Icma.az
close
up
RU
Azərbaycanınla Gürcüstan arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub AZƏRTAC

Azərbaycanınla Gürcüstan arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub AZƏRTAC

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Tbilisi, 22 noyabr, AZƏRTAC

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Zurab Jvania Dövlət İdarəçilik Məktəbinin direktoru Ketevan Jakeli ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə F.Quliyev Azərbaycan-Gürcüstan münasibətlərinin artan xətt üzrə inkişaf etdiyini, xüsusilə təhsil sahəsində aidiyyəti dövlət qurumları arasındakı faydalı əməkdaşlığın töhfələrini diqqətə çatdırıb. Burada yaşayan soydaşlarımızın təhsilinə dəstək məqsədilə Azərbaycan tərəfindən aparılan dövlət siyasəti, təşəbbüslər, eləcə də Gürcüstanda həyata keçirilmiş sosialyönümlü infranstruktur layihələri barədə məlumat verən diplomat tələbələrlə aparılan işin, bu ölkənin ali təhsil müəssisələri ilə mövcud olan təmasların əhəmiyyətini vurğulayıb. Azərbaycan dövlətinin Gürcüstandakı soydaşlarımızın təhsil məsələləri ilə bağlı təşəbbüs və layihələrə dəstək verməyə hər zaman hazır olduğunu qeyd edən səfir bildirib: “Məlumat mübadiləsi, qarşılıqlı səfərlər, birgə layihələrin hazırlanması və həyata keçirilməsi qarşımızda yeni perspektivlər açır”.

K.Jakeli isə Dövlət İdarəçilik Məktəbinin təhsil proqramları, həmçinin Gürcüstanın müxtəlif bölgələrində yaşayan, eləcə də yerli bələdiyyələrdə fəaliyyət göstərən dövlət qulluqçuları olan soydaşlarımız üçün təşkil edilən təmənnasız dövlət dili təkmilləşdirmə təlimləri, ixtisasyönümlü dil tədrisi, sertifikasiya mərhələləri və dilöyrənmə metodikasına dair tətbiq olunan müasir texlonoji yeniliklər barədə məlumat verib. Rəhbərlik etdiyi qurumun beynəlxalq tərəfdaşlarla aidiyyəti sahələr üzrə əməkdaşlıq münasibətlərindən söz açan K.Jakeli səfirliyin dəstəyi ilə Azərbaycan Respublikasında fəaliyyət göstərən müvafiq tərəfdaş qurumla əlaqələrin möhkəmləndiriləcəyinə inamını ifadə edib, eyni zamanda, Gürcüstanda birgə layihə və təşəbbüslərin həyata keçirilməsində maraqlı olduqlarını bildirib.

Söhbət zamanı birgə həyata keçirilə biləcək layihələr ətrafında fikir mübadiləsi aparılıb, aidiyyəti sahələr üzrə tərəflər arasında əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində əlaqələndirilmiş fəaliyyətin təşkili barədə razılıq əldə olunub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Noyabr 2024 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see286

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see277

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see249

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see231

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see185

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see173

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see152

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see146

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see145

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see142

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri