Icma.az
close
up
RU
“Təzyiqə tab gətirməlisən, bir oyunla hər şey bitmir” Ayxan Abbasov

“Təzyiqə tab gətirməlisən, bir oyunla hər şey bitmir” Ayxan Abbasov

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Təzyiqə tab gətirməlisən, bir oyunla hər şey bitmir” - Ayxan Abbasov

Azərbaycan milli komandası UEFA Millətlər Liqası D2 qrupunun oyunu çərçivəsində sabah Bakıda Litva yığmasını qəbul edəcək.

QOL.az sportal.az-a istinadən xəbər verir ki, baş məşqçi Ayxan Abbasov matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Litva da, biz də bir-birimizi yaxşı tanıyırıq. Əzmkar komandaya qarşı oynayacağıq. Bəzi futbolçular son matçda 90 dəqiqə meydanda oldular. 4-cü oyunumuza çıxırıq. Futbolçularla söhbətimiz oldu. Təəssüf ki, son matçda qələbə qazana bilmədik. O matçdan daha yaxşı çıxış etmək məcburiyyətindəyik. Futbolçularıma inanıram. Lixtenşteynlə qarşılaşmanı unudub, Litvaya qarşı mübariz oynamalıyıq. Azarkeşlərimizi sevindirmək istəyirik.

- Tənqidlər çoxdur. Futbolçularla nə danışırsız?

- Millidə oynamaq, çalışmaq böyük təzyiqdir. Bunlara tab gətirməlisən. Oyundan dərhal sonra futbolçularla təkbətək söhbətlərimiz oldu. Bəzi oyunçular var ki, buradakı təzyiqi hiss edirlər və klubdakı qədər rahat çıxış edə bilmirlər. Həmin futbolçulara baxsaq, milli karyeraları təzə-təzə başlayır. Onlara vaxt lazımdır. Təcrübəli oyunçularımız da var. Milli bu cür vəziyyətlərə düşüb. İnanırıq. Bundan da çətin vəziyyətdə komanda toparlanmışdı. Bir oyunla hər şey bitmir. Bu oyunlar bizə çox şey verir. İstəyirik ki, qrup lideri olaq. Gələn tsikldə C Liqası tam başqa cür keçiriləcək. Güclü rəqiblər daha çox olacaq. Komanda formalaşdırmaq üçün hansısa yolu keçməlisən, futbolçuları tanımalısan. Hər gün bizim üçün yenilik və sınaqdır. Bunlar hamısı bizim üçün təcrübədir.

- Malta və San-Marinonu uda bilməyəndə milli siqnal verirdi ki, Litva və Lixtenşteyni uda bilməyəcəyik?

- Orada oyunlardan öncə media nümayəndələri ilə bərabər idik. Suallar olurdu ki, Litva və Lixtenşteynin yer aldığı qrupda çətin olacaq? Demişdim ki, çətin olacaq. Malta ilə görüşdə epizodlarımız var idi, dəyərləndirə bilmədik. Eyni ssenari Lixtenşteynlə görüşdə oldu. San-Marino və Tacikistana qalib gəldik, amma məmnun olmadıq. Həm yaxşı oyun, həm böyükhesablı qalibiyyət istəyirik. Azarkeşlər haqlıdır. Bu gün öz gücümüzü tam qəbul etmirik. Bəhanə kimi demirəm, hücum xəttində Mahir Emreli və Musa Qurbanlıdır. Komanda olaraq Mahirə köklənmişik. Futbolçularımız az oynayır. Klubdakı qol duyumları azdır. Tam ideal formada deyillər. Bu da istər-istəməz komandaya təsir edir. Bu çətinliklərin içərisində təslim olmamalıyıq.

- Nəzərə alsaq ki, futbolçularımız oynamır, legioner limiti də yoxdur. Qarşıdakı tsikllər də bu cür davam edəcək?

- Tək limiti bəhanə etməyək. Rüfət Abbasovu qeyd edə bilərik ki, öz klubunda rəqabətdə legioner futbolçunu qabaqlayır. Klublarda verilən şansları düzgün dəyərləndirmək lazımdır. İddialı klublarda rəqabət aparmaq daha çətindir. Bizi sevindirən odur ki, Renat yeni kluba getdi. Gedəndən mütəmadi oynamağa başlayıb. Onun Ukraynada yaxşı oynaması birbaşa milliyə təsir edəcək. Mahir oynayır, klublarımızda oynayanlar var. Digərləri də rəqabətdə udmalıdırlar. Çıxış yolumuz futbolçuların daha yaxşı formada olmasıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://qol.az
archiveBu xəbər 03 Oktyabr 2026 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see360

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see352

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see321

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see312

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see297

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see281

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see280

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see262

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see251

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see246

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see245

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see236

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see224

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see219

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see207

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see193

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see188

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri