Icma.az
close
up
RU
Tikəndən bərgi gül izhar olur

Tikəndən bərgi gül izhar olur

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qismət Cəfərovun və Səmra Həsənzadənin həmmüəllifliyi ilə hazırlanmış "Ümumi dilçilik oçerkləri" (Bakı, "Elm və təhsil", 2024) kitabını böyük həvəslə oxudum. Mövzu ilə bağlı indiyədək yazılmış kitablara və onların müəlliflərinə böyük ehtiramımı qəti azaltmamaq şərtilə çox sevinirəm ki, nəhayət, Ümumi dilçilik təlimi aydın və anlaşıqlı tərzdə oxuculara çatdırıldı. Dilçilik elminin əsas məsələlərini sistemli və elmi şəkildə təqdim edən "Ümumi dilçilik oçerkləri" kitabı həm dilçilik üzrə ixtisaslaşan tələbələr, həm də bu sahəyə maraq göstərən geniş oxucu kütləsi üçün maraqlı, oxunaqlı, zəngin bir vəsaitdir.

Dilin elmi şəkildə öyrənilməsi, başqa sözlə desək, ümumi dilçiliyin meydana gəlməsi dünyada böyük bir tarixə malik olsa da, hətta Bakı Dövlət Universiteti təsis edilərkən ilk kafedralarından biri "Ümumi dilçilik" adlansa da, Azərbaycanda dilçiliyin ənənəvi sahələri ilə müqayisədə ümumi dilçilik çox gec - XX əsrin 50-ci illərindən sonra təşəkkül tapmağa başlayıb. Bunun da səbəbi orta əsrlərdən başlayaraq, Azərbaycan dilçiliyinin ərəb dilçilik məktəbinin təsiri altında olması idi, həm də Şərq ölkələrində dilin öyrənilməsində leksikoqrafiya sahəsi prioritet istiqamət olub. Doğrudur, Azərbaycanda bu işin bünövrəsi 1924-cü ildə professor Bəkir Çobanzadənin "Türk-tatar lisaniyyətinə mədxəl" kitabı ilə qoyulub. Həmin il Azərbaycanda ümumi dilçiliyin bir elm kimi ilk rüşeymləri meydana gəlib. Öz dövrü üçün əlamətdar hadisə sayılan bu əsər türkologiyada ümumi (nəzəri) dilçiliyə dair ilk araşdırma olsa da, 1937-ci ildə müəllifi vətən xaini hesab edilərək özü də qadağan edilmiş, 1966-cı ildə Nəsir Məmmədovun "Dilçiliyin əsasları" kitabı çapdan çıxana qədər respublikamızda bu sahəyə aid heç bir vəsait olmamışdı. Ötən əsrin 60-cı illərindən sonra Azərbaycan dilçiliyində Nəsir Məmmədov, Ağamusa Axundov, Musa Adilov, Əbülfəz Rəcəbli, Afad Qurbanov, Nizami Cəfərov kimi alimlər bu sahədə fundamental araşdırmalar aparıb, nəzəri və praktik məsələləri izah etmək məqsədilə bir çox əsərlər yazıblar. Hesab edirəm ki, Qismət Cəfərov və Səmra Həsənzadənin "Ümumi dilçilik oçerkləri" adlı kitabı da bu sahədə mühüm hadisələrdən biridir.

"Ümumi dilçilik oçerkləri" kitabı dilçilik elminin əsas məsələlərini, onun müxtəlif aspektlərini və inkişaf istiqamətlərini geniş və aydın izah edir. Kitabın məzmunu doqquz bölməyə ayrılıb və hər bölmə dilçiliyin müəyyən aspektlərinə həsr edilib. Burada dilin mahiyyəti, onun strukturu, ünsiyyətdəki rolu, tarixi inkişafı, dilin sosial məziyyətləri və digər nəzəri məsələlər geniş yer alır. Kitabda həm klassik, həm də müasir dilçilik nəzəriyyələri işıqlandırılıb, müxtəlif dilçilik məktəblərinin baxışları müqayisəli şəkildə təqdim edilib. Kitab müasir elmi məlumatlarla zəngin olması və dilçiliyin aktual problemlərinə toxunması ilə də seçilir. Həmçinin, elmi məlumatların aydın və anlaşıqlı dildə izah edilməsi onu yalnız mütəxəssislər üçün deyil, eyni zamanda geniş oxucu auditoriyası üçün də faydalı və əlçatan edir. Sistemli və elmi əsaslara söykənən yanaşmaları ilə fərqlənən Qismət Cəfərov və Səmra Həsənzadə dilçiliyin mürəkkəb nəzəri məsələlərini sadə və aydın şəkildə izah etməyi bacarmışlar.

Kitabın nəzəri əhəmiyyəti onun dilçiliyin əsas problemlərini geniş və əhatəli şəkildə izah etməsi ilə bağlıdır. Burada dilin yaranması, inkişafı, müxtəlif dilçilik məktəblərinin nəzəriyyələri, dilin semantik, sintaktik və fonetik xüsusiyyətləri haqqında dəyərli bilgilər yer alıb. Dilçilik sahəsində yazılmış digər fundamental əsərlərlə müqayisədə, "Ümumi dilçilik oçerkləri" daha sistemli və müasir yanaşma tərzi ilə seçilir. Müəlliflər dilin inkişafında texnologiyanın, medianın və qlobalizasiya proseslərinin təsirini də analiz edirlər ki, bu da kitabın müasir elmi tələblərə cavab verdiyini göstərir.

Kitabın digər mühüm üstünlüklərindən biri onun geniş və sistemli tərzdə yazılmasıdır. Müəlliflər dilçiliyin müxtəlif aspektlərini əhatə etməklə yanaşı, onları müqayisəli şəkildə təqdim edirlər. Kitabda nəzəriyyələrin tarixi inkişafı və müxtəlif baxış bucaqları ardıcıl və məntiqi şəkildə izah edilib. F.de Sössür, N.Xomski, V.fon Humboldt, L.Yelmslev kimi dünya şöhrətli dilçilərin nəzəri baxışlarının doğma dilimizdə aydın şərhi, müasir texnologiyalar və qloballaşma kontekstində dilin dəyişməsi kimi yeni mövzulara toxunulma, müasir dilçilik problemlərini araşdırılması aktual elmi məlumatlarla zəngin kitabın maraqlı tərəfləri hesab edilə bilər. Bu xüsusiyyəti kitabın həm akademik dairələrdə, həm də geniş oxucu kütləsi arasında daha əlçatan və başa düşülən olmasına kömək edir.

Kitabda müasir linqvistik yanaşmalardan geniş istifadə olunur, strukturalizm, generativ dilçilik, koqnitiv dilçilik, Kartezian dilçiliyi, Por-Royal qrammatikası, Gənc qrammatiklər nəzəriyyələri ətraflı təhlil edilir. Müəlliflər dilin sosial-mədəni kontekstdə dəyişməsinə diqqət yetirir, dilin fəlsəfi mahiyyəti araşdırılır.

Azərbaycanda elmi dilçiliyin 100 ildən artıq yaşı (Mahmud Kaşğarilərə, Mirzə Kazım bəylərə Allah rəhmət eləsin!) vardır ki, ilk nəsildə Aleksandr Samoyloviç, Yevgeniy Bertels, Nikolay Aşmarin, əslən Krım tatarlarından olan Bəkir Çobanzadə kimi əcnəbi alimlər dayansa da, ikinci nəsildə artıq milli kadrlar üstünlük təşkil edirdi -

Əbdüləzəl Dəmirçizadə, Məmmədağa Şirəliyev, Muxtar Hüseynzadə və digərləri. Üçüncü nəsil bir qədər də irəli gedərək Müasir Azərbaycan dilinin əsas istiqamətlərinin nəzəri əsaslarını, hətta məktəblərini yarada bildi -

Ağamusa Axundov, Əlövsət Abdullayev, Fərhad Zeynalov, Yusif Seyidov, Tofiq Hacıyev və başqaları. Dördüncü nəsil isə - Nizami Cəfərov, Kamal Abdulla, Firudin Cəlilov, Kamil Vəliyev, Tofiq Müzəffəroğlu və digərləri yaradılmış əsasların üzərində daha aydın, daha dərin və daha milli dilçilik konsepsiyası yaratmağa müvəffəq oldular. "Ümumi dilçilik oçerkləri" kitabını oxuduqdan sonra bir daha əmin oldum ki, beşinci nəsil də uğurla bu sıraya qoşulmaqdadır. Bununla birlikdə beşinci nəslin missiyası digərlərindən fərqli və bəlkə, daha da mürəkkəbdir. "Dəmir pərdələrin" götürüldüyü, dünya elm xəzinəsinə qapıların açıldığı, İKT imkanlarının geniş şərait yaratdığı müasir dövrdə bu nəslin əsas qayəsi indiyədək mövcud olan dərslikləri, dərs vəsaitlərini, monoqrafiyaları aydın və səlis Azərbaycan dilində oxucuya çatdırmaqdır. Kitabı vərəqlədikcə bu nəslin ağır və məsuliyyətli bir yükü çiyinlərinə götürdüyünü hiss etdim, Füzulinin məşhur beyti yadıma düşdü:

Məndə tovfiq olsa,

bu düşvarı asan eylərəm,

Novbahar olğac tikəndən

bərgi-gül izhar olur.

Sevindiricidir ki, dilçilik elmimizin "novbaharı" artıq gəlib yetişib və Muxtar Hüseynzadələrin, Ağamusa Axundovların əkdikləri qızılgüllərin "tikənlərindən bərgı-gül izhar olmağa" başlayıb. Arzu edirəm ki, bu yarpaqlar və çiçəklər hələ uzun illər təravətini qoruyaraq Azərbaycan ümumi dilçilik elmini öz rayihəsi ilə rövnəqləndirsin və yeni güllərin açılmasına meydan yaratsın.

Fikrət ŞİRİYEV
Bakı Dövlət Universitetinin dosenti

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:286
embedMənbə:https://525.az
archiveBu xəbər 11 Aprel 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1385

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see676

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see527

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see515

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see506

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see461

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see436

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see433

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see422

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see409

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see398

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see359

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see346

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see341

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see339

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see311

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see308

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see281

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see263

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see263
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri