Icma.az
close
up
RU
Menu

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

Bakının 27 istiqamətində tıxac VAR Foto

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Tibb dünyasını təəccübləndirən hadisə: Həddindən artıq sevinc ürəyi dayandıra bilər?

Tibb dünyasını təəccübləndirən hadisə: Həddindən artıq sevinc ürəyi dayandıra bilər?

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

Tibbdə ən məsum səslənən adlardan birinə malik xəstəlik təcili müdaxilə tələb edə bilər. “Oxford Medical Case Reports” jurnalında dərc olunan klinik hadisə təhlili böhran əlamətləri ilə xəstəxanaya müraciət edən 65 yaşlı qadının ürəyindəki balonlaşmanın arxasındakı qorxulu həqiqəti ortaya çıxarıb.

Qaynarinfo xəbər verir ki, qızının nikah mərasimində yaşadığı böyük sevinc 65 yaşlı qadını toy mərasimindən üç gün sonra xəstəxananın təcili yardım şöbəsinə gətirib. Qadın hərəkət etdikcə şiddətlənən nəfəs darlığı və sinə ağrısından əziyyət çəkirdi. Həkimlər ilkin olaraq damar tutulmasından və ya ürək əzələsinin iltihabından şübhələniblər.

Lakin aparılan ətraflı müayinələr tamamilə fərqli mənzərə ortaya çıxarıb. Ürəyin sol mədəciyində nəzərəçarpacaq zəifləmə və balonvari genişlənmə müşahidə olunub. Bu vəziyyət tibbi ədəbiyyatda “xoşbəxt ürək sindromu” kimi tanınan nadir xəstəliyin bariz nümunəsi kimi qeydə alınıb.

Normal şəraitdə həddindən artıq emosional yüklənmə ürək sağlamlığı üçün təhlükə yarada bilər. Xalq arasında “sınıq ürək sindromu”, tibbi adı ilə isə Takotsubo kardiomiopatiyası kimi tanınan bu xəstəlik ağır itkilər, maliyyə çöküşü və kəskin mübahisələrdən sonra meydana çıxa bilər.

Güclü adrenalin və noradrenalin ifrazı ürəyin aşağı hissəsində qanı pompalamaq funksiyasının pozulmasına səbəb ola bilər. Ürək tutmasını demək olar ki, tam şəkildə təqlid edən bu proses ürəyin dayanması kimi ciddi nəticələrə gətirib çıxara bilər.

“Oxford Medical Case Reports”da təqdim olunan son klinik hadisə yalnız kədərin deyil, saf sevincin də sinir sistemini həddindən artıq stimullaşdıra biləcəyini göstərib.

Bəzi tibbi terminlər xəstələri əbəs yerə qorxuda bilər. Məsələn, dondurma yeyərkən yaranan qısamüddətli baş ağrısına “sfenopalatinal qanqlionevralgiya” diaqnozu qoyulduqda insanlar təşvişə düşə bilər. Halbuki bu vəziyyət tamamilə zərərsizdir.

“Xoşbəxt ürək sindromu”nda isə əksinə, vəziyyət daha ciddidir. Son dərəcə sevimli səslənən bu ad xəstəliyin klinik risklərini kölgədə qoya bilər. Təcili tibbi müdaxilə tələb edən vəziyyət düzgün idarə olunmadıqda təhlükəli nəticələrə səbəb ola bilər.

Xoşbəxtlikdən xəstəxanaya çatdırılan gəlin anası müalicədən sonra sağalıb. Müayinələr zamanı ürək funksiyalarının tamamilə normallaşdığı müəyyən edilib.

Tədqiqatçılar vurğulayırlar ki, “xoşbəxt ürək sindromu” ənənəvi “sınıq ürək sindromu”ndan müəyyən xüsusiyyətlərinə görə fərqlənir. Bu hallarda balonlaşma ürəyin zirvə hissəsində deyil, orta və aşağı hissələrində yaranır. Bundan əlavə, xəstəliyin klinik gedişi adətən daha yüngül olur.

Ürək tutması şübhəsi ilə xəstəxanaya müraciətlərin cəmi 1-2 faizini təşkil edən bu xəstəlik olduqca nadir hallarda müşahidə olunur. Buna baxmayaraq, həkimlərin həddindən artıq sevinc yaşayan xəstələrdə bu ehtimalı nəzərə alması böyük əhəmiyyət daşıyır. Bu, həm lazımsız müdaxilələrin qarşısını almağa, həm də düzgün diaqnoz qoymağa kömək edə bilər.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 12 Avqust 2026 21:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see359

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see309

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see279

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see253

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see248

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see243

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see229

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see224

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see224

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see221

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see206

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see202

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see202

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see199

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see193

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see193

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see193

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see187

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see183

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri