Icma.az
close
up
RU
“Tiqre”: ya qələbə, ya da məğlubiyyət

“Tiqre”: ya qələbə, ya da məğlubiyyət

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

Argentina çempionatında 12-ci turun oyunlarından sonra qrupların yüksək pillələrində vəziyyət yenə dəyişdi. A qrupunda lider növbəti dəfə dəyişdi, B qrupunda isə ikihakimiyyətlilik yenidən bərpa olundu.

“Tiqre” əvvəlki turda A qrupunda vahid liderliyi ələ almışdı. Dieqo Dabovenin komandası cari mövsümdə ilk dəfə qrupda 1-ci yerə çıxmışdı. Amma san fernandoluların liderliyi yalnız bir tur çəkdi. “Göy-qırmızılar” bu mövsüm heç də yaxşı çıxış etməyən “Nyuellz Old Boyz”a evdə iki cavabsız qolla uduzdular. Maraqlıdı ki, “Tiqre” çempionatda heç-heçəyə razılaşmayan yeganə komandadı. Belə desək, “ya qələbə, ya da məğlubiyyət” şüarı ilə hərəkət edən Dabovenin komandası 4-cü məğlubiyyətini alaraq 3-cü yerə düşdü.
“Tiqre”nin uduzması “Boka Xuniors”un işinə yaradı. Əvvəlki turun “Nyuellz Old Boyz” ilə səfər oyununda (0:2) ardıcıl 6 qələbəlik seriyası qırılan ölkə nəhəngi evdə “Barrakas Sentral”a minimal hesabla qalib gəldi. Mərkəz müdafiəçisi Battalyanın fasilə ərəfəsində vurduğu qol Fernando Qaqonun komandasını yenidən 1-ci yerə yüksəltdi.
Tura hərəyə 22 xalla 3-4-cü yerləri bölüşməklə başlayan iki komandanın nəticələri fərqli oldu. “Atletiko Urakan” evdə “Aldosivi” ilə superməhsuldar heç-heçəyə (3:3) razılaşmaqla 4-cü yerə düşdü. “Arxentinos Xuniors” isə “Defensa y Xustisiya”nı 4:1 hesabı ilə darmadağın edərək 2-ci yerə çıxdı.
B qrupunda tura 24 xalla lider kimi başlayan “İndependyente” səfərdə “Lanus”dan bir xal ala bildi. Xulio Vakkarinin komandası hesabı erkən açsa da, ikinci hissədə qələbəni əldən verdi. Maraqlıdı ki, “qırmızılar” son oyunları qələbə və heç-heçə ilə başa vurublar. İki xal itkisi “İndependyente”nin 1-ci yerdəki mövqeyinə təsir etmədi. Amma avelyanedalılar indi qrupda şərikli liderdilər.
Ona görə ki, əsas izləyici “Rosario Sentral” turu maksimum xalla başa vurdu. Rosariolular evdə “Veles Sarsfild”dən maksimum xal aldılar. Cari mövsümün əvvəlini faciəvi şəkildə keçirən Argentinanın son çempionu Sebastyan Domingesin isteaya göndərilməsindən sonra onun yerinə təyinat alan Marselo Bravonun başçılığı altında ardıcıl iki qələbə ilə B qrupunda sonuncu yerdən qurtulmuşdu. Sonra evdə “Deportivo Riestra”ya minimal hesabla məğlub olan paytaxt komandası Rosarioda hesabı erkən açdı. Amma meydan sahibləri fasilədən sonra iki top vuraraq əzmkar qələbə ilə liderliyə şərik oldular. “Veles” isə qrupda 13-cü yerdən 14-ə düşdü.
Tura 3-cü yerdə başlayan “River Pleyt” yenə büdrədi. “Sarmyento” ilə səfər oyununun nəticəsini ilk hissədə vurulan iki qol müəyyən etdi. Ardıcıl 3-cü heç-heçə bu mövsüm heç də inamlı görünməyən Marselo Qalyardonun komandasını 4-cü yerə saldı. “River” indi B qrupunda liderlərdən 4 xal geri qalır.
Son mövsümün gümüş mükafatçısı olan “Talyeres de Kordoba” evdə “Ximnasiya”nı 2:0 hesabıyla məğlub edərək 10-cu yerdən 9-a yüksəldi. Bürünc mükafatçı “Rasinq” isə “Banfild” üzərində 4:1 hesablı qələbədən sonra A qrupunda 10-cü yeri tutur.
qrup mərhələsi, 12-ci tur
Tiqre - Nyuellz Old Boyz 0:2

