Tiranada 4 medal
Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
Azərbaycan taekvondo yığması Albaniyanın paytaxtı Tiranada təşkil olunan “Albania Open” beynəlxalq turnirində uğurla çıxış edib.
Futbolpress.az xəbər verir ki, idmançılarımız yarışda ümumilikdə 4 medal qazanıblar.
Gənclərin mübarizəsində 55 kq çəki dərəcəsində cıxış edən Novruz Əliyev bütün rəqiblərini keçərək yalnız finalda məğlub olub və gümüş medala yiyələnib.
Böyüklərdən ibarət milli komandamızın üzvləri də fəxri kürsüyə qalxmağı bacarıblar. Minayə Əkbərova (46 kq), Fuad Məhərləmli (63 kq) və Cavad Ağayev (74 kq) öz çəki dərəcələrində üçüncü yeri tutaraq turnirin bürünc medallarına sahibi olublar.
Təmsilçilərimiz “Albania Open” beynəlxalq turnirini 1 gümüş və 3 bürünc medalla tamamlayıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 04 Oktyabr 2026 22:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















