Icma.az
close
up
RU
TikTokda yeni layihə 15 min dollar mükafatı var

TikTokda yeni layihə 15 min dollar mükafatı var

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Qısa videoların aparıcı platforması olan TikTokda startaplar üçün TikTok StartUp Akademiyasına qeydiyyat başlayıb.

Akademiya çərçivəsində startap nümayəndələri platformada uğur qazanmağı və öz məhsullarını cəmiyyətin diqqətinə çatdırmağı öyrənəcəklər. TikTok StartUp Akademiyasının finalistləri TikTok-da inkişaf etmək üçün qrant qazanacaqlar - ümumi mükafat fondu 15.000 dollar təşkil edir.

TikTok yalnız Azərbaycan istifadəçi icmasına yaradıcılıq və yeni biliklər əldə etmək üçün məkan yaratmaqla kifayətlənmir, həm də yerli biznesin inkişafını təhsil resursları, unikal və innovativ alətlərlə dəstəkləyir. Bu il TikTok, Azərbaycanda yerli biznes sahələrində platformaya olan böyük marağı nəzərə alaraq ölkədə TikTok For Business platformasını istifadəyə verib və yerli şirkətlərlə əməkdaşlığa başlayıb. İndi Azərbaycanın müxtəlif sahələrindən olan şirkətlər TikTok-da marketinqin bütün mərhələlərində real kontent yarada və öz biznes məqsədlərini həyata keçirə bilərlər. TikTok brendlərin platforma icmasında tanınmasını artırmağa, istifadəçiləri cəlb etməyə və sadiqliyi gücləndirməyə, tətbiqdən kənarda hərəkətə keçməyə, konversiyaları artırmağa və satışları yüksəltməyə kömək edir.
TikTok Azərbaycandan olan startapları Azərbaycan Respublikasının İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, eləcə də Mərkəzi Asiyada İT startapların ən böyük beynəlxalq texnoparkı olan Astana Hub ilə birgə təşkil edilən TikTok StartUp Akademiyasında iştirak etməyə dəvət edir.

Proqramda iştirak etmək üçün startaplar 10 noyabr tarixinədək linkə keçid edərək müraciət formasını doldurmalıdırlar. Müraciətdə startapın məqsədləri, coğrafiyası və TikTok vasitəsilə nail olmaq istədikləri biznes hədəflərini açıqlamalıdırlar. Ən unikal ideyalara əsaslandırılmış biznes modelinə və platformada məqsədlərə dair aydın vizyona sahib olan startaplar 29 noyabrda Astanada keçiriləcək final mərhələsinə seçiləcəklər. Finalistlərin yaşayış və uçuş xərcləri qarşılanacaq.

Finalda iştirakçılar Akademiya ekspertlərindən təhsil kursu, həmçinin TikTok-da inkişaf etmək üçün 15 000 ABŞ dolları məbləğində mükafat fondu uğrunda mübarizə edəcəklər.

"Biz TikTok StartUp Akademiyası çərçivəsində sahibkarlara unikal təcrübə qazandıraraq, onlara yeni biliklər əldə etmək, TikTok və Astana Hub-ın ən yaxşı ekspertlərinin mentorluğu ilə yeni zirvələrə nail olmaq üçün dəstək verəcəyik. Ən yaxşı iştirakçılara verilən qrantlar onların cəsarətli ideyalarını reallaşdırmağa imkan yaradacaq" - deyə TikTok-un Azərbaycan, Türkiyə, Mərkəzi və Cənubi Asiya üzrə Global Business Solutions departamentinin rəhbəri Barış Aldanmaz bildirib.

Akademiyaya həmçinin Qazaxıstan, Qırğızıstan və Özbəkistandan olan startaplar dəvətlidir.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 07 Noyabr 2024 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see775

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see518

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see307

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see282

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see277

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see261

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see250

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see237

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see235

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see225

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see225

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see223

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see218

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see196

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see187

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see183

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see179

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri