Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tiflisdən qayıdış bileti tapılmır KONKRET

Tiflisdən qayıdış bileti tapılmır KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Azərbaycan vətəndaşları 5 ildən çox ona görə gözləmədi ki, axırda Dəmir Yolları İdarəsi QSC Tiflisə sərnişinin qatarının açılmasını bazara, alver mənbəyinə çevirsin.

Bu da nəticəsi.

Gözlə-gözlə, sərhədlərin açılmasında yumşalma ümidi ilə yaşa, axırı da ADY-nin Tiflisə bilet satışını vətəndaşlar üçün işgəncəyə çevirməsi olsun.

Ümumiyyətlə, ilk gündən şikayət, narazılıq, kütləvi etirazlara səbəb olan bilet məsələsi indi daha da böyük problemə çevrilib. Axı dünyanın hansı dövrüdür ki, qatara bilet almaq müşkül olsun???

İnsanlar Avropada sürət qatarlarına minir, süni zəka möcüzələr yaradır, Azərbaycanın dağ kəndindən Afrikaya videozəng etmək olur, burdan-bura, 600 km aralıda qonşu ölkəyə bir qotur bileti tapmaq olmur.

Görəsən, ADY sədri Rövşən Rüstəmov bu idarəçiliyə, belə bərbad sistemə rəhbərlik etdiyinə görə xəcalət çəkirmi? 100 ilin başında sərnişin qatarı açılsın, onu da Rüstəmov üzünə-gözünə bulaşdırdı, dövlətin atdığı addımı yerdən – yerə vurdu.

Bəli, iki dövlət rəhbərliyi arasında danışıqlar nəticəsində razılaşma əldə olundu ki, sərnişin qatarının fəaliyyəti bərpa olunsun. Amma Rövşən Rüstəmovun qatar relsləri altında qalıb əzilmiş idarəçiliyi bu anlaşmanı elə günə saldı ki, vətəndaşların sevinci qursağında qaldı, hamı bu qərarı ilk gün bayram edəndən az sonra peşman oldu.

Çünki hazırda ən ciddi problem gedişə zülmlə bilet tapıb, dönüşə bilet ala bilməməkdir. ADY saytından bilet alırsan, dönüşə biletlərin satıldığı qeyd olunur. Axı bu necə ola bilər? Sonra vətəndaşı aldadırlar ki, Tiflis vağzalında bilet tapacaqsan. Bu sözə arxayın olub gedənlər Gürcüstanda girov vəziyyətinə düşür. Çünki Tiflis dəmiryolu vağzalında dönüşə bilet tapılmır.

Nəticədə yaramazlığına görə ADY-dən geri qalmayan AZAL-ın təyyarəsinə 350-400 manat verib qayıtmalı olursan. Təsəvvür edin ki, 1 saatlıq uçuş üçün 200 avro ödəməlisən. Bəs vətəndaş bu pulu haradan tapsın?

Tutaq ki, lap pulu var, niyə ADY və AZAL camaatı bu günə salmalıdır? Üstəlik, 3-4 nəfər üzvdən ibarət bir ailə Tiflisə gedibsə, qayıdış üçün minimum 1200-1400 manat verməlidir. Bu pula isə az qala Misirə 1 həftəlik turpaket almaq olar.

Yəni xalq ADY və onun rəhbərliyinin əlində əsir-yesir qalıb, tamamilə qanunsuz, xaotik və yarıtmaz bir sistem qurulub.

Bəs bu artırılan vaqonlar haradadır? Əldə olunan qazancla nə üçün bu problemlər həllini tapmır? Dünyanın harasında qatara geridönüş biletini almaq mümkün deyil?

Arifə Əliyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://konkret.az
archiveBu xəbər 06 Avqust 2026 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see700

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see406

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see275

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see271

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see261

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see257

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see254

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see239

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see237

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see224

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see220

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see217

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see216

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see216

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see215

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see211

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see201

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see195

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see193

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri