Icma.az
close
up
RU
“TikTok”dakı şousuna görə həbs edilmişdi: Qalmaqallı aparıcı ilk dəfə danışdı VİDEO

“TikTok”dakı şousuna görə həbs edilmişdi: Qalmaqallı aparıcı ilk dəfə danışdı VİDEO

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

“TikTok”da “Təkərdə” şousu təşkil edən və buna görə həbs edilən Azər Zahid bir illik fasilədən sonra yenidən ekranlara qayıdır.

Ölkə.Az xəbər verir ki, bu barədə aparıcı özü məlumat verib. O, yeni və insanlara düşündürəcək formatda canlı yayıma çıxacağını söyləyib. 

Qalmaqallı aparıcı bir il görünməməsinin səbəbini izah etmək istəmədiyini bildirib:

“Bu gün sizinlə içimdə olan hisləri bölüşmək istəyirəm. Bir il yox idim. Səbəbini izah edə bilmirəm, etmək də istəmirəm. Çünki bir susqunluğun izaha ehtiyacı yoxdur. Bu müddətdə danışmadım, amma düşündüm, paylaşmadım, amma anladım. Bəzən insan geri çəkilir ki, itirdiyini yox, kim olduğunu xatırlasın. Mən də çalışdım, bu müddətdə xatırlayım. Düşündüm, daşındım, xatırladım anladım. özümü axtarmağa çalışdım və bu gün buradayam. Köhnə mən kimi yox, təbii ki, yeni nəfəs, yeni Azər. Daha sakit, daha dəqiq, daha az danışıb daha çox deyən biri kimi buradayam. Ümidvaram ki, bunu isbat edəcəyəm və siz də anlayacaqsınız. 
Bu qayıdış səs-küy üçün deyil, hətta bu qayıdış diqqət üçün də deyil. Kiminsə diqqətini çəkim, səs-küy yaradım... Bu qayıdış yalnız yarımçıq qalan sözlərimi demək üçündür. Təbii ki, onu siz başa düşəcəksiniz.

Bir sözlə, mən qayıtdım. Yayıma çıxacağam ki, sizi maraqlandıracaq, düşündürəcək şeylərlə gəlim”, - deyə o söyləyib.

Qeyd edək ki, “TikTok”da əyləncə yarışları təşkil edən aparıcı Azər Zahid 2024-cü ilin dekabrında həbs edilib.

Əvvəlcə sosial şəbəkədə əxlaqsızlığın təbliğ edilməsi ilə bağlı saxlanılan Azərin cinayətləri ortaya çıxıb.
Azər Zahid və digər şəxslərə qarşı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma, internetdə onlayn qumar oyunları təşkil etmə maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə həmin əməllərdə təqsirli olan Azər Zahid və onun köməkçisi Rövşən Təhməzov, Emin və Rəşad Abdullayev qardaşları həbs ediliblər.

Onlar Cinayət Məcəlləsinin 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) 244-1.2.2-ci (qumar oyunu təşkil etmə), 244-1.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirli bilinirlər.

Bu il yanvarın əvvəlində isə Azər Zahid və köməkçisi Rövşən Təhməzovun cinayət işinə xitam verilib. Sonradan məhkəmənin qərarI ilə Azər Zahid ev dustaqlığına buraxılıb.

Billurə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://olke.az
archiveBu xəbər 28 Yanvar 2026 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see253

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see253

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see240

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see210

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see198

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see180

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see180

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see177

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see164

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see163

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see159

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see154

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see152

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see150

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see147

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see146

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see145

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see141

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri