Türk xalqları arasında elmi əməkdaşlığın perspektivləri müzakirə olunub AZƏRTAC
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 26 noyabr, AZƏRTAC
Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev Qazaxıstanın xarici işlər nazirinin müavini Alibek Bakayev ilə görüşüb.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, görüşdə akademik Şahin Mustafayev rəhbəri olduğu qurumun fəaliyyəti və həyata keçirdiyi layihələr barədə ümumi məlumat verib.
Alibek Bakayev isə bu ilin sentyabrında Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının üçüncü iclasında ortaq türk əlifbasi üzərində ümumi razılığı yüksək dəyərləndirib, 34 hərfdən ibarət bu əlifbanın türk xalqları arasında qarşılıqlı anlaşma və əməkdaşlığın inkişafına töhfə verəcəyini deyib
Nazir müavini, həmçinin əməkdaşlığa və akademiyanın təşəbbüslərini dəstəkləməyə hazır olduğunu bildirib.
Görüşdə 2025-ci il üçün planlar və prioritet sahələr, o cümlədən türk xalqları arasında elmi əməkdaşlığın perspektivləri müzakirə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 26 Noyabr 2024 13:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















