Icma.az
close
up
RU
Tıxac probleminə son: Uçan elektrik avtomobili gələn il yollarda ola bilər FOTO

Tıxac probleminə son: Uçan elektrik avtomobili gələn il yollarda ola bilər FOTO

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ mərkəzli texnologiya şirkəti Alef Aeronautics həm yerüstü hərəkət edə bilən, həm də şaquli şəkildə havaya qalxa bilən elektrikli uçan avtomobili ilə nəqliyyatda yeni mərhələnin əsasını qoymağa hazırlaşır. Model A adlanan avtomobilin 2026-cı ilin sonuna doğru seriya istehsalına buraxılması planlaşdırılır. Avtomobilin ilkin sifariş qiyməti isə təxminən 540 min manat olaraq açıqlanıb.

Milli.Az xəbər verir ki, model A klassik avtomobil dizaynını uçuş texnologiyası ilə birləşdirir. Avtomobil adi nəqliyyat vasitəsi kimi yollarda hərəkət edə bilir, lakin ehtiyac yarandıqda gizli pərvanələr işə düşərək nəqliyyat vasitəsini şaquli şəkildə havaya qaldırır. Bu xüsusiyyət sürücülərə tıxacda gözləmək əvəzinə havaya qalxaraq yollarına davam etmək imkanı yaradır.

Alef Aeronauticsin baş icraçı direktoru Jim Dukhovny bildirib ki, layihənin əsas məqsədi yalnız uçan avtomobil istehsal etmək deyil, bu texnologiyanı uzunmüddətli perspektivdə geniş kütlələr üçün əlçatan etməkdir. Barselonada keçirilən Mobil Dünya Konqresində çıxış edən Dukhovny, Model A-nın hazırkı ön sifariş qiymətinin 235 min funt sterlinq (540 min manat) olduğunu və avtomobilin hazırda lüks seqmentə aid edildiyini qeyd edib.

Şirkət seriya istehsalına keçildikdən sonra xərclərin ciddi şəkildə azalacağını gözləyir. Duxovninin sözlərinə görə, kütləvi istehsal sayəsində Model A-nın qiyməti gələcəkdə 25 min funt sterlinqə qədər enə bilər. O, istifadə olunan texnologiyanın düşünüldüyü qədər mürəkkəb olmadığını və böyük həcmdə istehsalın qiymətləri aşağı salacağını vurğulayıb.

İki nəfərlik Model A karbon lifli gövdəsi sayəsində həm yüngül, həm də möhkəm quruluşa malikdir. Texniki göstəricilərə əsasən, avtomobil havada saatda 177 kilometr, yerdə isə nəzəri olaraq 320 kilometr sürət yığa bilir. Lakin qanunvericilik səbəbindən yerüstü sürətin 40-56 km/saat aralığında məhdudlaşdırılması planlaşdırılır.

Uçuş sistemi ön və arxa hissədə yerləşdirilən müstəqil pərvanələr vasitəsilə həyata keçirilir. Yerüstü hərəkət zamanı isə hər təkər üçün ayrıca mühərrikdən istifadə olunur. Şirkət bildirir ki, idarəetmə mexanizmi dronlara bənzəyir və avtomobilin istifadəsi qısa müddətli təlimlə öyrənilə bilər.

Alef Aeronautics Model A-nı 2026-cı ilin sonuna doğru seriya istehsalına buraxmağı planlaşdırır. Əgər bu planlar reallaşarsa, uçan avtomobillər ilk dəfə gündəlik həyatın bir hissəsinə çevrilə bilər.
Lalə Qüdrətova
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 16 Dekabr 2025 07:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see650

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see284

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see251

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see245

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see227

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see207

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see206

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see180

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see172

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see156

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see149

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see148

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see142

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see142

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri