Icma.az
close
up
RU
Menu

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

Tıxaca həll: Bakını boşaltmaq, yoxsa bölgələri də yükləmək?

Tıxaca həll: Bakını boşaltmaq, yoxsa bölgələri də yükləmək?

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Son illər paytaxtda ən mühüm problemlərdən birinə çevrilən tıxacın əsas səbəblərindən biri kimi əhalinin, o cümlədən tələbə sayının çoxluğu göstərilir. 

Hazırda  ölkədə  ümumilikdə 51 ali təhsil müəssisəsi fəaliyyət göstərir. Bu universitetlərin böyük əksəriyyəti, o cümlədən bütün əsas dövlət universitetləri Bakı şəhərində yerləşir. 

Nazirlər Kabinetinin 2025-ci il üzrə hesabatında göstərilir ki, Bakıdakı universitetlərin köçürülməsi və ya bölgələrdə yeni ali təhsil müəssisələrinin açılması istiqamətində təhlillər aparılmalıdır. 

Bakı şəhəri və paytaxt ətrafı ərazilərdə kifayət qədər ali təhsil müəssisələri fəaliyyət göstərdiyi üçün bəzi hallarda şəhərin nəqliyyat, kommunal və digər infrastruktur sahələrinin həddindən çox yüklənməsinə səbəb olur. 

Bu baxımdan, Bakı şəhəri və onun inzibati ərazisinə daxil olan yaşayış məntəqələrində yeni ali təhsil müəssisəsinin yaradılması hazırda məqsədəuyğun hesab edilmir. Ələt qəsəbəsi nəqliyyat qovşaqlarında yerləşən məkan olduğuna görə həmin bazada təhsil müəssisəsinin açılması böyük fayda verə bilər.

Məsələnin Milli Məclisdə müzakirəsi zamanı millət vəkili Ceyhun Məmmədov bildirib ki, qarşıda duran mühüm məsələlərdən biri də hesabatda da əksini tapdığı kimi, bölgələrdə yeni universitetlərin yaradılması və bölgə universitetlərini qəbul planının artırılmasıdır: 

“Bu öz növbəsində şəhərdə tıxacın azaldılmasına müsbət təsir göstərə bilər”.Qeyd edək ki, bu gün bölgələrdə bir sıra ali təhsil ocaqları fəaliyyət göstərsə də,  abituriyentlər universitet seçimi zamanı Bakıdakı təhsil müəssisələrinə üstünlük verirlər.

Yerlər ali təhsil müəssisələri  yaradılsa, abituriyentlər seçim zamanı bölgələrə üstünlük verəcəkmi və mövcud ali təhsil ocaqları paytaxtda qaldığı təqdirdə tıxacın aradan qaldırılması mümkün olacaqmı?

Məsələ ilə bağlı təhsil üzrə ekspert Şəmsi Qoşa “Cebheinfo.az”-a bildirib ki, universitetlərlə bağlı səslənən fikirlər hələ ki, bir arzudur: 

“Yəni yerlərdə universitetlərin necə yaradılacağı bir sıra suallar doğurur. Universitet yalnız sinif otağından ibarət deyil. Onun yataqxanası, kitabxanası olmalıdır. Mən parlamentdə səslənən fikrin əksinə təklif edirəm ki, Bakıdakı universitetləri bölgələrə köçürmək lazımdır.  

Bölgədə universitet yaradılsa, Bakıdakı universitet qalır və tıxac yenə qalacaq. Yəni bölgədə universitet yaradıb, qəbul sayını artırmaqla, Bakıda tıxacı həll etmək olmaz. Bakıdakı universitetlərə kənarda kampuslar tikilməlidir.  

Məsələn, Lökbatan, Ələt tərəfdə boş yerlər çoxdur. Ona görə də bir çox infrastruktur dəyişikliyi olmalıdır. Yəni avtobus, metro xətti və s. olmalıdır. İnfrastruktur layihələr işlənməlidir və buna xeyli vəsait lazımdır. 

Məsələn, əgər Qazaxda, yaxud Gəncədə tələbə qəbulunu artırsalar, paytaxtda bu qədər universitet varkən nə dəyişəcək? Bakıda həmin problem qalacaq. Əksinə, Bakıdakı universitetləri şəhərdən kənara köçürmək lazımdır. Mövcud tıxac probleminə ancaq bu  amil kömək edə bilər”. 

Ekspertin sözlərinə görə, digər tərəfdən, paytaxtdakı hər hansı universitet bölgəyə köçürüldükdə buradakı texniki personal oraya getməyəcək: 

“Məsələn, universitetdə çalışan xadimə getməyəcək, bölgədə yeni xadimə işə götürüləcəksə, o zaman buradakı işçi işsiz qalacaq. Yaxud professor-müəllim heyəti bölgəyə gedəcəkmi? 

Əgər təsadüfi bir müəllim heyəti yığacaqlarsa, o zaman təhsil məhv olacaq. Bu gün dövlət universitetlərində müəllim heyəti bir qədər babatdır, özəllərdə isə kimlərin işlədiyi məlumdur. Onların yetişdirdiyi tələbə necə olacaq? Buradan gedən müəllim heyətinə güzəştlər tətbiq oluna bilər. 

Ona görə də ciddi infrastruktur dəyişikliyi lazımdır. Müəllim-tələbə heyəti üçün ayrılıqda şərait yaradılmalıdır. Biz universitet dedikdə, ancaq tədris binasını nəzərdə tuturuq. Ancaq xaricdə elə deyil. 

Bu gün dünyada kampuslar bir çox amilləri ehtiva edir. Məsələn, mən Türkiyədə Hacettepe Universitetində olmuşam, onun ərazisi bizim Yasamal rayonunun ərazisindən böyükdür. 

Orada tədris binası, praktika binası, yataqxana, kitabxana, muzey, tələbə üçün hər bir amil nəzərə alınıb. Bizdə bölgələrdə bu şəraiti yarada biləcəklərmi? Universitetlər bölgələrə köçürüldükdə də bütün bu amillər  nəzərə alınmalıdır”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: tıxac Şəmsi Qoşa

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Mart 2026 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see264

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see257

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see253

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see251

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see246

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see239

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see235

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see231

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see222

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see213

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see207

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

15 Noyabr 2026 09:13see202

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

15 Noyabr 2026 15:38see199

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see197

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see197

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see194

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see193

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see188

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

15 Noyabr 2026 17:27see186

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri