Icma.az
close
up
RU
Tibbi sığorta ilə bahalı əməliyyatların aparılması həkimlərə ziyan vurur? RƏSMİ AÇIQLAMA FOTO

Tibbi sığorta ilə bahalı əməliyyatların aparılması həkimlərə ziyan vurur? RƏSMİ AÇIQLAMA FOTO

Icma.az, Avtosfer saytına istinadən bildirir.


Son illərdə ölkədə tətbiq olunan İcbari Tibbi Sığorta (İTS) vətəndaşlara cərrahi əməliyyatların daha əlçatan və ucuz başa gəlməsini təmin etsə də, bəzi həkimlərin narazılığına səbəb olub.
Avtosfer.az xəbər verir ki, klinikalarda çalışan cərrahlar bildirirlər ki, sığorta xəstələrə təqdim olunan endirimləri tam qarşılamadığı üçün onların gəlirləri xeyli aşağı düşür. Xüsusilə bahalı əməliyyatlar zamanı həkimlərin gəlirlərinin azalması, tibbi xidmətlərin keyfiyyətinə təsir edə bilərmi? İcbari tibbi sığorta ölkəmizə nə qazandırdı, nə isə həkimlərin cibinə baha başa gəldi?


Məsələ ilə bağlı sosioloq Elçin Bayramlı saytımıza açıqlamasında bildirib ki, bu iddia tamamilə əsasızdır və etiraz məqsədə müvafiq deyil:
“İcbari tibbi sığorta bütün dünyada səhiyyə və tibbi xidmətlərin əlçatan, ucuz olması və əhalinin bundan istifadə etməsi üçün nəzərdə tutulub. “Bahalı əməliyyat” ifadəsi düzgün deyil; tibbi prosedurlar və əməliyyatlar mövcuddur, lakin “bahalı əməliyyat” termini yoxdur. Həkimlər işlərini yerinə yetirir və bu iş qarşılığında maaş alırlar. Ölkə üzrə həkimlərin orta maaşı təxminən 1500 manatdır ki, bu da ölkədə real orta əmək haqqının təxminən iki qatıdır (təxminən 700 manat)”. 
Elçin Bayramlı bildirib ki, əhalinin tibbi xidmətə çıxışı təmin edilməlidir:
“İcbari tibbi sığorta sistemi kommersiya layihəsi deyil, sosial sistemdir. Həkimlər yüksək maaş alırlar, lakin göstərdikləri xidmətlər müqabilindədir və sistemin məqsədi əhalinin sağlamlığını qorumaqdır. Əgər maaş artırılmasa və ya iş şəraiti normal deyilsə, həkimlər özəl klinikalarda işləyə bilər, amma bu sistem bazar prinsiplərinə əsaslanmır. İcbari tibbi sığorta sistemi daxilində xidmətlərin qiymətləri həkimlər tərəfindən müəyyənləşdirilmir. Qiymətlər sığorta haqları əsasında hesablanır ki, bu da hər kəsin ödəyə biləcəyi səviyyədədir. Məsələn, bir şəxs ildə 5000–6000 manat dəyərində tibbi xidmət almaq hüququna malikdir. Sistem elə qurulub ki, bu limit daxilində xidmətlər göstərilir və həkimlər bunu təmin etməlidir”. 

Sosioloq deyib ki, əgər iş şəraiti və əməliyyat haqları ilə bağlı problemlər varsa, müvafiq tənzimləmələr aparıla bilər:
“Lakin tələb edilməsi ki, əməliyyatın qiyməti “bahalı” və ya çox yüksək olsun, məntiqlə uyğun deyil. Belə yanaşma bütün sistemin qiymətini artıra bilər ki, bu da əhalinin xərclərini artırar. Dünyanın hər yerində tibbi xidmətlər münasib qiymətə göstərilir. İcbari tibbi sığorta sistemi elit, özəl klinikalar prinsiplərinə əsaslanmır və burada bir əməliyyata 10–50 min manat tələb olunması düzgün deyil. Məqsəd əhalinin tibbi xidmətə əlçatanlığını təmin etməkdir. Beləliklə, iddia tamamilə məntiqsiz, qeyri-ədalətli və əsasızdır”. 


Məsələ ilə bağlı cərrah Aslan Abdulla Avtosfer.az saytına açıqlamasında söyləyib ki, hazırda ölkəmizdə tətbiq olunan icbari sığorta sisteminin həkimlər üçün heç bir xeyiri yoxdur:
“Bu vətəndaşlar üçün xeyirlidir amma xarici ölkələrdəki kimi icbari tibbi sığorta sistemi Azərbaycana tamamilə gətirilməyib. Buna görə də, burada vətəndaşın xeyirinə dəyişilən nüanslar var amma həkimlər üçün verdikləri vədlər yerinə yetirilmir”. 


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Avtosfer.az-a bildirilib ki, bu gün icbari tibbi sığorta (İTS) sisteminin tətbiqi sayəsində tibbi xidmətlərin xeyli hissəsi İTS hesabına təmin olunur. Son iki ildə ölkədə 5 milyondan artıq insan dövlət və özəl tibb müəssisələrində İTS-nin Xidmətlər Zərfi çərçivəsində müayinə və müalicə olunub. Əvvəllər vətəndaşlar üçün dəyəri yüksək əməliyyatlar mümkünsüz görünürdüsə, hazırda icbari tibbi sığortanın tətbiqi ilə tibbi xidmətlər pasiyentlər üçün əlçatan olub. Bu, həm sosial ədalətin təmininə, həm də tibbi xidmətlərə bərabər çıxış imkanlarının genişlənməsinə xidmət edir.
İcbari tibbi sığorta çərçivəsində icra olunan bütün cərrahi əməliyyatların tarifləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 yanvar 2020-ci il tarixli №5 nömrəli qərarı ilə tənzimlənir. “Xidmətlər Zərfi”ndə müəyyən olunan tariflər TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə, Səhiyyə Nazirliyinin 9 elmi-tədqiqat institutu və mərkəzinə, həmçinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqavilə əsasında fəaliyyət göstərən özəl tibb müəssisələrinə şamil olunur”. 
Agentlik qeyd edib ki, burda müqavilə imzalayan hər bir özəl tibb müəssisəsi “Xidmətlər Zərfi”ndəki tariflərlə tanış olur və bu şərtlərlə xidmət göstərməyə razılıq verir:
“Hazırda Agentliyin 200-dən çox özəl tibb müəssisəsi ilə müqaviləsi mövcuddur. İcbari tibbi sığorta hesabına tibbi göstəriş əsasında vətəndaşa zəruri tibbi xidmətin dövlət müəssisəsində göstərilməsi mümkün olmadıqda, dövlət tibb müəssisəsi bu xidməti göstərmək imkanına malik olan özəl tibb müəssisəinə göndəriş verir. Vətəndaş göndəriş əsasında müqaviləli özəl tibb müəssisəsində xidmətdən yararlanır. 
Həkimlərin və tibb müəssisələrinin fəaliyyətinin də ədalətli qiymətləndirilməsi diqqət mərkəzindədir. Hazırda yeni tibbi xidmətlərin əlavə olunması, xidmətlərin tariflərinin təkmilləşdirilməsi, real xərclərə daha yaxın tənzimlənməsi istiqamətində davamlı işlər aparılır. Məqsəd odur ki, həm pasiyent məmnunluğu, həm də tibb işçilərinin motivasiyası təmin olunsun”. 

Həmçinin TƏBİB-in tabeliyindəki tibb müəssisələrində icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərə görə həkimlərə ödənişlər “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına əsasən hesablandığını vurğulayıblar:
“Belə ki, icbari tibbi sığortanın tətbiqi nəticəsində terapevtik və cərrahi ixtisaslar üzrə fəaliyyət göstərən həkimlərin gəlirlərində artım müşahidə olunub. Hazırda TƏBİB-in tabeliyində çalışan ixtisaslı həkimlərə Vahid Tarif Cədvəli üzrə verilən əməkhaqqından əlavə olaraq - aylıq 800 manat sabit həvəsləndirici əlavə, ailə həkimlərinə isə 500 manat məbləğində sabit əlavə ödənilir. Təcili və təxirəsalınmaz tibbi yardım şöbələrinin həkimlərinə də 250 manat sabit əlavə müəyyən edilib. Bu əlavələr həkimlərin gördükləri işin həcmi və pasiyent sayından asılı olmayaraq hər ay ödənilir.
Bundan başqa, cərrahi ixtisaslar üzrə çalışan həkimlərə cərrahi prosedurların tarifinin 15%-i həcmində bonus ödənilir. Məsələn, tək koronar arteriyanın (aorto) koronar şuntlama əməliyyatının tarifi 4500 manatdır. Bu məbləğin 675 manatı (15%) əməliyyatı icra edən həkimə bonus kimi ödənilir. Qalan vəsait isə xəstəxananın birbaşa və dolayı xərclərinin (tibbi sərf, dərman, qidalanma, kommunal xərclər, əməliyyatda iştirak edən digər personala ödənişlər və s.) qarşılanmasına yönəldilir.
Müqaviləli özəl tibb müəssisələrində icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərə görə ödəniş Agentlik tərəfindən Xidmətlər Zərfiində göstərilən tariflərə əsasən birbaşa həmin müəssisəyə edilir.
Bu müəssisələrdə çalışan həkimlərin əməyinin ödənilməsimüəssisəsinin daxili qaydaları və əmək münasibətləri əsasında tənzimlənir.
İcbari tibbi sığorta sistemi həkim əməyininqiymətləndirilməsini, pasiyentlər üçün isə maliyyə yükünün azaldılmasını hədəfləyir”.
Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanıb.


Müəllif: Fidan Məmmədova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 10 Oktyabr 2025 19:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni dərman zavodu açıldı

24 Noyabr 2025 09:43see307

Fahişəliklə məşğul olanlar 500 manat cərimə ediləcək KONKRET

24 Noyabr 2025 10:37see250

1 ay əvvəl ana olan aktrisa boşanır

24 Noyabr 2025 09:53see239

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see193

Facebook un zərərli sosial şəbəkə olduğu üzə çıxıb

24 Noyabr 2025 18:03see179

Slot: “Məsuliyyət məndədir”

24 Noyabr 2025 09:14see158

Əhməd Rəcəblidə partlayış oldu

24 Noyabr 2025 09:35see158

Masazırda yayılan kəskin qaz qoxusunun SƏBƏBİ açıqlandı RƏSMİ

24 Noyabr 2025 16:21see145

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see145

“Asan İmza” indi “Azercell” tətbiqində

24 Noyabr 2025 12:05see144

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see141

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see141

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see140

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see138

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see136

İstəsəm, 20 yaşında qız alaram, yeməyim qaymaq, baldır

24 Noyabr 2025 15:53see134

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see131

“Bu axşam bunu etmək mümkün olmayacaq” Vitaliy Borisovun ə AÇIQLAMASI

24 Noyabr 2025 15:26see130

Hikmət Hacıyev: Çoxşaxəli əməkdaşlıq aparır KONKRET

24 Noyabr 2025 13:41see130

Azərbaycanda Peşəkar Mühasib Sertifikatı əldə edənlərin sayı 6,2 mini keçib

24 Noyabr 2025 15:52see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri