Icma.az
close
up
RU
TikTokun pulları kimin cibinə axır? Baxma, iqnor et!

TikTokun pulları kimin cibinə axır? Baxma, iqnor et!

Icma.az, Lent az saytına istinadən bildirir.

Daxili İşlər Nazirliyinin “tik-tok” sosial şəbəkəsində keçirdiyi əməliyyat ictimai rəyin əsas müzakirə mövzusudur. Bütün sosial şəbəkələrdə insanlar polisə bu əməliyyat üçün təşəkkür edir. Hamı əməliyyatı təqdir edir. Sosial şəbəkədə hər cür mənəvi kriteriyanı ayaq altına atan bu adamların uzun illər həbsdə saxlanılmasını istəyənlər də var. Hətta tik-tok-un bağlanması üçün çağırış edənlər də az deyil…

“Dəstəkçilər” kimlərdir?

“Tik-tok”da bütün kriteriyaları aşan, ictimai hörmətsizlik nümayiş  etdirən bu dəstənin saxlanılması əlbəttə ki yaxşı addımdır. Kimlər üçünsə diqqət cəlb edən bu vasitələr keçirdikləri müxtəlif “şoular”, tərbiyəsiz, qeyri-etik davaranışları ilə cəlb etdikləri auditoriyanı manipulyasiya edirlər. Bunun nəticəsində böyük auditoriya yığırlar və birdən-birə onminlərlə dəyəri olan hədiyyələr alırlar.

İndi əsas məsələ bu “hədiyyələrin” mənbəyini araşdırmaqdır. Çox təəssüf ki, tik-tok çirkli pulların yuyulması üçün alətlərdən birinə çevrilib. Bir çox ölkələrdə “tik-toku”un fəaliyyətinə qoyulan qadağada əsas səbəblərdən biri də bu olub. Bir daha xatırlatmaq yerinə düşər ki, internet bir çox ölkələrdə tik-tokdakı bu cür mütəşəkkil dəstələrə qarşı böyük əməliyyatlar keçirilməsi barədə xəbərlərlə doludur.

Çox sadə izah edək: İlhamə adlı qadın orda tullanıb-düşür, tərbiyəsiz ifadələrlə diqqət cəlb edir və yarışmanın sonunda dəyəri 10-20 min manat olan hədiyyələrlə “qalib” olur, növbəti günə keçid edir. Sizə də maraqlı deyilmi, bu qadına hansı keyfiyyətinə görə minlərlə manat hədiyyə göndərilir? Gözəl qadındır? Yox. İstedadı dəyərləndirilir? Olmayan məsələ dəyənləndirilə bilməz. Onu bu cür oynatmaq üçün bir saatı 100 manatdan qonorar verib hansısa çayxanalara, kafelərə dəvət edirdilər axı. Belə bir adama hər saata 10-20 min manatı kim, niyə versin? Bu “dəstəkçilər”in məqsədi nədir? Hardan çıxıb bu “dəstəkçilər”? Və onlar bu pulları haradan qazanıblar? Bu adamların olmayan başına onminlərlə manat hardan yağıb ki, onu da tik-tokda ilhamələrin, ləmanların başına tökürlər?

İkinci sual, əgər bu pullar ilhamələrə, ləmanlara qalırsa, bunlar niyə hələ də kirayə evlərdən ağlaşma videoları çəkib, boş soyducularını göstərirlər? Bəs axı hamının gözünün qabağında “dəstəkçiləri”i bunlara “şir”lər, “pələnglər” göndərir?

Məsələ bu qədər sadə və açıqdır: Bir məsələni 100-200 manata həll etmək olursa, o məsələyə 10 min manat xərcləyən adam dəli olmalıdır. Ölkədə bu qədər dəli ola bilməz. Dəli adamda yüzminlərlə “çölə töküləsi” vəsait də ola bilməz. O zaman bu adamlar kimlərdir? Kimdir bu “dəstəkçilər”? Doğrudanmı,  ölkədə bu qədər harın, pulunun yerini bilməyib onu İlhaməyə, Ləmana, Tosuya, Mosuya xərcləyən var? Əgər yoxdursa, o zaman bu pullar hansı məqsədlə göndərilir? Maraqlı sualdı, eləmi?

Məsələ budur ki, bu sualın cavabı tapılıb, “dəstəkçi”lərin axırına çıxılmasa, yenə də 5-3 manata hoppanıb düşən İlhamə, 2-3 manata qaynanasını söyən Ləman, Tosu, Mosu tapılacaq.

O şirkətlər kimlərindir?

Azər Zahidin “şousunda” ortaya bir maşın qoyulmuşdu, maşının üstündə şirkət adından əl qoymağa yer yox idi. “Studiyası” hər cür məişət texnikası ilə (işin harasıdı ki, studiyaya direl də gəlib çıxmışdı) doldurulmuşdu. O şirkətlərdən bir sosial layihədə iştirak barədə xahiş edilsə, istedadlı, imkansız bir uşağın təhsil haqqının ödənilməsi gözləntisi olsa, ağlaşma qurarlar. Canları çıxar, yenə də bir manat xərcləməzlər. Bəs  Azər Zahidin şousunda İlhamənin hoppanıb-düşməsinə nə əcəb sponsorluq ediblər? Araşdırılmalı söhbətdir.

Baxma, iqnor et!

Tik-tokda olan bu əməliyyatdan sonra adamlar sevinir. Polisə təşəkkür edir. Biz də təşəkkür edirik. Amma bir məsələni yazmaya bilmirəm. Bu qədər adam orda baş verənlərdən detalına qədər məlumatlıdırsa, deməli, baxıb. İndi də həbsə sevinirlərsə, deməli, əsəbləşə-əsəbləşə baxıb. Əziz izləyici, baxma!

Bu adamları sən baxıb, müzakirə edib, məşhurlaşdırmısan. O da sənin diqqətini daha çox çəkmək üçün tərbiyəsizliyini sonsuzluğa qədər uzadır. Dövlət də məcbur olub, bu adamlarla məşğul olur, onları ictimai əxlaq qaydalarını pozmamağa dəvət edir.

Sən baxmasan, müzakirə etməsən, məşhurlaşdırmasan, bunun heç biri olmayacaq! İqnor et, “maraqlanmıram” düyməsinı tıkla, səviyyəli aparıcıya, maraqlı verilişə bax, məlumatlan, əylən amma, sənin əsəbinə toxunan, telefondan sənə söyən bu səviyyəsiz yığınına baxma! Cəzalandırmaların ən böyüyü sənin laqeydliyindi. Baxma, iqnor et, adam yerinə qoyma! Vəssalam. Sən olmasan, məşhurlaşdırmasan, dəstək olmasan, onlar heç kimdir!

Tik-tok bağlansınmı?

Tik-tokun bağlanması ilə bağlı çağırışlar var. Bu çağırışlar zərərlidir. Tik-tokun Azərbaycan seqmentində uzağı 50 nəfərə qədər bu cür biədəb, özünün apara bilməyən, gördüyü tərbiyəni kütləvi nümayiş etdirən guruh var. Bu adamlar həm də  anlamırlar. Anlamırlar çox yumaq oldu, qanmırlar. Çox sadəcə qanmırlar ki, sosial şəbəkə üzərində bir nəfərin belə baxdığı yayın kütləvidir. Kütləvi yayında deyilən söz, edilən çıxış, hərəkət məsuliyyət yaradır! Ağzına, olmayan ağlına gələni danışmaq olmaz! Efir hamı üçün deyil! Bu işdi, peşədi, bacarıqdı. 

Özünüzü adam kimi aparın! Apara bilməyəndə o zəhrimar kameranı bağlayın. Sizin mətbəxiniz, vanna otağınız, evinizdəki tərbiyəsiz danışığınız, hoppanıb düşməyiniz, bəsit düşüncənizlə verdiyiniz “siyasi şərhlər”camaata lazım deyil. Bildiyiniz işlə məşğul olun. Sonra gec olur...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:184
embedMənbə:https://lent.az
archiveBu xəbər 24 Dekabr 2024 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see332

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see281

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see238

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see229

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see226

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see224

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see223

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see219

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see212

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see209

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see206

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see202

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see193

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see193

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see189

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see188

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see169

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see166

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see165

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri