Tofiq Bəhramova həsr olunmuş yeni poçt markaları hazırlandı
Teleqraf.com saytına istinadən Icma.az xəbər verir.
AFFA-nın təşəbbüsü ilə “Azərpoçt” MMC tərəfindən Tofiq Bəhramovun 100 illik yubileyinə həsr olunan yeni poçt markaları dövriyyəyə buraxılıb.
Teleqraf.com xəbər verir ki, 3 markadan ibarət blok şəklində buraxılışda Tofiq Bəhramovun portreti, eləcə də, hakimin fəaliyyətindən olan fotolar yer alıb.
Ölkədə ilk dəfə futbol dünyasının əsas elementi olan, futbol formalarını əks etdirən markalardan ibarət buklet də hazırlanıb. Poçt bloku 3000, buklet isə 2500 tirajla buraxılıb.
Markanın müəllifi rəssam Orxan Qarayevdir və markaların poçt dövriyyəsinə buraxılma günü də xüsusi seçilib.
Qeyd edək ki, buraxılış tarixi yanvar ayının 29-u, Tofiq Bəhramovun doğum gününə təsadüf edir. Bu gün əfasəvi futbol hakiminin 100 illik yubileyidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 29 Yanvar 2025 10:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