Kuesta, 13. L.Errera, 73.
Boka Xuniors - Barrakas Sentral 1:0
Battalya, 40.
Atletiko Urakan - Aldosivi 3:3
Milyeviç, 24; 68. Sekeyra, 48 – E.Torres, 20-p. Palavesino, 63. Cani, 80.
Arxentinos Xuniors - Defensa y Xustisiya 4:1
Viveros, 5. Losano, 12. Molina, 24. Veqa, 31 – Osorio, 52.
Lanus - İndependyente 1:1
Salvio, 61-p. - Qaldames, 3.
Rosario Sentral - Veles Sarsfild 2:1
Sandes, 58. E.Ximenes, 90+1 – B.Romero, 10.
Sarmyento - River Pleyt 1:1
İnsaurralde, 4 – Borxa, 30.
San Martin San Xuan - San Lorenso 0:1
Serutti, 69.
Estudiantes - Belqrano 0:1
N.Fernandes, 41.
Qodoy Krus - İndependyente Rivadaviya 1:1
Andino, 45+1 – Vilyalba, 74.
Union - Sentral Kordoba 1:0
Qamba, 29.
Rasinq - Banfild 4:1
A.Martines, 42; 46; 55. Solari, 72 – Alanis, 90.
Deportivo Riestra – Platense 1:0
Randasso, 57.
Atletiko Tukuman - İnstituto 3:2
Koronel, 45. Brisuela, 49. Lamendola, 90+1 – Luna, 56-p.; 80.
Talyeres de Kordoba - Ximnasiya 2:0
Şott, 16. Orteqosa, 65.
A qrupu
1. Boka Xuniors 12 8 2 2 17-7 26
2. Arxentinos Xuniors 12 7 4 1 16-8 25
3. Tiqre 12 8 0 4 17-10 24
4. Atletiko Urakan 12 6 5 1 16-7 23
5. Estudiantes 12 5 4 3 17-12 19
6. Sentral Kordoba 12 5 3 4 18-14 18
7. Barrakas Sentral 12 4 5 3 16-14 17
8. İndependyente Rivadaviya 12 4 5 3 13-13 17
9. Defensa y Xustisiya 12 5 2 5 14-16 17
10. Rasinq 12 5 1 6 20-15 16
11. Nyuellz Old Boyz 12 4 2 6 9-13 14
12. Belqrano 12 3 5 4 10-18 14
13. Union 12 3 2 7 8-13 11
14. Banfild 12 3 2 7 8-14 9
15. Aldosivi 12 2 3 7 13-24 9
B qrupu
1. İndependyente 12 7 4 1 21-9 25
2. Rosario Sentral 12 7 4 1 17-8 25
3. San Lorenso 12 6 4 2 12-8 22
4. River Pleyt 12 5 6 1 11-6 21
5. Deportivo Riestra 12 4 7 1 10-4 19
6. Platense 12 4 4 4 10-9 16
7. Lanus 12 3 6 3 11-9 15
8. Talyeres de Kordoba 12 2 6 4 8-9 12
9. Ximnasiya 12 3 3 6 7-13 12
10. İnstituto 12 3 2 7 10-15 11
11. Atletiko Tukuman 12 3 1 8 14-19 10
12. Qodoy Krus (-3) 12 2 7 3 7-14 10
13. Sarmyento 12 1 7 4 8-16 10
14. Veles Sarsfild 12 2 2 8 4-17 8
15. San Martin San Xuan 12 1 3 8 4-12 6
Bombardirlər: A.Martines (Rasinq) - 8, Avalos (İndependyente), N.Fernandes (Belqrano), Vomberqar (San Lorenso) - 6.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:260
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 13 Aprel 2025 21:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see518

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see469

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see366

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see312

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see275

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see252

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see248

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see230

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see229

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see225

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see218

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see216

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see204

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see199

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see190

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see184

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see183

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see177

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri