Icma.az
close
up
RU
Tofiq Məmmədovun öldüyü qəzada günahlandırılan sabiq polis kassasiya şikayəti verdi

Tofiq Məmmədovun öldüyü qəzada günahlandırılan sabiq polis kassasiya şikayəti verdi

Pravda.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xızıda AMEA-nın Dendrologiya İnstitutunun (Mərdəkan Dendrarisi) direktoru Tofiq Məmmədovun ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Ramil Hüseynovun barəsindəki qərardan verilən kassasiya şikayəti verilib.

Pravda.az-ın əldə etdiyi xəbərə, şikayət Ali Məhkəmənin hakimi Ələsgər Novruzovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclası yanvarın 7-nə təyin edilib.

İttihama görə, hadisə 19 may 2022-ci il tarixdə, saat 08:50 radələrində Xızı-Giləzi yolunun 24-cü kilometrliyində Xızı rayonunun Təzəkənd kəndindən keçən hissəsində qeydə alınıb.

 
Belə ki, DİN-in Baş Mühafizə İdarəsinin Siyəzən Regional Şöbəsinin əməkdaşı, polis baş serjantı, 1987-ci il təvəllüdlü Ramil Hüseynovun idarə etdiyi "Daewoo Nexia" markalı avtomobillə Sahib Eyvazovun sürdüyü “VAZ-2121-Niva” toqquşub. Nəticədə S.Eyvazovun sükanı arxasında olduğu avtomobil zərbənin təsirindən idarəetmədən çıxıb və yolun kənarına doğru hərəkət edərək piyada, 1957-ci il təvəllüdlü Məmmədov Tofiq Sadıq oğluna çırpılıb. Baş nahiyəsindən ağır xəsarət alan Tofiq Məmmədov hadisə yerində vəfat edib.
 

Məlumata görə, hadisə polis baş serjantının istirahətdə olduğu vaxt baş verib.
 

Faktla bağlı cinayət işi açılıb və materialları Xızı Rayon Prokurorluğuna göndərilib.
 

Xızı Rayon Məhkəməsinin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib. Barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam növündə qətimkan tədbiri dəyişdirilib və onun barəsində həbs növündə qətimkan tədbiri seçilərək məhkəmə iclas zalından həbs olunub. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 24 may 2023-cü il tarixdən hesablanıb. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib, təqsirləndirilən şəxs və zərərçəkmişin hüquqi varisi apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi isə təmin etməyib. Daha sonra onlar Ali Məhkəməyə müraciət edib. Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib, kassasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayəti təmin olunub. Sumqayıt Apellyasiya Məhkəməsi isə şikayəti təmin etməyib.

 
Qeyd: Tofiq Məmmədov 1986-cı ildə AMEA-nın Botanika İnstitutunda direktor müavini vəzifəsinə işə qəbul olunub, 1996-cı ildən isə Dendrologiya İnstitutuna direktor təyin edilib. O, 2015-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Şöhrət Ordeni”nə layiq görülüb.

Kamal Məmmədov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://pravda.az
archiveBu xəbər 06 Yanvar 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniyanın Moers şəhərində media nümayəndələri ilə Azərbaycanın təbliğinə dair görüş keçirilib

04 İyun 2025 19:12see298

Əbülfət Mədətoğlu: 21 günün ŞEİRİ

05 İyun 2025 10:48see164

Nail 12 kiloqram arıqlayıb

04 İyun 2025 21:30see115

Nadir xəstəlik səbəbindən daim ölü balıq qoxusu verir FOTO

04 İyun 2025 01:19see112

Settar Kaya: Qərbi Azərbaycana qayıdış hüququna məhəl qoymamaq və ya onu təxirə salmaq olmaz

04 İyun 2025 11:22see112

Berdıyev Azərbaycandan qaçdı Zənglərə cavab vermir

03 İyun 2025 21:58see112

Fizika qanunlarına meydan oxuyan top: Şaquli divarda yuvarlanır, amma yerə düşmür

05 İyun 2025 03:20see112

Trampın səbri tükəndi

03 İyun 2025 22:51see112

Mətin Eynullayevə ağır itki

04 İyun 2025 09:11see111

Paltardakı ləkələri və sarılığı aradan qaldıran ən ucuz vasitə hansıdır? 2 qaşıq əlavə edin

04 İyun 2025 09:37see111

“Hörümçək toru” təkrarlana bilər

03 İyun 2025 22:03see111

Çelsi qapıçılarını satır

04 İyun 2025 09:25see111

Deyirlər, Kölndə yenə bomba tapılıb...şəhər boşaldılır?...

03 İyun 2025 21:05see111

Məşhur rusiyalı model narkotik maddələrin təbliğinə görə hakim qarşısına çıxacaq

05 İyun 2025 01:37see111

Qlobal ticarət müharibəsi gerçəkləşir ANALİTİK

04 İyun 2025 15:52see110

Zelenski onu Birləşmiş Qüvvələrin komandanı təyin etdi

04 İyun 2025 11:23see110

Gizlin qalmış ən məşhur sirr: 3 yaşlı Medlinin izi 18 ildən sonra yenidən axtarılır

04 İyun 2025 07:46see110

Cənubi Koreyanın yeni prezidenti Li Jae Myonq vəzifəsinin icrasına başlayıb YENİLƏNİB

04 İyun 2025 04:15see109

“Tor” əməliyyatı ABŞ a siqnaldır ki, müharibə onların ərazisində də ola bilər WSJ

04 İyun 2025 16:26see109

Yusif Cabbarov: Ukraynanın titan istehsalçısını güclü və rəqabətədavamlı edəcəyik

04 İyun 2025 16:32see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri