Icma.az
close
up
RU
Oqtay Eloğlu kimi yaşanan ömür: Vidadi Əliyevlə MÜSAHİBƏ

Oqtay Eloğlu kimi yaşanan ömür: Vidadi Əliyevlə MÜSAHİBƏ

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 1 sentyabr, Fidan Əlizadə, AZƏRTAC

Otağa daxil olanda masanın üzərində bir ssenari gözümə sataşdı. Baxdım ki, Qarabağ müharibəsi ilə bağlı yeni filmin ssenarisidir. Filmdə qoca kişi obrazını məhz həmsöhbətim Vidadi bəy canlandıracaq. Bu obrazı ona heç də yaşına görə həvalə etməyiblər. Doğrudan da üzündəki qırışlarında illərin zəhməti, taleyin ağır sınaqları açıq-aydın görünür. Zəhmətdən yoğurulmuş qırışların öz hekayəsi var. Bu hekayədə teatr tariximizin ən şərəfli və unudulmaz səhifələri yaşayır. Hekayənin baş qəhrəmanı isə uzun illər Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında çalışan, Xalq artisti Vidadi Əliyevdir. O, yaradıcılığının ən yaddaqalan xatirələrini AZƏRTAC-ın müxbiri ilə bölüşüb.

Yarım il tələbə kimi universitetdə qeydiyyatsız oxudum

İncəsənətə sevgisindən söhbət açan Xalq artisti vurğulayıb ki, teatra ilk marağı ona məhz müəllimləri yaradıb. “Əsərlərdən parçalar seçib dostlarımla tamaşalar qururduq. Rekvizit tapmaq çətin idi, bəzən heç olmurdu. Heç onda teatrın nə olduğunu görməmişdim, bilmirdim. Mən onu bilmədən sevir, bilmədən bağlanırdım. Zaman keçdi, yollar məni Bakıya gətirdi. Universitetə sənədlərimi vermək istəyirdim. Amma məlum oldu ki, imtahanların vaxtını səhv salmışam, artıq hər şey yekunlaşıb. Bir il Bakıda qalmalı oldum, bənna kimi işlədim. Humanitar fənlərdən güclü idim, yazılı imtahanı keçəcəyimə inanırdım. Nəhayət, imtahan günü gəlib çatdı. Ədəbiyyatdan yüksək bal toplasam da, ixtisas fənlərindən xəbərim yox idi. Mənim qəbulumu sual altına saldılar. Balımı aşağı yazmaq istədilər. Yarım il tələbə kimi universitetdə qeydiyyatsız oxudum. Tələbə biletimi belə yanvardan verdilər. Amma bütün çətinliklərə baxmayaraq, mən universitetə qəbul oldum”.

“Sevil”lə başlayan sənət yolu

Universitetin sonuncu kursunda yaxşı tələbə kimi məni Akademik Milli Dram Teatrına göndərmək istəsələr də, sonradan Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrına yolladılar. Son kurs tamaşam “Sevil” əsəri idi. Mən Balaş obrazını oynayırdım. İrəvanda səhnə əsərini mən və aktyor yoldaşlarım elə peşəkarlıqla ifa etdik ki, günlərlə bu haqda danışıldı. Sonra “Əliqulu evlənir” əsərini oynadıq. Bu artıq diplom işimiz idi.

Teatr bağlanmasın deyə gecə-gündüz çalışdıq

Teatrla bağlı xatirələrim deyəndə, ağlıma ilk əziyyət və zülm gəlir. Həmin dönəm istedad kifayət etmirdi. Elə çalışmaq lazım idi ki, teatr bağlanmasın. Çünki hər tamaşa ermənilər tərəfindən izlənirdi, nə qədər tamaşaçı gəldiyi sayılırdı. Bizim isə məqsədimiz sadəcə səhnəni qorumaq idi. Təəssüfləndiyim tək şey bu qədər illər ərzində heç vaxt qrim otağımın olmamasıdır. Geyim otağımız Mədəniyyət Evində kirayə qaldığımız kiçik bir yer idi. 1990-cı illərin münaqişə dönəmində biz 4–5 il heç bir maddi dəstək olmadan, sırf könüllü şəkildə teatrı ayaqda saxladıq. Yeri gəlirdi, mən həm aktyor idim, həm rejissor, həm dekorasiyalara nəzarətçi, həm də sürücü. Bütün teatrın yükü çiyinlərimdə idi. Mənə direktor vəzifəsi təklif olunanda, əvvəlcə qəbul etmək istəmədim. Çünki xasiyyətimi bilirdim ki, məsuliyyəti ağır hiss edirəm. Amma sonradan məcbur qaldım. 4 il İrəvan Teatrının direktoru kimi fəaliyyət göstərdim. Bu qədər çətinliyə baxmayaraq, mən heç vaxt sənətimi tərk etmək barədə düşünməmişəm. İrəvan Teatrını buraxmağa ürəyim dözməzdi.

Obrazların doğmalığı

Həyat verdiyi 180-ə yaxın obrazdan hansının daha doğma olduğunu soruşduqda isə, onlar arasında seçim etməyin çətin olduğunu söyləyib. O, “Solğun Çiçəklər” əsərindəki Bəhramın adını nümunə kimi çəkib. “Obraz üzərində uzun müddət çalışanda artıq o sənə doğmalaşır. Onu yalnız oynamaq yox, yaşamaq lazım gəlir. Ancaq onda təbii alınır. Hazırladığım tamaşalar arasında fransız əsəri “Oğru” xüsusi yer tutur. Yarım saatlıq birpərdəli əsər tamaşaçılar üçün maraqlı olub. Təəssüf ki, elə əsərlər də olub ki, şərait zəif olduğundan cəmi 1–2 dəfə səhnəyə qoyula bilib.

Yenidən gənc olsaydım…

Yenidən bu sənətdə olmaq istəyərdim. Amma yalnız bir şərtlə ki, bütün imkanlarımı sırf öz sahəmə sərf edim. Çünki insan bu sənətdə yalnız peşəkarlıqla ayaqda qala bilər...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:289
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Sentyabr 2025 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see483

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see377

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see342

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see304

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see290

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see265

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see251

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see251

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see245

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see241

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see235

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see226

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see225

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see222

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see215

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see214

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see201

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see197

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see197

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri