Icma.az
close
up
RU
Tibbi xidmət yolunda bir ömür… MÜSAHİBƏ

Tibbi xidmət yolunda bir ömür… MÜSAHİBƏ

Modern.az saytına istinadən Icma.az xəbər verir.

İnsanlara şəfa vermək yalnız fiziki müalicə deyil, ruhu da sağaltmaqdır

Tibb sahəsi bilik və texnologiyanın sintezindən ibarət olsa da, onun təməlində insana məxsus olan ən nəcib dəyər – şəfqət dayanır. Xüsusilə mama-ginekologiya sahəsində bu şəfqət yalnız təcrübə ilə deyil, həm də qadın duyğularını anlamaqla, onlara ümid verməklə möhkəmlənir. Qadın sağlamlığının qorunması və bərpası yalnız tibbi bilik deyil, həm də insan sevgisi tələb edir. Referans Klinikasında cərrah mama-ginekoloq kimi çalışan Fəxrəndə Rəsulova bu həqiqəti gündəlik fəaliyyətində sübut edir.

Modern.az xəbər verir ki, "İki Sahil" qəzeti geniş tibbi təcrübəyə və güclü insani duyğulara sahib olan həkimlə həmsöhbət olub.

Bu müsahibədə siz onun tibbə olan sevgisindən, qadın sağlamlığına yanaşmasından, yaşadığı peşə duyğularından və oxuculara verdiyi səmimi tövsiyələrdən xəbərdar olacaqsınız. Oxuduqca anlayacaqsınız ki, əsl həkimlik  həm də insan ruhuna toxunmaqdır.

– Fəxrəndə xanım,  müsahibəmizin əvvəlində özünüz və fəaliyyətiniz barədə oxucularımıza məlumat verməyinizi istərdik…

-Mən, Rəsulova Fəxrəndə Məharət qızı. Referans Klinikasında cərrah mama-ginekoloq olaraq fəaliyyət göstərirəm. Tibbi təhsilimi 2008–2014-cü illərdə Rusiya Federasiyasının Kursk Dövlət Tibb Universitetində “Müalicə işi” üzrə tamamladım. Daha sonra həmin universitetdə 2014–2016-cı illərdə kliniki ordinatura keçdim və mama-ginekoloq ixtisasına yiyələndim. Hazırda isə Moskva şəhərində yerləşən Rusiya Milli Tədqiqat Tibb Universitetində professor Dobroxotova Yuliya Eduardovanın elmi rəhbərliyi ilə aspirantura təhsilimi davam etdirirəm. Referans Klinikasında fəaliyyətim həm ginekoloji əməliyyatlar, həm estetik prosedurlar, həm də doğuşların idarə olunması istiqamətində qurulub. Biz burada pasiyentlərə yalnız tibbi xidmət deyil, eyni zamanda rahatlıq, güvən və anlayış mühiti yaratmağa çalışırıq.

Mama-ginekologiyanı isə həyatın başlanğıc nöqtəsi olduğu üçün seçdim

- Hər bir həkimin bu peşəyə gəlməsində daxili çağırış olur. Sizin də tibb sahəsinə gəlişiniz  də bu amilin rolu olubmu?

– Atam, anam, nənəm, bibim həkim olublar. Anam ginekoloqdur. Uşaqlıqdan anamın sənətinə marağım və sevgim yaranıb. Dürüst desəm, həkim olmaq mənim üçün sadəcə bir peşə seçimi deyildi – bu, daxili bir missiya idi. Kiçik yaşlarımdan insanlara yardım etməyi sevirdim. İllər keçdikcə anladım ki, bu kömək istəyini, bu şüurlu qayğı hissini yalnız bir yerdə – tibb sahəsində həyata keçirə bilərəm. Mama-ginekologiyanı isə həyatın başlanğıc nöqtəsi olduğu üçün seçdim. Bir qadına ana olmaq sevincini yaşatmaq, bəzən onu sağaltmaq, bəzən psixoloji olaraq dəstək olmaq – bu sahənin ən önəmli və dəyərli tərəfidir. Bəzən xanımlar heç kəslə bölüşmədiklərini mənimlə bölüşür və mən də onlara əlimdən gəldiyi qədər kömək etməyə çalışıram.

-Əgər həkim olmasaydınız, hansı sahədə fəaliyyət göstərmək istərdiniz?

– İkinci ixtisasım var. Hüququ bitirmişəm. O sahəni də sevirəm. Yəqin ki, hüquqşünas olardım.

-Bəs, bu sahəni seçdiyinizə görə təəssüfləndiyiniz anlar olubmu?

– Xeyr, belə bir düşüncə məndə heç zaman olmayıb. Əksinə, bu sahədə olduğum üçün özümü şanslı hesab edirəm. Gecə-gündüz çalışsam da, stresli əməliyyatlar, emosional qərarlar olsa da, hər bir uğurlu doğuş, hər bir şəfa tapan pasiyent bu zəhməti mənə unutdurur.

-Həkimlik fəaliyyətinizdə sizi ən çox duyğulandıran məqamlar hansılardır?

– Bəzən uzun illər uşaq sahibi ola bilməyən qadının gözlərindəki sevinc, doğuş zamanı eşidilən ilk körpə qışqırtısı, bəzən isə əməliyyatdan sonra həyatına yeni nəfəs verilən bir qadının minnətdarlığı... Bəzən isə doğum sonrası travmaların yaratdığı özgüvənsizlik, kompleks hissi bir əməliyyatla həll olunur və pasiyentin o sevinci, ailə xoşbəxtliyinin bərpası məni də çox sevindirir. Bunlar sözlə ifadə olunmayacaq qədər təsirli məqamlardır. Hətta həkim soyuqqanlılığı belə bu anlarda bir kənara çəkilir. Bu sahədə duyğularınızı içəridə saxlamağı öyrənirsiniz, amma bəzi anlarda ürəyinizlə danışmaqdan başqa yol qalmır.

-Başqasına şəfa verməyin fəlsəfəsini necə izah edərdiniz?

–Mənə görə, şəfa vermək təkcə fiziki xəstəliyin müalicəsi deyil, həm də ümidin qaytarılmasıdır. İnsan bəzən xəstəlikdən daha çox ümidsizlikdən əziyyət çəkir. Həkim isə bir növ ümid daşıyıcısıdır. Pasiyentə “sən sağalacaqsan” dediyinizdə, o sözün içində minlərlə emosional hisslər olur. Bu mənada şəfa – bir həkimin təkcə biliyi ilə deyil, ruhu ilə də verdiyi bir gücdür.

- Qadınlar daha çox sizə hansı problemlərlə  bağlı müraciət edirlər?

– Ginekologiyanın bütün sahələri üzrə müraciətlər olur. Ən çox müraciət olunan sahələr – sonsuzluq, menstrual pozuntular, polikistik yumurtalıq sindromu, endometrioz, miomalar və estetik ginekoloji problemlərlə bağlıdır. Həmçinin doğuşa hazırlıq və doğuşun idarə olunması sahəsində də çoxlu təcrübəmiz var. Estetik ginekologiya isə son dövrlərdə qadınlar arasında artan bir ehtiyacdır – bu, həm psixoloji, həm funksional baxımdan çox önəmlidir. Bir də son zamanlar geniş yayılmış cinsi yolla yoluxan infeksiyaların müayinə və müalicəsi – mənim çox üstünlük verdiyim və çox ehtiyac duyulan sahədir.

-Əhali bəzən müalicə üçün xaricə və ya böyük şəhərlərə üz tutur. Sizcə, bu tendensiyanın səbəbləri nədir?

– Bu, əsasən psixoloji amillərlə bağlıdır. Pasiyentlər xaricə və ya böyük şəhərlərə daha çox güvənirlər. Xaricdən də mənə əməliyyat üçün müraciət edən pasiyentlər olur. Bu, mənim üçün çox qürurvericidir. Ölkədən kənarda da məni seçib mənə güvənən pasiyentlərin olması çox sevindiricidir. Burada əsas məsələ düzgün informasiya və xəstədə inam yaratmaqdır. Biz bu inamı qurduqda, insanlar xaricə deyil, öz həkiminə güvənərək müalicə alacaqlar. Xəstəliyin erkən diaqnozu üçün müntəzəm müayinələr çox vacibdir.

Stress, gec yatmaq, qeyri-sağlam qidalanma orqanizmdə hormonal disbalansa və immunitetin düşməsinə səbəb olur

-Oxucularımıza, xüsusilə xanımlara  nə kimi tövsiyələr verərdiniz?

– Qadınlar sağlamlıqlarına laqeyd yanaşmasınlar. Ginekoloq müayinələri profilaktik olaraq ildə ən azı bir dəfə aparılmalıdır. Stress, gec yatmaq, qeyri-sağlam qidalanma orqanizmdə hormonal disbalansa və immunitetin düşməsinə səbəb olur. Gənc yaşlardan sağlam həyat tərzi formalaşdırmaq, gələcəkdə bir çox xəstəliklərin qarşısını alır. Və ən əsası – özünüzü sevin, sağlamlığınıza dəyər verin.

Müsahibə üçün təşəkkür edirik, sizin timsalınızda peşəsini sevən, işinə vicdanla yanaşan, pasiyentinə təkcə tibbi  deyil, həm də mənəvi dəstək göstərən həkimlərimizə arzu edirik ki, həyatlara toxunan əlləri daim şəfa versin!

Mama-ginekoloq Fəxrəndə Rəsulovanın müsahibəsi bizə göstərdi ki, əsl həkimlik yalnız tibb elminə əsaslanan praktika deyil,  o, həm də mənəvi dayaqdır, ümidin yenidən oyadılmasıdır. Müsahibə boyunca şahidi olduq ki, mama-ginekoloq olmaq, sadəcə tibbi prosedurlar icra etmək deyil, həm də qadın duyğularını, qorxularını, arzularını dinləmək və anlayışla qarşılayaraq onları doğru istiqamətləndirməkdir. Fəxrəndə xanımın söylədiyi kimi, “insanlara şəfa vermək yalnız fiziki müalicə deyil, ruhu da sağaltmaqdır.”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:240
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 İyun 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see295

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see281

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see262

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see256

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see253

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see242

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see235

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see230

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see225

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see223

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see223

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see217

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see189

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri