Icma.az
close
up
RU
Tıxacda maşını necə sürək ki, benzin az işlənsin?

Tıxacda maşını necə sürək ki, benzin az işlənsin?

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tıxaclar günümüzün ən böyük problemlərindən biridir və həyatımızda stresin əsas səbəblərindən birinə çevrilib. Uzun müddət avtomobil sıxlığında qalmaq həm vaxt itkisinə, həm də əlavə yanacaq sərfiyyatına səbəb olur. Nəticədə, bu problem sürücülərin həm cibinə, həm də sağlamlığına mənfi təsir göstərir.

Milli.Az xəbər verir ki, tıxac zamanı maşınların benzin sərfiyyatı normaldan xeyli çox olur. Dayanıb-durma, sürətin tez-tez dəyişməsi mühərrikin daha çox yanacaq yandırmasına səbəb olur. Belə vəziyyətlərdə yanacaq sərfiyyatı həm ekonomiki, həm də ekoloji baxımdan itki yaradır.

Vaxt itkisi də sürücülər üçün ciddi problem sayılır. İşə, görüşə gecikmələr, əlavə stress və əsəbilik yaradan tıxaclar gündəlik həyat keyfiyyətini aşağı salır. Bundan başqa, tıxacda keçən zamanın pul itkisinə çevrilməsi də qaçılmazdır. Benzin sərfiyyatının artması, əlavə yol xərcləri, hətta bəzi hallarda maşının daha tez köhnəlməsi maliyyə yükünü artırır.

Bununla belə tıxacda yanacağın az sərf olunmasını təmin etmək mümkündür. Əvvəlcə onu bildirək ki, uzun müddətli dayanmalarda mühərriki söndürmək ən effektiv yoldur. Bu, yanacağın boş yerə yanmasının qarşısını alır. Müasir avtomobillərdə "start-stop" sistemi varsa, onu aktiv saxlamaq lazımdır, çünki bu sistem tıxacda avtomatik mühərriki söndürüb yandıraraq yanacaq qənaəti təmin edir.

Bundan əlavə, sürəti mümkün qədər sabit saxlamaq, qəfil sürət dəyişikliklərindən qaçmaq, tormoz pedalına yumşaq və diqqətli basmaq yanacaq sərfiyyatını azaldır. Kondisioneri yalnız zəruri hallarda istifadə etmək də faydalıdır, çünki kondisioner mühərrikin iş yükünü artıraraq əlavə yanacaq sərfiyyatı yaradır. Nəqliyyat vasitəsinin texniki vəziyyətinin yaxşı saxlanması da mühərrikin yanacaq sərfiyyatını optimallaşdırır.

Tıxaclarda yanacaq sərfiyyatını azaltmaq üçün bu sadə qaydalara əməl etmək həm iqtisadi, həm də ekoloji baxımdan faydalıdır. Bu yolla sürücülər həm puluna qənaət edir, həm də tıxacların yaratdığı stressi azalda bilirlər.

İsmayıl
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 10 Avqust 2025 23:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see446

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see444

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see332

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see296

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see285

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see279

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see275

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see273

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see229

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see199

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see197

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see185

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri