Icma.az
close
up
RU
“TIME” jurnalında “Azerconnect Group”un fəaliyyətindən bəhs edilib FOTO

“TIME” jurnalında “Azerconnect Group”un fəaliyyətindən bəhs edilib FOTO

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Dünyanın ən nüfuzlu nəşrlərindən biri olan “TIME” jurnalı Azərbaycan haqqında hazırladığı məqalədə “Azerconnect Group”un fəaliyyətindən bəhs edib.

Modern.az xəbər verir ki, “Azerconnect Group – Azərbaycanı dünyaya bağlayır” adlı məqalədə “Azerconnect Group”un  ölkənin aparıcı İKT şirkəti olması, həmçinin bu il dünyanın telekommunikasiya nəhəngi “Vodafone”la strateji tərəfdaşlığa başlaması qeyd olunub. Bildirilib ki, bu tərəfdaşlıq şirkətə rəqəmsallaşma, təhlükəsizlik əməliyyatları mərkəzləri, şəbəkə texnologiyaları və kommersiya xidmətləri kimi mühüm sahələrdə inkişafı daha da sürətləndirməyə imkan verəcək. 

“Azerconnect Group”un baş direktoru Emil Məsimov nəşrə müsahibəsində şirkətin ölkədə qabaqcıl texnologiyaların tətbiqi üçün kifayət qədər resursu və güclü infrastrukturu olduğunu qeyd edib: “Telekommunikasiya və İKT sahəsində sürətlə baş verən yeniliklər uzunmüddətli planlama baxımından əsl çağırışdır. Bu çağırışların öhdəsindən gəlmək üçün bazardakı dəyişikliklərə çevik  reaksiya olduqca önəmlidir”. 

Məqalədə, həmçinin bildirilib ki, “Azerconnect Group” “Deloitte” şirkəti tərəfindən təsis olunmuş “Best Managed Companies Azerbaijan 2024” müsabiqəsinin qalibi seçilib, həyata keçirilən innovativ təşəbbüslərə görə “Top Employers Institute” (Ən Yaxşı İşəgötürənlər İnstitutu) və digər beynəlxalq təşkilatların mükafatlarına layiq görülüb.

Eyni zamanda, materialda şirkətin dayanıqlılıq sahəsində icra etdiyi layihələr barədə məlumat da yer alıb. Vurğulanıb ki, qabaqcıl biznes modellərinin tətbiqi nəticəsində şirkət enerji səmərəliyini əhəmiyyətli dərəcədə artıraraq, enerji istehlakını 60%-ə qədər azaldıb. 

“TIME” jurnalında dərc olunan məqalə ilə bu linkə (hiperlink: //time.com/partnercontent/) keçid etməklə tanış olmaq olar.

“Azerconnect Group” haqqında

Ölkəmizdə dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən “Azerconnect Group” mobil, internet, beynəlxalq kanalların təşkili və FinTech, AdTech, Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir.

“Azerconnect Group” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Noyabr 2024 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see195

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see182

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see174

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see167

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see147

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see144

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri