Tofiq Musayev ekvadorlu həmkarı ilə COP29 un öhdəliklərini müzakirə etdi
Icma.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin başçısı Tofiq Musayev ekvadorlu həmkarı Andres Montalvo ilə COP29-un öhdəliklərini müzakirə edib.
Metbuat.az xəbər verir ki, bu barədə Ekvadorun dünya təşkilatındakı diplomatik missiyasının sosial şəbəkə hesabında bildirilib.
“Azərbaycanın daimi nümayəndəsi Tofiq Musayevlə Ekvadorun daimi nümayəndəsi səfir Andres Montalvo arasında məhsuldar söhbət olub, bu söhbət zamanı BMT-nin gündəliyində duran məsələlər və xüsusilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29 – red.) öhdəlikləri müzakirə edilib”, – paylaşımda qeyd olunub.
Xatırladaq ki, ötən ilin dekabrında Musayev Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın BMT yanında daimi nümayəndəsi təyin edilmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:174
Bu xəbər 22 Mart 2025 03:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















