Icma.az
close
up
RU
TikToku zəbt edənlər manipulyasiya ilə məşğuldur, yoxsa reallıqla? Əsasən qadınlar...

TikToku zəbt edənlər manipulyasiya ilə məşğuldur, yoxsa reallıqla? Əsasən qadınlar...

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Azərbaycanda, son dövrlər məhz sosial şəbəkələrdəki falçı və baxıcıların sayı çoxalıb. "TikTok" canlı yayımlarında hər yerindən duran kart açır, müxtəlif şamlar yandırır. Təbii ki, insanlar da oturub saatlarca onları izləyir, hətta müəyyən məbləğ də ödəniş belə edirlər. Bir sözlə, əvvəllər həmin baxıcılar öz fəaliyyətlərini gizli şəkildə həyata keçirirdilərsə, artıq bunu nümayiş etdirməkdən də çəkinmirlər. Çünki cəmiyyət bunu tələb edir. 

Görəsən, hər kəsin ayrıca niyyətinə yandırılan şamların, həqiqətən, hər hansı təsiri ola bilər, yoxsa müştəri, izləyici psixoloji olaraq özünü buna inandırır? Falçıların fəaliyyəti manipulyasiyadır, yoxsa reallıqdır?

Mövzu ilə əlaqədar psixoloq Ülviyyə Murtuzova Redaktor.az-a açıqlamasında bildirib ki, insanların inanc yerləri, özlərindən asılı olaraq bu və ya digər formada mistik inancları, yaratdıqları emosiyaları var:

"Məsələn, müəyyən yerlərə getmək, orada dəstək kimi inandıqları güclərin, qüvvələrin adını çəkməklə Allaha şərik qoşmaq kimi hissləri var. Təbii ki, bu, psixoloji bir yanaşmadır. Reallıqda insanın gələcəyini və taleyini deyə biləcək kartların olması çox az ehtimaldır. Hərçənd buna özünü inandıran və beləcə təsəlli tapan, motivasiya alan insanlar çoxdur. Bu da təbii ki, psixoloji durumdur və iradə məsələsidir.  İnsanların zəif nöqtəsinə təsir etmək məharətidir.  Baxıcılar, falçılar öz dünyalarında insanları manipulyasiya edirlər və düşdükləri situasiyadan istifadə edərək onları ələ alaraq idarəetmə gücünə sahib olurlar.  Bu, peşəkarlıq deyil".

Psixoloq canlı yayımları zəbt edən falçıların fəaliyyətini belə xarakterizə edib:

"Onlar sadəcə olaraq insanın həssas nöqtəsindən, düşdüyü situasiyadan, zəif məqamından, yıxılarkən saman çöpündən yapışmasından faydalanmaq, həmin insanlara həmdəm olmaq, özlərinə çəkmək və sonradan asılı vəziyyətə salmaq məqsədi güdürlər. Əslində, bu, doğru deyil. İnsan hər bir gücü bizi yaradan Allahdan və özündən  almalıdır. Çünki insanın edə bilməyəcəyi heç bir şey yoxdur, yetər ki, biz onu istəyək və fokuslanaq. Düşüncəmizi sağlam kökləyərək, öz iradə gücümüzlə, sağlam təfəkkürə söykənərək istədiyimizi əldə edə bilərik. Başqa məsələlərin hamısı sadəcə mifdir, reallıqdan kənar bir tərzdir".

Ü.Murtuzova belə manipulyativ insanlara müraciət edənlərin əsasən qadınlar olmasına da diqqət çəkib:

"Daha çox xanımlarımızın bu məsələlərə aludə olmasını heç bir formada məsləhət görmürəm. Çünki bunun altında sonradan böyük travmalar yatır. Sabah, digər bir gün həmin şəxslərdən real olmayan pis bir xəbər alanda həmin kəs bunu qaldıra bilməyəcəklər".

Sevinc İBRAHİMZADƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:84
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 23 Noyabr 2024 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see166

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see158

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see148

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri