Tibbdə İNQİLAB: Virusları asanlıqla parçalamaq olacaq
Demokrat.az saytına istinadən Icma.az xəbər verir.
Avstraliyalı alimlər təmas zamanı virusların qılafını parçalayan xüsusi nanoplyonka hazırlayıblar. Melburn Kral Texnologiya İnstitutunun tədqiqatçıları bu texnologiyanı hazırlayarkən cırcırama və iynəcə qanadlarının mikrorelyefindən ilhamlanıblar.
Demokrat.az xəbər verir ki, tədqiqatın nəticələri "Advanced Science" jurnalında dərc olunub.
Materialın əsasını nanometr ölçülü "sütunlar"la örtülmüş nazik və elastik akril səth təşkil edir. Bu strukturlar mexaniki təsir göstərir: virus plyonkanın üzərinə düşdükdə, həmin sütunlar virusun qılafını dartaraq parçalayır və onu çoxalma qabiliyyətindən tamamilə məhrum edir.
Mütəxəssislər prototipi bronxiolit və pnevmoniyaya səbəb ola bilən 3-cü tip insan paraqrip virusu (hPIV-3) üzərində sınaqdan keçiriblər. Eksperimentlər göstərib ki, virus hissəciklərinin təxminən 94%-i səthlə təmasdan cəmi bir saat sonra məhv edilib və ya ciddi zədələnib.
Tədqiqat müəllifləri qeyd ediblər ki, bu yanaşma ənənəvi dezinfeksiya üsullarından köklü şəkildə fərqlənir. Kimyəvi vasitələrdən fərqli olaraq, yeni plyonka toksik iz buraxmır və mikroorqanizmlərdə müqavimət (rezistentlik) yaratmır. Həmçinin material səthlərə zərər vermir və ondan dəfələrlə istifadə etmək mümkündür.
İşlənib hazırlanmış materialı adi qablaşdırma plyonkası kimi rulonlar şəklində istehsal etmək olar. Bu isə ondan smartfon ekranlarından tutmuş tibbi avadanlıqlara qədər bütün çoxistifadəli səthlərdə yararlanmağa imkan verir. Alimlər gələcəkdə bu texnologiyanın tibb müəssisələri və ictimai məkanlarda effektivliyini yoxlamağı planlaşdırırlar.
Leyla
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Baxış sayı:101
Bu xəbər 26 Aprel 2026 21:01 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları