Icma.az
close
up
RU
Tofiq Abbasov: Bakı Rusiya Ukrayna danışıqları üçün ideal platformadır

Tofiq Abbasov: Bakı Rusiya Ukrayna danışıqları üçün ideal platformadır

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanın neytral mövqeyi Bakını sülh masasına çeviri

“Azərbaycan diplomatiyasının çevikliyi digər ölkələrin diqqətini cəlb edir. Artıq bir çox dövlət Bakıya diplomatiya və danışıqlar üçün ən uyğun platformalardan biri kimi baxır. Ukrayna ilə Rusiya arasında 4 ildir davam edən müharibə dünyada gərginliyin artmasına səbəb olub. Rəsmi Bakı müharibənin başladığı gündən bu günə qədər tərəfsiz mövqe sərgiləməyə üstünlük verib. Azərbaycan tərəflər arasında müharibə başladıqdan dərhal sonra problemin diplomatik və dinc yollarla həllinə çağırış edib”.

Bu fikirləri politoloq Tofiq Abbasov Sherg.az-a Ukrayna Prezidentinin Rusiya ilə növbəti danışıqların Azərbaycanda keçirilməsi ehtimalı ilə bağlı açıqlamasını şərh edərkən səsləndirib: 

“Faktiki olaraq Rusiya və Ukrayna xalqlarının viran olmuş torpaqlarda yaşam uğrunda mübarizəyə sarıldığının şahidi oluruq. Onların imdadına yetişənlərdən biri də Azərbaycandır. Rəsmi Bakı Ukraynaya humanitar yardımlar göndərməklə yanaşı, uşaqların ölkəmizdə reabilitasiya xidmətlərindən yararlanmasını da təmin edir. Hətta yaxın zamanda 29 ukraynalı uşaq Azərbaycana gətirilərək reabilitasiya prosesinə cəlb olundular. Azərbaycanın həm Rusiya, həm də Ukrayna liderləri ilə münasibətləri qoruyub inkişaf etdirməsi, növbəti danışıqların ölkəmizdə keçirilməsi üçün əlverişli zəmin yaradır”. 

Politoloqun sözlərinə görə, Azərbaycan, Rusiya və Ukraynanı tarixin dərin qatlarında dolaşan görünməz tellər bir-birinə bağlayır:

“Onlar postsovet məkanında yerləşir və uzun illər eyni siyasi və iqtisadi sistem daxilində fəaliyyət göstəriblər. Əlaqələr üçtərəfli formatda formalaşmasa da, Azərbaycan hər bir ölkə ilə ikitərəfli əsasda iqtisadi, ticarət, enerji, nəqliyyat, təhlükəsizlik və mədəni sahələrdə əməkdaşlıq edir. Azərbaycanın Ukraynada böyük diaspor təşkilatı var. Qurumun əsas fəaliyyəti Azərbaycan mədəniyyətinin və dilinin təbliği, iki xalq arasında dostluq münasibətlərinin inkişafı, humanitar təşəbbüslərin həyata keçirilməsi, eləcə də gənclərin təhsili ilə bağlı layihələrin təşviqindən ibarətdir”.

Analitik Ukraynanın Azərbaycanda fəaliyyət göstərən ictimai təşkilatlarından söz açıb: 

“Ölkəmizdə Azərbaycan ukraynalıları Konqresi qurumu fəaliyyət göstərir. Təşkilatın əsas məqsədi, Azərbaycanda yaşayan ukraynalıların birliyini təmin etmək, onların milli-mədəni kimliyini qorumaq və inkişaf etdirməkdir. Rusiyada isə təxminən 300 mindən çox azərbaycanlı yaşayır. Xalq diplomatiyasının güclənməsi ölkələr arasında münasibətlərin daha da möhkəmlənməsinə şərait yaradır. Bütün bunları nəzərə aldıqda, Azərbaycanın Rusiya və Ukrayna arasındakı gərginliyin sabitləşməsinə töhfə verə biləcək ölkələrdən biri olduğunu söyləmək olar”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 Aprel 2026 20:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri