Icma.az
close
up
RU
Tikinti azalır, bu sahələr risk altındadır Açıqlama

Tikinti azalır, bu sahələr risk altındadır Açıqlama

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanın qeyri-neft-qaz sektorunda 2,1 faiz artım qeydə alınıb. Buna baxmayaraq, tikinti sahəsində əlavə dəyər 12,5 faiz azalıb.
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib ki, həm tikinti layihələrinin sayı, həm də həyata keçirilən tikinti işlərinin həcmi əvvəlki dövrlə müqayisədə aşağı düşüb:

“Tikinti sektorunun digər sahələr üçün də ciddi multiplikativ effekti olduğunu nəzərə alsaq, burada baş verən geriləmə təkcə tikinti ilə məhdudlaşmır, bir sıra əlaqəli sahələrə də təsir göstərir.
Məsələn, tikintinin azalması ilk növbədə tikinti materiallarına olan tələbatın aşağı düşməsinə səbəb olur. Sement, armatur, beton, kafel, boya və digər tikinti materiallarının istehsalı və satışı zəifləyir.
Bununla yanaşı, yeni mənzillərin və evlərin tikintisinin azalması mebel, məişət avadanlıqları, interyer məhsulları və müxtəlif aksesuarların satışına da təsir göstərir. 
Çünki yeni mənzil əldə edən və ya yeni ev tikdirən insanlar sonrakı mərhələdə həmin mənzillərin və evlərin təmiri, mebellə təchiz olunması və digər ehtiyacların qarşılanması üçün əlavə xərclər çəkirlər.
Burada söhbət yalnız fərdi evlərdən və mənzillərdən getmir. Böyük infrastruktur və tikinti layihələrinin də azalması müşahidə olunur. Hətta İqtisadiyyat Nazirliyinin açıqlamalarında bir neçə iri layihənin həyata keçirilməsində yaranan gecikmələrin ümumi daxili məhsula mənfi təsir göstərə biləcəyi qeyd olunmuşdu. 
Çünki iri layihələr həm tikinti sektorunda birbaşa iqtisadi aktivlik yaradır, həm də həmin layihələrdə iştirak edən podratçı şirkətlər, tikinti materialları istehsalçıları, nəqliyyat və xidmət sahələri üçün əlavə tələbat formalaşdırır.
Bu baxımdan tikinti sektorunda davam edən geriləmənin iqtisadiyyatın digər istiqamətlərinə də müəyyən qədər təsir göstərməsi təbiidir.
Tikinti həm məşğulluq, həm daxili tələb, həm də müxtəlif istehsal və xidmət sahələrinin fəaliyyəti baxımından mühüm sektordur. Ona görə də bu sahədəki azalma ümumi iqtisadi aktivliyə təsirsiz ötüşmür”.
İqtisadçı əlavə edib ki, bununla belə, ilin sonuna doğru göstəricilərin müəyyən qədər dəyişməsi mümkündür:
“Çünki büdcədən ayrılan vəsaitlərin istifadəsinin sürətlənməsi ilə ilin son aylarında təmir, tikinti və infrastruktur layihələrinin icrasının intensivləşməsi gözlənilir. Əgər nəzərdə tutulan layihələrin icrası sürətlənərsə və ayrılmış vəsaitlər iqtisadiyyata daha aktiv şəkildə daxil olarsa, tikinti sektorunda müəyyən canlanma yarana bilər.
Bu səbəbdən hazırkı rəqəmlərə əsaslanaraq ilin yekununda tikinti sektorunda eyni mənfi dinamikanın mütləq şəkildə qorunacağını söyləmək tezdir. İlin sonuna yaxın tikinti və təmir işlərinin sürətlənməsi nəticəsində tikinti sektorunda göstəricilərin yaxşılaşması ehtimalı var.
Əsas məsələ isə iri layihələrin nə dərəcədə sürətlə həyata keçirilməsi və bunun digər sektorlar üzrə yaratdığı iqtisadi multiplikativ effektin nə qədər güclü olmasıdır”.
Nuray Paşşanlı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:35
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 15 Sentyabr 2026 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see466

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see342

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see324

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see319

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see319

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see318

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see294

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see292

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see291

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see284

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see279

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see278

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

13 Sentyabr 2026 16:32see273

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see267

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see259

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see256

Azərbaycanda qida biznesində yeni dövr

13 Sentyabr 2026 18:33see253

Yanacaq bahalığı Macarıstana da çatdı...

14 Sentyabr 2026 02:03see231

Rəcəb Tayyib Ərdoğan: Türkiyənin səhiyyə sistemi dünyada nümunəvi hesab olunur

13 Sentyabr 2026 22:07see223

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri