Tiflisdə avtobuslara haker hücumuna görə cinayət işi açılıb
Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bizimyol.info xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat verib.
Cümə günü səhər şəhər sakinləri adi avtobuslarda gediş haqqı ödəmə terminallarından nalayiq ifadələr, deputatların açıqlamaları və Gürcüstan himninin səslənməsi ilə bağlı səsləri eşidiblər.
Faktla bağlı “kompüter sisteminə icazəsiz daxil olma” maddəsi ilə cinayət işi açılıb. Cinayət cərimə və ya ağırlaşdırıcı hallar olduqda altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırmanı nəzərdə tutur.
Haker hücumu səbəbindən paytaxtda ictimai nəqliyyatda terminallar vasitəsilə ödəniş müvəqqəti olaraq dayandırılıb.
Texniki dəstək göstərən “MS+” və “Azri” şirkətləri bir müddət sonra terminalların işini bərpa etməyə nail olublar. Nəqliyyatın hərəkəti adi qaydada davam etdirilib.
Qadir, Bizimyol.info
Baxış sayı:109
Bu xəbər 24 Yanvar 2025 17:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















