“TikTok” uşaqların müdafiəsinə yönəlmiş yeni funksiyalar təqdim edib
Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.
Çinin “TikTok” sosial şəbəkəsi bəzi vacib dəyişiklikləri gizlədən böyük yenilənmə təqdim edib. Yeni funksiyalar yetkinlik yaşına çatmayanların təhlükəsizliyi və valideyn nəzarəti ilə bağlıdır.
AZƏRTAC “TechCrunch” nəşrinə istinadla xəbər verir ki, artıq valideynlər övladlarının hara abunə olduğunu və abunəçilərini izləyə, həmçinin kimləri bloka saldığını görə biləcəklər.
“Time Away” adlı yeni funksiya ilə valideynlərin təyin etdiyi vaxt ərzində, məsələn, məktəbdə olan zaman və ya gecə vaxtı “TikTok” uşaqlar üçün deaktiv olacaq.
Yaxın aylarda “TikTok” uşaqların hansı videolardan şikayət etdikləri ilə bağlı valideynlərə xəbərdarlıq göndərəcək.
Bundan başqa, “TikTok” 16 yaşdan aşağı uşaqlara gecə vaxtı tətbiqi bağlamağı təklif edəcək. Əgər onlar 22:00-dan sonra onu açsalar, “TikTok” sakitləşdirici musiqi səsləndirərək dincəlməyi təklif edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 12 Mart 2025 22:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















