Icma.az
close
up
RU
Tibb Universitetinin elmi jurnalının oğurluq variantı üzə çıxıb: dələduzlar 500 dollara elmi məqalə dərc edirlər Professor həyəcan təbili çalır

Tibb Universitetinin elmi jurnalının oğurluq variantı üzə çıxıb: dələduzlar 500 dollara elmi məqalə dərc edirlər Professor həyəcan təbili çalır

Icma.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Tibb Universitetinin elmi nəşri - Azərbaycan Əczaçılıq və Farmakoterapiya" jurnalının (Azerbaijan Pharmaceutical and Pharmacotherapy Journal) adının "Scopus" tərəfindən "yırtıcı jurnal" elan olunaraq siyahıdan çıxarması haqda ötən ay Mia.az Xəbər Portalında dərc olunan materiala qarşı tərəfdən rəsmi aydınlıq gətirilib.

Azərbaycan Əczaçılıq və Farmakoterapiya" jurnalının Baş redaktoru, professor Tahir Süleymanov Mia.az -a bildirib ki, Küveytdə yerləşdiyi güman olunan dələduizlar jurnalın "com" domeni üzərində oğurluq variantını "işlədir".

Baş redaktor, Professor Tahir Süleymanov Mia.az-a cavab məktubuna bu barədə onlarla sənədi (Rektor Gəray Gəraybəylinin əlaqədar qurumlara, eləcə də özünün və digər elm adamlarının jurnalın oğurluq variantının qarşısının alınmasından bıhs edən rəsmi məktubları və sair) dəlil kimi əlavə edib.

O, təəssüflə qeyd edib ki, hələ də com varinatı ilə jurnalın oğurluq variantlını dayandıra bilməyiblər:

"Azərbaycan Tibb Universitetinin təssisçisi olduğu və Beynəlxalq “Scopus” bazasına daxil olan “Azərbaycan Əczaçılıq və Farmakoterapiya jurnalı”nın oğurluq – saxta variantı dərc edilir.

Sizi məlum edirəm ki, Azərbaycan Tibb Universitetinin təsisçiliyi ilə 2001-ci ildən Azərbaycan Əczaçılıq Jurnalı (2007-ci ildən “Azərbaycan Əczaçılıq və Farmakoterapiya jurnal”ı adı ilə)http://www.azpharmjournal.org ) dərc olunur. Jurnal dərc edildiyi gündən müəlliflərə qarşı tələbkarlığı ilə seçilmiş, dərc olunan materialların beynəlxalq standartlara uyğun olması istiqamətində çalışmışdır.

Jurnal əvvəlcə Azərbaycan Rеspublikası Prеzidеnti yanında Ali Attеstasiya Kоmissiyasının  tövsiyə  еtdiyi nəşrlərin siyahısına daхil edilmiş, eləcə də  jurnalda dərc olunan işlər haqqında məlumatlar  Beynəlxalq bazalarda Chеmical Abstracts və Еlsеvıеr bibliоgraphic Database-də (ЕMBASЕ) vеrilir.

Jurnal 2007-ci ildən İSSN-İnternational Centre tərəfindən qeydiyyata alınmışdır (İSSN 1994-1951). Yekunda 2016-cı ildə inkişaf etmiş ölkələr arasında “Scopus” tərəfindən keçirilən mükafatlandırılma tədbirində Azərbaycan Əczaçılıq jurnalı mükafatlandırılmış, Scopus bazasına daxil edilmiş və qısa müddət ərzində jurnalın impakt faktoru da yüksəlməyə başlamışdır.

Belə ki, 2023-cü ilin yekunlarına görə jurnal Q3 kvartilinə daxil edilmiş və impakt faktoru 0.4 olmuşdur. Təsdiqedici sənədlər - Jurnalın rəsmi nizamnaməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyat şəhadətnaməsi; 2007-ci ildə İSSN 1994-1951 kodunun təsdiqlənməsi sənədi “Scopus” məlumatları məktuba əlavə olunur.

Keçən müddət ərzində jurnal populyarlıq qazanmış və dünyanın bir sıra ölkələrindən, o cümlədən ABŞ, Fransa, Slovakiya, Polşa, Portuqaliya, Türkiyə Cumhuriyyəti, İran İslam Respublikası və s., həmçinin də MDB ölkələrindən müəlliflərin məqalələri dərc edilmişdir. 

Çox təəssüf ki, hal-hazırda dünyada bu cür hallar mövcuddur ki, qısa müddət ərzində tez qazanc götürmək üçün Beynəlxalq bazalara daxil olan jurnalların feyk variantları yaradılır və üstü açılana qədər fəaliyyət göstərirlər. Biz bu hal ilə 2022 ci ildən üzləşmişik. Bizim jurnalın oğurluq-feyk variantı “Küveyt Elmi Fondu”nun adından www.azpharmjournal.com  saytı vasitəsi ilə dərc olunmağa başlamışdır.

Qeyd etmək lazımdır ki, Azərbaycan Əczaçılıq və Farmakoterapiya jurnalında xarici müəlliflərin məqalələri pulsuz olaraq çap edilir, lakin saxta yaradılmış jurnalda isə məqalənin dərc edilməsi üçün 500 (beş yüz) ABŞ dolları ödəniş tələb olunur.

Jurnalın oğurluq variantının 2022-ci ildən dərc olunmasına baxmayaraq, bizim jurnalın 2001-ci ildən dərc olunan bütün nömrələri üzrə arxivdə yerləşdirilmiş məqalələr də mənimsənilərək öz adlarına göstərilir.

Beləliklə, təqribən 20 il ərzində Azərbaycan Əczaçılıq və Farmakoterapiya jurnalının qazandığı reytinq və imic saxtakarlıq edilərək mənimsənilmiş, jurnalın redaksiya heyətinə maddi və mənəvi zərər vurulmuşdur.

Hətta Latviyada yaşayan alim, professor Doroxov (http://[email protected]) hansı ki, əvvəllər bizim jurnalda məqaləsi dərc edilibdir, müraciət edərək yazıb ki, "görürəm ki, jurnalınızın oğurluq variantı çap olunur. Lazım olsa, mən də köməklik edə bilərəm".

Lakin bir müddətdən sonra  biz gördük ki, jurnalımızın fake variantında növbəti saxtakarlıq edərək professor Doroxov redaksiya heyətinin üzvü kimi göstərilir. Bizim və prof. Doroxovun özünün müraciətindən sonra onun adı da redaksiya heyətindən silindi.

Fake jurnal dərc olunandan sonra bizim jurnalda dərc olunan məqalələrin Scopus tərəfindən indeksasiya olunmaması haqqında müəlliflərdən şikayətlər daxil olmağa başladı.

Biz həmin müddətdən www.azpharmjournal.com  saytı ilə deyil, www.azpharmjournal.org ilə işləməyə başlamış və bu barədə Scopusa müraciət etmişik.

Bu müddət ərzində baş redaktor olaraq tərəfimizdən müxtəlif tədbirlər görülmüş, “Scopus” bazasına, “Scimago journal rankings” təşkilatına, jurnalda feyk olaraq göstərilən “baş redaktor”lara və s. müraciətlər edilmişdir.

Jurnalın təsisçisi Azərbaycan Tibb Universiteti olduğuna görə, ATU-nun rektoru prof. Gəray Gəraybəyli tərəfindən “Scopus” rəhbərliyinə müraciət olunub (məktub əlavə olunur!). Lakin bu günə qədər problem öz həllini tapmayıbdır. Hal-hazırda da jurnalın oğurluq-fake variantının işinin dayandırılması üzrə tədbirlər davam etdirilir.

Hörmətlə,
Azərbaycan Əczaçılıq və Farmakoterapiya 
jurnal”ının baş redaktoru, 
Azərbaycan Tibb Universitetinin 
Əczaçılıq kimyası kafedrasının müdiri, 
Əczaçılıq elmləri doktoru, professor Tahir Süleymanov".

Samir Musayev

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://mia.az
archiveBu xəbər 12 Dekabr 2024 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri