Təzyiq və spirt arasında əlaqə araşdırıldı
Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ARAŞDIRMA
Arıqlamağa kömək edən bakteriya aşkar edilib.
Danimarkanın Kopenhag Universitetində aparılan yeni araşdırma çərçivəsində alimlər bağırsaqda olan və arıqlama prosesinə təsir edən xüsusi bakteriya növünü aşkar edib. Bu bakteriya orqanizmdə iki xüsusi zülal istehsal edir ki, onların da çəkiyə birbaşa təsir etdiyi müəyyən olunub.
Tədqiqat zamanı siçanlar üzərində aparılan sınaqlarda bu bakteriyalar və onların istehsal etdiyi zülallar verilən heyvanların artıq çəki yığmadığı müşahidə edilib. Bundan əlavə, həmin siçanlarda şəkər səviyyəsinin azaldığı və sümük sıxlığının artdığı qeyd olunub.
Alimlər eyni bakteriyaların insan orqanizmində də rolunu araşdırıb və məlum olub ki, bu bakteriyaların çox olduğu şəxslər daha arıq olur. Tədqiqatçılar ümid edir ki, bu kəşf gələcəkdə artıq çəki və şəkərli diabet kimi problemlərin müalicəsi üçün effektiv dərmanların hazırlanmasına səbəb olacaq.
Saglamolun.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 21 Avqust 2025 11:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















