TİKA ilə ADAU arasında əməkdaşlığın perspektivləri müzakirə olunub AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Gəncə, 21 noyabr, Elcan Məmmədov, AZƏRTAC
Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi - TİKA-nın Bakı koordinatoru Hayrettin Özçelik Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qonaqla görüşən ADAU-nun rektoru Zəfər Qurbanov birgə əməkdaşlığın genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb. Həmçinin rektor Aqrar Universitet ilə Türkiyənin ali təhsil müəssisələri arasında birgə həyata keçirilən layihələr barədə də ətraflı məlumat verib.
Bakı koordinatoru Hayrettin Özçelik Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Azərbaycan Dövlət Aqrar Universiteti ilə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu, səfərin bu məqsədlə təşkil edildiyini bildirib.
Sonra birgə reallaşdırılması mümkün ola biləcək layihələrlə bağlı müzakirələr aparılıb.
Daha sonra qonaqlar universitetin maddi-texniki, auditoriyaları, müasir laboratoriyalar və təcrübə imkanları ilə yaxından tanış olublar.
Görüşdə Türkiyənin Gəncədəki Baş Konsulu Recep Öztop da iştirak edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 21 Noyabr 2024 15:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















