Icma.az
close
up
RU
TikTok un vəzifəli şəxsləri gizli qoruma oyunu Amerikada Tramp qorunur, bizdə isə Prezidenti təhqirə geniş yer açılır

TikTok un vəzifəli şəxsləri gizli qoruma oyunu Amerikada Tramp qorunur, bizdə isə Prezidenti təhqirə geniş yer açılır

Mia.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ-ın Kaliforniya ştatının qubernatoru Qevin Nyusomun TikTok-un Amerika prezidenti Donald Trampa yönəlik tənqidləri qısıtlaması barədə bir neçə gün əvvəl verdiyi açıqlamadan sonra araşdırma daha da dərinləşib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Qevin Nyusom TikTok-un ABŞ-da Prezident Trampı tənqid edən məzmunlarə "qəsdən blokladığı"nı və ştat Ədliyyə Nazirliyinin bu və ya bu kimi faktları araşdıracağını demişdi.

Məlumata görə, bu açıqlamadan dərhal sonra rəsmi araşdırma başlayıb.

Bu barədə qubernator növbəti açıqlama verib: "İstintaq platformanın müəyyən siyasi baxışları senzura etməklə ştat qanunlarını pozub-pozmadığını araşdırmağa başlayıb".

ABŞ mediası yazır ki, TikTok-un Amerikadakı səhmlərinin əsas hissəsi alındıqdan sonra bu qadağalar daha da çoxalıb: "Bu alqı-satqıdan sonra Tramp əleyhinə yazılar məhdudlaşdırılır və ya tam şəkildə bloklanır. Onlar bəzi "açar sözlər"i sistemə "inteqarsiya" ediblər. Nəticədə sistem avtomatik tənqidi materialları bloklayır. Hətta azyaşlılara qarşı seksual partilərdə günahlandırılan Trampın dostu Ceffri Epşteyn və ümumiyyətlə, "Epstein" sözü belə qadağa siyahısındadır. Bu və ya digər "müdafiə sədləri"nə TikTok tərəfindən "icma qaydalarını pozma" uydurması ilə cavab verir, nəticə etibarıyla həmin tənqidi material ya silinir, ya da məhdudlaşdırılır. Bu, açıq-aşkar qarşı tərəfi gizli şəkildə qorumaqdır..."

Maraqlı budur ki, vəzifəli şəxsləri qorumaq iddiasına "TikTok" rəhbərliyi inkaredici cavab veriblər: "Mesajlaşma və axtarış bölmələrində yaşanan problemlər siyasi müdafiə və ya qərəzdən deyil, texniki nasazlıqlardan qaynaqlanır. Platforma rəsmiləri bu səhvləri düzəltmək üçün çalışır. Biz heç bir siyasi qrupa və ya namizədə üstünlük vermirik. Qaydalar hər kəsə ədalətli şəkildə tətbiq olunur."

Maraqlıdır, görəsən Azərbaycanda da hansısa məmurları qorumaq cəhdləri və ya faktı var?

Yada salqaq ki, TikTok-un ölkəmizdə də nümayəndəliyi var. Bu nümayəndəlik rəhbərləri tez-tez çevrələrinə yaxın savadsız və şoumen tiktoker və jurnalistləri də masaya toplayaraq, onlara sok qonaqlığı verir, sonda isə hərəsinə bir çantada ucuz hədiyyə paylayaraq missiyasını bitmiş sayır. Alt qatda isə...

Mia.az-ın əməkdaşının Tik-Tok-da apardığı qısa aradırma zamanı aydın olur ki, TikTok-un Azərbaycandakı seqmenti bəzi məmurlara qarşı önləyici müdafiə səddi qurub.

Məsələn, Mia.az saytının kiçik araşdırması zamanı bəlli olub ki, TikTok-un Azərbaycan seqmentində İqtisadiyyat Nazirliyi, SOCAR, Azərişq, Dövlət Su Ehtiyatları Agentliyi, Kənd Təsərrüaftı Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, onun bölmələri, o cümlədən Dəmiryolu İdarəsi və sair dövlət qurumlarının yarıtmaz məmurları haqqında normal tənqidi paylaşımlar ya tam bloklanır, ya da çox sərt formada məhdudlaşdırılır, yəni, izləyiclərə çatmasına imkan verilmir.

Çox maraqlıdır ki, TikTok bu və ya digər vəzifəli şəxsləri qoruma altına alsa da, Dövlət başçısı İlham Əliyev haqqında təhqir və təxribat xarakterli məlumatları nənki məhdudlaşdırır, əksinə, daha geniş izləyici kütləsinə yetişməsinə "yaşıl işıq" yandırır. Sual olunur: niyə?! Maraq nədər axı?!...

Məsələyə ekspertər rəylərini əlavə etməklə araşdırmalarımızı davam etdirəcəyik.

F.Əhməd

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://mia.az
archiveBu xəbər 29 Yanvar 2026 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see436

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see272

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see203

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see201

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see184

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see184

Məhkəməlik olan Nazilə Səfərli ilə Fatimə eyni masa arxasında VİDEO

27 Yanvar 2026 17:10see182

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see180

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see174

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see170

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see166

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see163

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see156

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see154

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see152

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see151

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see150

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see146

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see144

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri