Icma.az
close
up
RU
“Titanik”dən “Qürur və qərəz”ə: 15 möhtəşəm sevgi filmi

“Titanik”dən “Qürur və qərəz”ə: 15 möhtəşəm sevgi filmi

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Sevgi haqqında filmlər romantik komediyalardan tutmuş, müharibə və ağır sınaqlar fonunda inkişaf edən dramatik hekayələrə qədər müxtəlif janrlarda təqdim olunur. Bəzi ekran əsərləri isə yadda qalan obrazları, aktyor duetləri və təsirli səhnələri ilə illər keçsə də aktuallığını itirmir.

Lent.az xarici mediaya istinadla bütün dövrlərin ən məşhur sevgi filmlərindən 15-ni təqdim edir.

“The English Patient” (1996)

İkinci Dünya müharibəsinin sonlarında İtaliyada tibb bacısı Hana ağır yanıq xəsarətləri alan bir kişiyə qulluq edir. Onun xatirələri açıldıqca evli Ketrin Kliftonla yaşadığı faciəli sevgi hekayəsi üzə çıxır. Film 9 “Oskar” mükafatı qazanıb.

“An Education” (2009)

1960-cı illərin əvvəllərində Londonda yaşayan 16 yaşlı Cenni Oksford Universitetinə daxil olmağı xəyal edir. Özündən xeyli yaşlı və varlı Devidlə tanışlıq isə onun həyatını tamamilə dəyişir. Film 3 “Oskar” nominasiyası əldə edib.

“Dirty Dancing” (1987)

1963-cü ilin yayında ailəsi ilə istirahət edən Bebi rəqs müəllimi Conni Kaslla tanış olur. Rəqs məşqləri onları bir-birinə yaxınlaşdırır, lakin münasibətləri sosial fərqlər və ailənin etirazı ilə üzləşir. Filmin final rəqsi kino tarixinin ən məşhur səhnələrindən birinə çevrilib.

“Bridget Jones's Diary” (2001)

32 yaşlı Bridcit həyatını dəyişmək qərarına gəlir və gündəlik yazmağa başlayır. Onun həyatına eyni vaxtda iki fərqli kişi – Daniel Kliver və Mark Darsi daxil olur. 

“The Notebook” (2004)

Noy və Elli 1940-cı ilin yayında tanış olaraq bir-birlərinə aşiq olurlar. Ailə, sosial fərqlər və müharibə onları ayırsa da, illər sonra yolları yenidən kəsişir. Baş rolları Rayan Qoslinq və Reyçel Mak Adams canlandırıb.

“Breakfast at Tiffany's” (1961)

Nyu-Yorkda yaşayan Holli Qolaytli zəngin və qayğısız həyat arzusundadır. Yeni qonşusu, yazıçı Pol Varjakla tanışlığı isə onun həyatında fərqli hisslərin yaranmasına səbəb olur. Odri Hepbernin yaratdığı Holli obrazı kino tarixinin simvollarından birinə çevrilib.

“When Harry Met Sally” (1989)

Harri və Salli Çikaqodan Nyu-Yorka səfər zamanı tanış olurlar. İllər ərzində yolları dəfələrlə kəsişir və dostluqları tədricən romantik hisslərə çevrilir.

“Pretty Woman” (1990)

Biznesmen Edvard Lüis təsadüfən Vivyen Uordla tanış olur və onu bir həftə ərzində tədbirlərdə özünə yoldaşlıq etməyə dəvət edir. Əvvəlcə razılaşmaya əsaslanan münasibət zamanla qarşılıqlı hisslərə çevrilir. Culiya Roberts və Riçard Girin dueti filmi romantik komediya klassikasına çevirib.

“Romeo Juliet” (1996)

Baz Lurmanın ekranlaşdırdığı əsərdə Şekspirin məşhur faciəsi müasir vizual üslubda təqdim olunur. Düşmən ailələrə mənsub Romeo və Cülyetta bir-birlərinə aşiq olur, lakin ailələr arasındakı münaqişə onların münasibətlərini faciəyə aparır.

“Titanic”  (1997)

Cek və Roza 1912-ci ildə “Titanik” gəmisində tanış olurlar. Fərqli sosial təbəqələrdən olmalarına baxmayaraq, aralarında güclü hisslər yaranır. Sevgi hekayəsi gəminin real faciəsi fonunda inkişaf edir. Film 11 “Oskar” mükafatı qazanıb.

“Gone with the Wind”  (1939)

ABŞ Vətəndaş müharibəsi fonunda Skarlett Haranın həyatı və münasibətləri təsvir edilir. Onun Eşli Uilksə olan qarşılıqsız sevgisi və Rett Batlerlə mürəkkəb münasibətləri filmin əsas süjet xəttini təşkil edir.

“Office Romance” (1977)

Adi işçi Anatoli Novoseltsev karyerasında irəliləmək üçün rəhbəri Lyudmila Kaluqina ilə yaxınlaşmağa çalışır. Lakin əvvəlcə hesablanmış addım kimi başlayan münasibət tamamilə gözlənilməz istiqamətdə inkişaf edir.

“The Taming of the Scoundrel” (1980)

Şəhər həyatına öyrəşmiş Liza Silvestri romantik münasibətlərə maraq göstərməyən fermer Elia ilə tanış olur. İki güclü xarakter arasında başlayan mübahisələr zamanla romantik komediyaya çevrilir. Baş rolları Adriano Çelentano və Ornella Muti oynayıb.

“A Walk to Remember” (2002)

Məktəbdə populyar olan Lendon ictimai işlərə cəlb edildikdən sonra sakit və dindar sinif yoldaşı Ceymi ilə daha çox vaxt keçirməyə başlayır. Aralarında yaranan münasibət Lendonun həyata və insanlara baxışını dəyişir.

“Pride - Prejudice” (2005)

Ceyn Ostinin məşhur romanının ekranlaşdırılmasında Elizabet Bennet varlı mister Darsi ilə tanış olur. İlk görüşdən bir-birlərinə qarşı mənfi təəssürat yaranır, lakin zaman keçdikcə hər ikisi qarşı tərəf haqqında fikirlərini dəyişməyə başlayır. Kira Naytli filmdəki roluna görə “Oskar”a namizəd göstərilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://lent.az
archiveBu xəbər 22 Sentyabr 2026 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see420

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see374

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see353

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see337

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see302

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see291

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see287

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see279

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see257

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see255

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see249

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see245

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see245

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see239

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see238

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see231

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see221

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see214

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see209

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri