimə müraciət etməmək demək deyil.

Bəzən valideynlərin uşağın qızdırması qalxan kimi “qızdırma salan dərmanlardan”, antibiotiklərdən  istifadəsi tez sağalmaya yox, immun sistemin zəifləməsinə gətirir. Beləliklə, uşaq növbəti dəfə daha ağır xəstələnə bilər. Həkimdən düzgün məsləhət alaq, uşaqların sağlam böyüməsinə maneə olmayaq.

Bundan başqa, aşağıdakı hallar da  uşaqların tez-tez xəstələnməsinə və xəstəliyin ağır keçməsinə səbəb olur:

- Doğularkən uşağın döşə gec qoyulması, süni qidalara üstünlük  verilməsi

- Anemiya (daha çox dəmir defisitli anemiya)

- Raxit

- Hipotrofiyalar  (çəkinin normadan az olması)

- Dölün bətndaxili hipoksiyası

- Bətndaxili infeksiyalar, yenidoğulmuşun hemolitik xəstəliyini keçirmiş uşaqlar

- Bağırsaq disbiozu

- Həyat şəraitinin qeyri-kafi olması

- Antibiotiklərdən çox istifadə və s.

Tez-tez xəstələnən uşaqlar pediatr müayinəsindən keçməli, yanaşı  patologiyalar aşkar olunduqda səbəbi aydınlaşdırılmalı, müvafiq  müalicə aparılmalıdır. İlk növbədə ana südünün vacibliyi anaya aşılanmalıdır. Raxit, anemiya, hipotrofiya, bağırsaq disbiozunun profilaktikasına ciddi diqqət yetirilməlidir.

Təkrar xəstələnmə halları uşağın inkişafına mənfi təsir edir. Bu uşaq orqanizminin mühafizəsinin  zəifləməsinə, xroniki infeksiya ocaqlarının formalaşmasına səbəb olur, uşağın fiziki və psixiki inkişafını ləngidir.

KRX hər yerdə rast gəlinir. Epidemik və pandemik yayılmağa meyillidir. Epidemik prosesin gedişində törədicinin  rekombinant variantları əmələ gəlir ki, bunada əhali həssas olur. Belə həssaslıq xəstələrin sayının çox tez artmasına səbəb olur. İnfeksiya asanlıqla ötürülür  və xəstəlik sürətlə yayılır. İnfeksiyanın ötürülməsi ancaq hava-damcı yoluyla baş verir. Virus yuxarı tənəffüs yollarının selikli qişasından asqırma, öskürmə, danışıq və tənəffüs zamanı xaric olur və aerozol şəklində havada asılmış vəziyyətdə bir neçə dəqiqə saxlanıla bilər. Nadir hallarda infeksiya qulluq əşyaları, qab-qacaq və digər vasitələrlə ötürülə bilər. Keçirilmiş xəstəlikdən sonra immunitet davamlı deyil və ona görə də hər bir insan ildə bir neçə dəfə KRX-la yoluxa bilər.

Klinika və simptomlar:

KRİ və KRVİ zamanı əsas müşahidə olunan kliniki sindromlar:

İntoksikasiya sindromu: hərarətin yüksəlməsi, baş ağrısı, başgicəllənmə, zəiflik və əzginlik, əzələ və oynaqlarda ağrılar, ürəkbulanma, qusma, üzün hiperemiyası, ənsə əzələlərinin gərginliyi, konyuktivit, gözdə sklera damarlarının həssaslığı, tərləmə  v.s simptomlar müşahidə oluna bilər.

Kataral sindrom: boğaz ağrısı, burun tutulması və axması, öskürək, badamcıqlarda qızartı və ödem kimi simptomları özündə birləşdirir.

Hemorragik sindrom: adətən, 5-10 % hallarda müşaiyət olunur. Yumşaq damaqda papulyoz enantema və kiçik qansızma ocaqları, burundan qanaxmalar ola bilər. Bu sindromun ağırlaşmış forması ağ ciyərlərdə müşahidə olunan hemorragik ödemdir.

İnformasiya və dərman preparatlarının çoxluğu bəzən insanları səhv olan “özünümüalicə”  üsullarına sövq edir. Bunun nəticəsi olaraq müalicə düzgün getmədikdə ağırlaşmalar baş verir. KRX zamanı ağırlaşma, orqanizmdə hər hansı bir orqanda gedən patoloji prosesin xroniki formaya keçməsidir.

Məsələn, patoloji proses udlaqda müşahidə olunursa - xroniki faringit, burunda - xroniki rinit, qırtlaqda- xroniki laringit, bronxlarda - bronxit, proses burun boşluğundan qulağa keçdikdə –xroniki otit v.s.

KRX zamanı ən çox rast gəlinən ağırlaşmalardan biri də ağciyər iltihabı, yəni pnevmoniyadır. “Özünümüalicə” zamanı hərarəti aşağı salan preparatlar qəbul edərkən pnevmoniyanın yaranma riski və digər ağırlaşmalar artır. Bu, infeksiyanın yuxarı tənəffüs yolları ilə aşağı tənəffüs yollarına yayılmasına səbəb olur.

Pnevmoniyanın ağırlaşması daha çox yaşlılarda, immuniteti zəif insanlarda və mükəmməl immunitet sisteminə malik olmayan uşaqlarda müşahidə olunur. KRX zamanı digər ağırlaşmalardan biri də limfadenitdir- limfa düyünlərinin iltihabı (əsasən boyun bölgəsindəki limfa düyünləri zədələnir). Əlavə olaraq sinusit - kəllə ciblərinin iltihabı, irinli larinqotraxeit, radikulonevritlər, nevralgiya, bronxit, ağciyərlərin hemmoragik ödemi və s. ağırlaşmalar müşahidə oluna bilər.

Soyuqdəymə xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha yaxşıdır. Bunun üçün düzgün və faydalı qidalanma, kifayət qədər yuxu və istirahət, fiziki aktivlik, vitaminlərin qəbulu və immuniteti zəiflədən stresdən mümkün qədər uzaq durmaq lazımdır.

Müalicə zamanı bol maye qəbulu, vitaminoterapiya, öskürək və zökəm zamanı inhalyasiyalardan istifadə məqsədəuyğundur. Etiotrop müalicə zamanı neyroaminidaza inhibitorları, hemaqqlütinin inhibitoru, interferon və endogen interferonların induktorları istifadə olunur.

KRVİ zamanı antibiotiklərin təyinatına zərurət yoxdur, antibiotiklərin təyin edildiyi bütün hallarda isə göstərişin və seçim preparatlarının dəqiq əsaslandırılması vacibdir.

Məqalə Bioloji təbabət klinikası tərəfindən təqdim olunub

www.biolojitababat.az, www.btk.az

http://saglamolun.az/index.php/ozel-klinikalar/983-bioloji-tebabet-klinikasi.html

.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:237
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 02:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see379

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see303

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see291

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see262

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see262

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see246

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see243

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see238

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see230

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see229

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see213

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see212

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see210

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see208

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see208

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see207

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see201

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see198

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see195

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri