Icma.az
close
up
RU
The Economist : Dünya xərçənglə müharibədə qalib gələcək Bəs necə?

The Economist : Dünya xərçənglə müharibədə qalib gələcək Bəs necə?

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

"Xərçənglə mübarizədə tərəqqi heyranedicidir: Ölüm nisbəti əhəmiyyətli dərəcədə azalıb və daha da azalacağa bənzəyir".

Qaynarinfo xəbər verir ki, bunu "The Economist" qəzeti yazıb.

"1971-ci ildə ABŞ prezidenti Riçard Nikson xərçənglə müharibə elan etdi. Cəmi iki il əvvəl, böyük elmi ambisiyalar və dövlət iradəsinin birləşməsi sayəsində "Apollon" proqramı insanları Aya çatdırmışdı və xərçəngə qalib gəlməyə dair ümidlər yüksək idi. Bəzi həkimlər ciddi şəkildə xərçəngin müalicəsinin bir neçə il ərzində tapılacağını deyirdilər. Onlar səhv etdilər. Bu gün hər bir böyük yaşlı insan ya özü xərçənglə üzləşib, ya da onunla mübarizə aparan birini tanıyır - çox vaxt isə hər ikisi. İnkişaf etmiş ölkələrdə kişilərin yarısı və qadınların 1/3-i bir və ya digər formada xərçəng gözləyir. ABŞ-də xərçəng ürək xəstəliklərindən sonra ölüm səbəbləri arasında ikinci yeri tutur, ildə təxminən 600 min van alır", deyə nəşr qeyd edir.

Qlobal miqyasda hər altı ölümdən birinin səbəbkarı xərçəngdir. Əgər "qələbə" onillik (və ya hətta iki-üç onillik) ərzində tam müalicə kimi başa düşülürsə, onda müharibənin uduzulduğu görünür:

"Amma bu belə deyil. Real tərəqqi aşkardır və davam edir. Xərçəng yaşla sıx bağlıdır. Hesablamadan insanların daha uzun yaşaması faktını çıxarsaq, aydın olur: varlı ölkələrdə xərçənglə mübarizədə dönüş nöqtəsi 1990-cı illərin əvvəllərində baş verdi. O vaxtdan bəri xərçəngdən yaşa görə tənzimlənmiş ölüm nisbəti ilbəil sabit şəkildə azalır. ABŞ-də bu göstərici bu gün 1990-cı illərlə müqayisədə üçdə bir azdır. Digər inkişaf etmiş ölkələrdə də oxşar dinamika müşahidə olunur".

Bəzilərinin "ildırım müharibəsi" kimi gözlədiyi şey, uzunsürən, lakin uğurlu bir yorğunluq müharibəsinə çevrilib. Bununla belə, bəzi qələbələr həqiqətən də heyrətamiz olub: əvvəl uşaq leykemiyası diaqnozu hökm kimi səslənirdi, bu gün isə beşillik sağ qalma nisbəti 90%-i keçir:

"Xərçəng tək bir xəstəlik deyil, bütöv bir qrup xəstəlik olduğundan, uğur tək bir irəliləyişdən deyil, minlərlə kiçik addımlardan gəldi: erkən diaqnostikanın, cərrahiyyənin, dərman terapiyasının təkmilləşdirilməsi".

Gələcək uğurlar haradan gələcək?

Qəzet yazır ki, uğur üç əsas mənbədən gələcək. Birincisi - varlı ölkələrin uğurlu həllərinin bütün dünyada tətbiqi. Xərçənglə mübarizədə ən çox qiymətləndirilməyən qələbə profilaktikadır. Bəlkə də ona görə ki, qarşısı alınan xəstəliklər müalicə olunanlardan daha az diqqət çəkir. Məsələn, inkişaf etmiş ölkələrdə siqaret çəkmə səviyyəsinin azalmasının 1975-ci ildən bəri ABŞ-də 3 milyondan çox həyatı xilas etdiyi təxmin edilir. Siqaret çəkmə hələ də dünyada hər beş xərçəng ölümündən birinə səbəb olduğundan, yoxsul və inkişaf etməkdə olan ölkələrdə antitütün kampaniyaları böyük fayda gətirə bilər.

Tərəqqinin ikinci mənbəyi - dərmanların ucuzlaşması və onları almağa imkan verən gəlirlərin artmasıdır. Uşaqlıq boyunu xərçəngi - ən çox yayılmış qadın onkoloji xəstəliklərindən biridir, demək olar ki, həmişə insan papilloma virusu (HPV) tərəfindən törədilir. 2008-ci ildə Böyük Britaniya yeniyetmələri HPV-yə qarşı peyvənd etməyə başlayıb. 15 il sonra 30 yaşdan aşağı qadınlar arasında xəstələnmə 90% azalıb. Ölkədə artıq bu xərçəng formasının 2040-cı ilə qədər kökünün kəsilməsindən danışılır. Birinci nəsil peyvənd bahalı idi, amma bu gün Hindistanda daha ucuz versiyası hazırlanıb və ölkədə genişmiqyaslı peyvəndləmə proqramı başlayıb.

Üçüncü yol - yeni elmi biliklərin kliniki praktikada tətbiqidir. Bu iki mərhələni əhatə edir: ən çox risk altında olanları müəyyən etmək və xəstəliyin özünü göstərməmiş inkişafını dayandırmağı öyrənmək.

Alimlər artıq hansı gen mutasiyalarının riski artırdığını bilirlər - məsələn, döş və prostat xərçəngi ilə əlaqəli BRCA-1 mutasiyası. Lakin xərçəng xəstələrinin yarısından azının məlum risk amilləri var. Və hətta prekanser (xərçəngöncəsi) dəyişiklikləri zamanı belə - həmişə zərərli şiş yaranmır. Məsələn, bağırsaqdakı poliplərin cəmi 5-10%-i xərçəngə çevrilir.

Məqsəd - bu nüansları anlamaq və müalicənin maksimum effektiv olduğu ən erkən mərhələlərdə xərçəngi aşkar etməyi öyrənməkdir. Bu, biobanklara giriş, həmçinin canlı hüceyrələrdə gen fəaliyyətinin izlənməsi texnologiyalarına giriş tələb edir - bu on il əvvəl mümkün deyildi.

Yeni biomarkerlar (qanda və hətta nəfəsdə) və genlərin ətraf mühil amilləri ilə qarşılıqlı əlaqəsinin anlaşılması sayəsində həkimlər həqiqətən kimə müalicə lazım olduğunu daha dəqiq müəyyən edə biləcəklər. Bu, bahalı və ağır keçən lazımsız əməliyyatların, kimyaterapiyanın və şüa terapiyasının qarşısını almağa kömək edəcək.

"Kimə həqiqətən müalicə lazım olduğunu müəyyən etməklə, həkimlər getdikcə daha geniş üsullar çeşidini tətbiq edə biləcəklər. Bəzi ucuz preparatlar profilaktikada effektivliyini göstərir. Məsələn, aspirin, irsi xəstəlik olan Linç sindromu olan xəstələrdə bağırsaq xərçəngi riskini yarıya endirir. Şəkər xəstəliyinə qarşı ucuz preparat olan metformin, müəyyən növ döş xərçəngi keçirmiş qadınlarda təkrarlanma ehtimalını azaldır. Yeni nəsil preparatlar, məsələn, GLP-1 reseptor aqonistləri (Ozempiq kimi) də ümidverici nəticələr göstərir", deyə "The Economist" yazır.

Yeni istiqamət: İmmun sistemi xərçəngə qarşı

Ənənəvi üsullara - cərrahiyyəyə, kimyaterapiyaya və şüalı terapiyaya - yeni bir strategiya əlavə olunur: şişlə mübarizə üçün öz immun sisteminin aktivləşdirilməsi. Bəzi peyvəndlər konkret xəstəyə və artıq inkişaf etmiş xərçəngə uyğunlaşdırılacaq.

Digərləri adi peyvəndlər kimi təsir edəcək və xərçəngin erkən mərhələdə yaranmasının qarşısını alacaq. Döş və bağırsaq xərçənginə qarşı peyvəndlər artıq klinik sınaqdan keçir.

Səssiz qələbə

Yaxşı xəbərlər nadir hallarda başlıqlara düşür, xüsusən də tədricən baş verdikdə. Xərçəngə qarşı müharibə də məhz belədir. Hər şey mükəmməl deyil: dərmanlar hələ də bahalıdır, dərman şirkətləri xəstəliyi hələ inkişaf etməyən xəstələrdə yan təsirlərə görə məhkəmə iddialarından qorxurlar, Tramp administrasiyası Milli Xərçəng İnstitutunun maliyyələşməsini kəsməyi planlaşdırır - bu elmi geriyə atıb gəncləri peşədən uzaqlaşdıra bilər.

"Lakin buna baxmayaraq, qiymətlər aşağı düşəcək, yeni dərmanlar bazara çıxacaq, iş isə Avropada, Çində və digər ölkələrdə davam edir. 2025-ci ildə Çin onkologiya tədqiqatlarının sayına görə ilk dəfə ABŞ-ni ötüb keçdi. Və məhz buna görə də xərçəngdən yaşa görə ölüm nisbəti azalmağa davam edəcək - ilbəil", deyə nəşr yekunlaşdırıb.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 18 İyul 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri