Icma.az
close
up
RU
“The National”: Girovları azad etmək üçün HƏMAS a bir həftə vaxt lazımdır

“The National”: Girovları azad etmək üçün HƏMAS a bir həftə vaxt lazımdır

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 6 oktyabr, AZƏRTAC

Sağ qalan israilli girovları azad etmək, həmçinin ölən əsirlərin qalıqlarını tapıb geri qaytarmaq üçün Fələstinin HƏMAS hərəkatına təxminən bir həftə vaxt lazımdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin “The National” qəzeti mənbələrinə istinadla məlumat yayıb. Qəzetin yazdığına görə, Misir həlak olan israillilərin cəsədlərinin axtarışı və eksqumasiyası üçün Qəzza sektorunun “müəyyən ərazilərinə” xüsusi texnika göndərməyi planlaşdırır. Axtarış əməliyyatının iştirakçıları bunun üçün İsrail ordusundan icazə almalıdırlar.

Bundan əvvəl belə bir məlumat yayılmışdı ki, HƏMAS rəhbərliyi Qəzzada döyüşlərin intensivliyi səbəbindən bəzi girovları saxlayan silahlılarla əlaqəni itirib. Bundan əlavə, ölən girovların basdırıldığı yerləri tapmaq çətinləşib. Çünki cəsədlərin bir çoxu İsrailin hava zərbələri nəticəsində dağıdılan tunellərdə basdırılıb.

"Həm sağ qalan, həm də ölmüş girovların təhvil verilməsi, ehtimal ki, əvvəllər planlaşdırıldığı kimi, üç gün deyil, bir həftə çəkəcək", - deyə qəzetin mənbələrindən biri qeyd edib.

Xatırladaq ki, oktyabrın 3-də HƏMAS ABŞ Prezidenti Donald Trampın Qəzza münaqişəsinin həlli planı ilə bağlı vasitəçilərə cavab təqdim edib. Hərəkat sağ qalan bütün israilli girovları azad etməyə və ölənlərin cəsədlərini təhvil verməyə hazır olduğunu bildirib. Bununla belə, HƏMAS siyasi bürosunun üzvü Musa Əbu Mərzuq planda nəzərdə tutulduğu kimi, bütün girovların 72 saat ərzində azad oluna biləcəyinə şübhə etdiyini bildirib. Tramp isə buna cavab olaraq “gecikmələrə dözməyəcəyini” bəyan edib. O deyib ki, HƏMAS tez hərəkət etməlidir, əks halda “hər şey itiriləcək”.

İsrail və HƏMAS arasında dolayı danışıqların yeni raundu oktyabrın 6-da Misirdə keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Oktyabr 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri