Tibb məntəqələri var, amma adi bir iynəni belə vurmurlar Video
Axar.az saytına istinadən Icma.az xəbər verir.
Oğuz rayonunun kəndlərində sakinlər tibb məntəqələrinin olmasına baxmayaraq, lazımi tibbi xidmətlərdən yararlana bilmədiklərini bildirirlər.
Sakinlərin sözlərinə görə, tibb məntəqələri olsa da, adi bir iynəni vurdurmaq üçün kilometrlərlə məsafəni qət edərək şəhər mərkəzinə getməli olurlar.
"Əgər burada məntəqə və tibb bacısı varsa, niyə iynə vurmağa icazə verilmir? İcazə yoxdursa, bu məntəqələr niyə yaradılıb? Bir neçə ay bundan əvvəl burada ilkin yardım göstərilmədiyi üçün xəstəni rayon xəstəxanasına aparmalı olduq. 15 dəqiqə geciksəydik, uşaq ölərdi. İlkin yardım olsaydı, belə hal baş verməzdi", - deyə sakin narazılığını ifadə edib.
Axar.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.az-a inyeksiya və venadaxili infuziyanın ilkin tibbi sanitariya mütəxəssislərinin xidmət sahəsinə daxil olmadığı bildirilib:
"Bu baxımdan da tibbi protokollara uyğun olaraq, bu xidmətlər ailə sağlamlıq mərkəzlərində və tibb məntəqələrində həyata keçirilmir".

