Icma.az
close
up
RU
“Tiqre” ilk dəfə qrup lideri oldu

“Tiqre” ilk dəfə qrup lideri oldu

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Argentina çempionatında 11-ci turun oyunlarından sonra qrupların yüksək pillələrində vəziyyət bir qədər dəyişdi. A qrupunda lider dəyişdi, B qrupunda isə ikihakimiyyətlilik pozuldu.

"Football-plus.az" xəbər verir ki, “Boka Xuniors” əvvəlki turda A qrupunda vahid liderliyi ələ almışdı. Fernando Qaqonun komandasının ardıcıl 6 qələbə ilə bu mövsüm 1-ci yerə ilk dəfə yüsəldiyini də xatırladaq. Ölkə nəhənginin qələbə seriyası “Nyuellz Old Boyz” ilə səfər oyununda qırıldı. Ev sahibləri ilk hissədə iki qol vurmaqla əhəmiyyətli üstünlük qazandılar. Qonaq komanda fasilədən sonra yaxşı təsir bağışladı. 54-cü dəqiqədə Kavani fərqi azaltmağa yaxın idi. Lakin 38 yaşlı məşhur uruqvaylı hücumçu penaltini boşa verdi. Belə şansın qaçırılması rosarioluların sonda inamlı qələbə qazanması ilə nəticələndi. Liderliyi yalnız bir tur çəkən “Boka” qrupda 2-ci yerə düşdü.
Tura hərəyə 21 xalla 2-4-cü yerləri bölüşməklə başlayan üç komandanın nəticələri fərqli oldu. “Atletiko Urakan” səfərdə “Banfild”lə qolsuz, “Arxentinos Xuniors” isə “Sentral Kordoba” ilə 1:1 hesablı heç-heçəyə razılaşdı. “Tiqre” isə “Defensa y Xustisiya” üzərində 2:1 hesablı əzmkar qələbə qazandı. Dieqo Dabovenin komandası cari mövsümdə ilk dəfə qrup lideri oldu.
B qrupunda tura hərəyə 21 xalla şərikli lider kimi başlayan iki komanda fərqli nəticə göstərdi. “İndependyente” evdə “Qodoy Krus”un qapısından ilk hissədə 4 cavabsız top keçirməklə 1-ci yerdəki mövqeyini qorudu. Xulio Vakkarinin komandası indi qrupda vahid liderdi.
Ona görə ki, şərikli liderlərdən olan “Rosario Sentral” turu bir xalla başa vurdu. Amma rosarioluların çətin səfər matçında oynadıqlarını da qeyd etməliyik. Tura 3-cü yerdə başlayan “River Pleyt” evdə qələbə qazanacağı halda liderin əsas izləyicisinə çevriləcəkdi. Lakin paytaxtdakı matçda qalib gələn olmadı. Olduqca maraqlı keçən oyunun gedişində gah bu, gah da digər tərəf üstünlüyü ələ alsa da, rəqiblər sonda 2:2 hesabına razılaşdılar. Beləliklə, “Rosario Sentral” 2-ci, “River Pleyt” 3-cü yerdə qaldı. Bu mövsüm heç də inamlı görünməyən Marselo Qalyardonun komandası hələ də hücum xəttinin bir qədər zəif çıxışına görə qrupda liderliyi ələ ala bilmir.
Cari mövsümün əvvəlindən fiasko yaşayan Argentinanın son çempionu yalnız 9-cu turda qol və qələbə həsrətinə son qoya bilmişdi. “Veles Sarsfild” Sebastyan Domingesin isteaya göndərilməsindən sonra onun yerinə təyinat alan Marselo Bravonun başçılığı altında ardıcıl iki qələbə ilə B qrupunda sonuncu yerdən qurtulmuşdu. Amma paytaxt komandası uğurun davamını gətirə bilmədi. Evdə “Deportivo Riestra”ya minimalhesablı məğlubiyyət “Veles”qrupunda 12-ci yerdən 13-ə saldı.
Son mövsümün digər mükafatçısı da uğursuzluq zolağından heç cür çıxa bilmir. “Talyeres de Kordoba” səfərdə “Belqrano”dan yalnız bir xal ala bildi. 1:1 hesabı ötən mövsümün gümüş mükafatçısı olan Aleksander Medinanın komandasının qrupda 9 xal toplamaqla 10-cü yerə yüksəlməsinə şərait yaratdı.
qrup mərhələsi, 11-ci tur
Nyuellz Old Boyz - Boka Xuniors 2:0

L.Errera, 5. Lolyo, 45+3.
Banfild - Atletiko Urakan 0:0
Defensa y Xustisiya - Tiqre 1:2
Miritelyo, 52 – Pas, 58. Medina, 79.
Sentral Kordoba - Arxentinos Xuniors 1:1
Perelyo, 80 – Molina, 68.
İndependyente - Qodoy Krus 4:0
Loyola, 2; 18. Arse, 25-öz qapısına. Avalos, 35.
River Pleyt - Rosario Sentral 2:2
Lukas Martines, 18. Subiabre, 61 – S.Ferreyra, 8. Lopes Qrobin, 85.
San Lorenso - Lanus 1:1
Munyain, 65 – M.Moreno, 82.
Aldosivi - Union 2:1
E.Torres, 18. Leyva, 73 – Qamba, 89.
Barrakas Sentral - Estudiantes 2:1
İvan Tapya, 24. Bruera, 88 - T.Palasios, 83.
İndependyente Rivadaviya - Rasinq 2:1
Barbyeri, 69; 79 – Nardoni, 25.
Veles Sarsfild - Deportivo Riestra 0:1
X.Errera, 9.
Platense - Atletiko Tukuman 2:1
R.Martines, 8. Akosta, 77-öz qapısına - Nikola, 38.
İnstituto - San Martin San Xuan 1:0
Salasar, 86.
Belqrano - Talyeres de Kordoba 1:1
Xara, 66-p. - Rik, 19.
Ximnasiya - Sarmyento 0:0

3-ci turdan təxirə salınan oyun: Qodoy Krus - Talyeres de Kordoba 0:0
7-ci turdan təxirə salınan oyun: Union – Rasinq 0:1

A.Martines, 58.
A qrupu
1. Tiqre 11 8 0 3 17-8 24
2. Boka Xuniors 11 7 2 2 16-7 23
3. Atletiko Urakan 11 6 4 1 13-4 22
4. Arxentinos Xuniors 11 6 4 1 12-7 22
5. Estudiantes 11 5 4 2 17-11 19
6. Sentral Kordoba 11 5 3 3 18-13 18
7. Barrakas Sentral 11 4 5 2 16-13 17
8. Defensa y Xustisiya 11 5 2 4 13-12 17
9. İndependyente Rivadaviya 11 4 4 3 11-11 16
10. Rasinq 11 4 1 6 16-14 13
11. Nyuellz Old Boyz 11 3 2 6 7-13 11
12. Belqrano 11 2 5 4 9-18 11
13. Banfild 11 3 2 6 7-10 9
14. Union 11 2 2 7 7-13 8
15. Aldosivi 11 2 2 7 10-21 8
B qrupu
1. İndependyente 11 7 3 1 20-8 24
2. Rosario Sentral 11 6 4 1 15-7 22
3. River Pleyt 11 5 5 1 10-5 20
4. San Lorenso 11 5 4 2 11-8 19
5. Deportivo Riestra 11 3 7 1 9-4 16
6. Platense 11 4 4 3 10-8 16
7. Lanus 11 3 5 3 10-8 14
8. Ximnasiya 11 3 3 5 7-11 12
9. İnstituto 11 3 2 6 8-12 11
10. Talyeres de Kordoba 11 1 6 4 6-9 9
11. Qodoy Krus (-3) 11 2 6 3 6-13 9
12. Sarmyento 11 1 6 4 7-15 9
13. Veles Sarsfild 11 2 2 7 3-15 8
14. Atletiko Tukuman 11 2 1 8 11-17 7
15. San Martin San Xuan 11 1 3 7 4-11 6
Bombardirlər: Avalos (İndependyente), Vomberqar (San Lorenso) - 6, N.Fernandes (Belqrano), A.Martines (Rasinq), Russo (Tiqre) - 5.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 07 Aprel 2025 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see353

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see339

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see272

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see261

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see255

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see252

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see239

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see235

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see230

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see225

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see213

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see208

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see201

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see201

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see199

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see191

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see190

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see186

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see185

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri