Icma.az
close
up
RU
İcbari tibbi sığorta ilə icra olunmuş varikosel əməliyyatların sayı açıqlanıb

İcbari tibbi sığorta ilə icra olunmuş varikosel əməliyyatların sayı açıqlanıb

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 27 yanvar, AZƏRTAC

Varikosel (damar genişlənməsi) xaya venalarının toxum ciyəsində genişlənməsidir. Normal vəziyyətdə venoz damarlar qanı xayadan geri aparan damarlardır və öz funksiyasını düzgün yerinə yetirmədikdə genişlənir və qanın ləngiməsi yaranır. Xayalıqda, əsasən sol tərəfdə dəri altında genişlənmiş damarlardan ibarət kələf görünür. Bu hadisə prinsip olaraq ayaqlarda görünən venaların varikoz genişlənməsi halı ilə eynidir. Varikoselə əsasən 15-30 yaş arası gənclərin 15-20%-də rast gəlinir. Xəstəliyin diaqnostika və müalicəsi icbari tibbi sığorta hesabına qarşılanır.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ötən il Xidmətlər Zərfi çərçivəsində 2932 sayda varikoselektomiya əməliyyatı icra olunub.

Varikosel müayinə zamanı gözlə görülə bilir və ehtiyac olan hallarda xayaların dopler ultrasəs müayinəsi aparılır. Varikosel zamanı xəstələr xayalıqda, əsasən sol tərəfdə dəri altında genişlənmiş damarlardan, küt ağrıdan, ağrının qasıq nahiyəsinə ötürülməsindən, fiziki aktivlik zamanı ağrıların artmasından şikayətlənirlər. Varikoselektomiya əməliyyatına tibbi göstərişlər bunlardır: xaya ölçülərinin kiçilməsi, spermotozoidlərin miqdarının və hərəkətliliyinin azalması, xayalarda olan ağrı. Varikosel kişilərdə sonsuzluğun əsas səbəblərindən biri olaraq qəbul edilir.

Əməliyyat öncəsi ixtisaslı həkim müayinəsi, laborator və instrumental müayinələr, reanimasiya və stasionarda yatış, əməliyyat zamanı istifadə olunan dərman, tibbi sərf və qidalanma icbari tibbi sığorta tərəfindən qarşılanır.

Varikosel əməliyyatı nəticəsində genişlənmiş damarlar bağlanaraq kəsilir. Əməliyyatdan sonra bir çox kişilərdə sperma keyfiyyəti yaxşılaşır (təxminən 3-6 ay ərzində), nəticədə nəsilartırma qabiliyyəti artır, varikosel səbəbindən əvvəl müşahidə olunan ağrılar azalır və ya tamamilə yox olur.

Əməliyyatdan sonra xəstələr bir neçə gün istirahət etdikdən sonra normal həyat tərzinə qayıdırlar. Buna baxmayaraq, bir müddət ağır fiziki işlərdən çəkinməlidirlər.

İcbari tibbi sığorta ilə sözügedən əməliyyat tibbi göstəriş və həkim təyinatı əsasında TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində, Səhiyyə Nazirliyinin müvafiq elmi-tədqiqat institutlarında və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı tibb müəssisələrində (özəl və müvafiq dövlət qurumlarının tabeliyindəki) icra olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Yanvar 2025 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see176

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see151

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri