Icma.az
close
up
RU
Tiktokda yeni tendensiya: Barışıq şousu AÇIQLAMA

Tiktokda yeni tendensiya: Barışıq şousu AÇIQLAMA

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son dövrlər "TikTok" platformasında tanınmış şəxslərin əvvəlcə bir-birini təhqir edib, daha sonra barışaraq üzr istəməsi tendensiyası geniş müzakirə olunur. Bu cür şou xarakterli konfliktlər xüsusilə gənclərin davranış modellərinə və sosial münasibətlərinə təsir baxımından diqqət çəkir. 
Sosioloq Elçin Bayramlı Demokrat.az-a açıqlamasında bildirib ki, bu cür halların baş verməsi qəbulolunan deyil və mənəvi deqradasiyanın əlaməti kimi qiymətləndirilə bilər:
"İnsanlarımız aqressiv olmamalı, bir-birinə qarşı nifrət və təhqir ruhunda davranmamalıdır. Sosial şəbəkələr hər nə qədər virtual olsa da, ictimai məkandır və burada mədəniyyət qaydaları, davranış normaları, müzakirə etikası qorunmalıdır. İnsanlar bir-biri ilə normal şəkildə fikir mübadiləsi apara, mübahisə edə bilərlər, lakin müəyyən çərçivələr gözlənilməlidir. Bununla bağlı ciddi normalar formalaşdırılmalı, nəyin mümkün, nəyin isə yolverilməz olduğu aydın şəkildə bilinməlidir. Hər hansı problem və qarşıdurma yarandıqda isə barışığın üstünlüyü seçilməlidir. Bu, müsbət mesajdır – insanlar daim düşmən və ya rəqib ola bilməz. Qarşı tərəfi başa düşmək, üzr istəmək və normal münasibətləri bərpa etmək mümkündür".
Sosioloq bildirib ki, bununla belə, daha doğru yol odur ki, ümumiyyətlə belə hallara şərait yaranmasın. 
"Təəssüf ki, bəziləri diqqət çəkmək və məşhurlaşmaq üçün qəsdən qalmaqallı davranışlar sərgiləyir. Bu isə əks effekt yaradır, cəmiyyətdə antipatiya formalaşdırır və mənfi rəy doğurur. İnsanlar bunu anlayır və belə addımlar əksinə, daha pis təsir bağışlayır. Bu cür davranışlar həm cəmiyyətə, həm gənclərə, həm də ümumilikdə ictimai mühitə mənfi mesaj verir. Bu, sağlam əxlaqi və mənəvi mühitin zəiflədiyini göstərir" - o qeyd edib.
Onun sözlərinə görə, bu baxımdan, istənilən sosial şəbəkədə insanlar səbirli, mədəni və məsuliyyətli olmalıdır:
"Faydalı məlumatlar və dəyərli fikirlər paylaşılmalı, təhqir və zərərli məzmundan uzaq durulmalıdır. Müzakirələr normal və etik çərçivədə aparılmalıdır ki, sonradan barışığa ehtiyac yaradan problemlər yaranmasın. Biz qədim tarixi və zəngin mədəniyyəti olan bir millətik və belə hallar bizə yaraşmır. Virtual mühitdə nəzarətin zəif olması o demək deyil ki, biz öz dəyərlərimizi unutmalıyıq. Harada olmağımızdan asılı olmayaraq – istər sosial şəbəkədə, istər real həyatda – əxlaqımızı və mədəniyyətimizi nümayiş etdirməli, bir-birimizlə insani münasibətlər qurmalıyıq. Belə hallara yol verilməsi nə mənəvi, nə psixoloji, nə də sosial baxımdan qəbulolunan deyil".
Qeyd edək ki, bu yaxınlarda məşhur rejissor Kənan Mahmudov və yazıçı Orxan Saffari arasında belə bir hadisə baş vermişdi. 
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 Fevral 2026 22:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri