Ticarət etmək savaşmaqdan daha yaxşıdır Hikmət Hacıyev
Icma.az, Azpolitika.az saytına istinadən bildirir.
Azərbaycan Cənubi Qafqazı böyük güclərin qarşıdurma poliqonundan beynəlxalq ticarət və əməkdaşlıq qovşağına çevirmək strategiyasını uğurla icra edir.
"AzPolitika" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev iqtisadçı Ceffri Saksa müsahibəsində bildirib.
H.Hacıyev ölkənin balanslı xarici siyasət yürütərək "orta güc" konsepsiyasını möhkəmləndirdiyini vurğulayıb:
"Tarixən Azərbaycan böyük imperiyaların döyüş meydanı olub və buna görə çox əziyyət çəkmişik. 90-cı illərin başında ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə milli konsensus əldə etdik - buranı böyük dövlətlərin döyüş meydanından ticarət məkanına çevirəcəyik. Bütün tərəfdaşlarımıza sübut etdik ki, ticarət etmək savaşmaqdan daha yaxşıdır".
H.Hacıyev eləcə də əlavə edib ki, hazırda Çin, Avropa İttifaqı və ABŞ kimi üç böyük güclə Azərbaycanın strateji tərəfdaşlığı var.
Baxış sayı:63
Bu xəbər 30 Oktyabr 2026 14:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















