Icma.az
close
up
RU
Tofiq Musayev: “Gənclərlə ayaqlaşa bilməyəndə anlayırsan ki, yaş öz sözünü deyir” MÜSAHİBƏ

Tofiq Musayev: “Gənclərlə ayaqlaşa bilməyəndə anlayırsan ki, yaş öz sözünü deyir” MÜSAHİBƏ

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayevin İdman.biz-ə müsahibəsi

- Apreldəki döyüşə hazırlıqlar necə gedir?

- Yaxşıdır. Gələn ay Dubaya təlim-məşq toplanışına yollanmağı planlaşdırırıq.

- Rəqibiniz məlumdur?

- Bəli, ingiltərəli idmançı ilə vuruşacam.

- Adını açıqlaya bilərsiniz?

-Xeyr. Rəqibin adını rəsmi olaraq təşkilat açıqlayacaq.

- Bəs məkan bəllidir?

- Çox güman, ilk döyüş Los-Ancelesdə olacaq. Bu yarışda komanda olaraq mübarizə aparacağıq. Mən Dubay komandasında çıxış edəcəm.

- Sizi yarışa Həbib Nurməhəmmədovun məşqçisi olmuş Xavyer Mendes hazırlayacaq. Əvvəllər onunla işləmisiniz?

- Bundan qabaq vuruşduğum təşkilatlarda qarşılaşmışıq. Ancaq birinci dəfədir ki, işbirliyimiz olacaq.

- "Global Fight League" ilə də işbirliyiniz yenidir. Bu əməkdaşlıqdan gözləntilərinizi və perspektivləri açıqlaya bilərsiniz?

- Dünyanın məşhur idmançılarının əksəriyyəti buradadır. Vaxtilə UFC-də döyüşən çempionlar var ki, müqavilələri bitəndən sonra "Global Fight League"də vuruşur. Yarışlara 430 idmançıdan səsvermə yolu ilə 120 nəfər seçilib. Yeni təşkilat olduğuna görə, qonorar da yüksəkdir. Burada Azərbaycandan döyüşəcək ilk idmançı mənəm. Hazırkı müqaviləmdə 3-4 döyüş keçirəcəyim dəqiq olaraq göstərilib. Həmin qarşılaşmalardan sonra planlar dəyişə bilər. Təşkilatın ilk yarışı olduğuna görə, bizim də gözləntilərimiz çoxdur. Bu döyüşlərdə qalibiyyət əldə edəndən sonra biz artıq azərbaycanlı idmançıları təklif edə bilərik ki, onlara da görüş versinlər.

- Yarış iştirakçıları arasında Sidney Autla, Patrik Pitbul, Kevin Li kimi məşhur idmançılar var. Bu da öz növbəsində rəqabətin güclü olacağından xəbər verir. Siz bu mövzuda nə düşünürsünüz?

- Çətin rəqiblər var. Vuruşmaq istədiyim idmançıların yarıdan çoxu bu təşkilatdadır. İştirakçılar arasında əvvəllər qalib gəldiyim idmançılar da var. Həmişə çalışmışam ki, güclü rəqiblərlə vuruşum. İş elə gətirdi ki, yenə güclülərin arasında öz gücümüzü sınayacağıq. Düşünürəm ki, maraqlı olacaq.

- Karyeranı bitirmək haqqında düşünmürsünüz hələ?

- Sağlamlığım imkan verərsə, güman edirəm ki, iki-üç il də vuruşa bilərəm. Yəqin ki, bu müddət keçəndən sonra karyeramı başa vuraram. Bilirsiniz, bu sağlamlıqla birbaşa bağlı olan məsələdir. Çünki MMA-da zədələr daha çox olur. Kimin orqanizmi imkan verirsə, o da idmanda qala bilir. Ancaq müəyyən bir dövrdə insan hiss edir ki, getməyin vaxtıdır. Gənc nəsillə ayaqlaşa bilməyəndə anlayırsan ki, yaş öz sözünü deyir.

- Siz özünüzdən sonra gələnlərlə ayaqlaşa bilirsiniz?

- Şükürlər olsun ki, mən zaldakı ən gənc uşaqla da sona qədər mübarizə aparıram. Bizim yaş dövrü elədir ki, qarşımızdakı rəqib nə qədər gənc, güclü olsa belə yenə də təcrübə öz sözünü deyir.

- Bəlkə də, yaşınız o qədər də çox olmadığı üçün belə düşünürsünüz.

- Deməzdim, yetərincə yaşım var. 35 yaşım olsa da, özümü yaşlı hiss eləmirəm. Fikrimcə, 35 sadəcə bir rəqəmdir. Əsas insanın beynindən, ürəyindən gələndir.

- Bu gün gənc, perspektivli MMA-çılardan kimin adını çəkə bilərsiniz?

- Öz həmyerlim Asəf Çopurovu qeyd edə bilərəm. O, çox yaxşı döyüşçüdür. Həm yaşı, həm qazandığı nəticələr, həm də fiziki hazırlığı Azərbaycanı UFC-də təmsil etməyə imkan verir.

- Bəs tələbələriniz var?

- Yox. Yarışım olmadığı vaxtlar dost-tanışa fərdi məşqlər keçirəm. Ancaq məşqçi kimi fəaliyyət göstərmirəm. Hələ ki, belə bir fikrim yoxdur. Gələcəkdə bu haqda düşünə bilərəm.

- Bəs ölkəmizdə bu idman növünün inkişafı istiqamətində görülən işləri necə dəyərləndirərdiniz?

- Bildiyiniz kimi, Azərbaycan MMA Federasiyasında vitse-prezidentəm. Azad Əsgərovun rəhbərliyi ilə biz federasiya olaraq, ölkəmizdə MMA-nın inkişafı üçün çalışırıq. Bu yaxınlarda Bakıda “Turan Fight” beynəlxalq turniri keçirildi. Yenidən bu yarışın təşkili üçün danışıqlar aparılır. Növbəti aylarda Azərbaycanda MMA-nın inkişafı üçün ardıcıl olaraq müxtəlif turnirlərin keçirilməsi nəzərdə tutulur. Öz gücünə güvənən idmançılara vuruşmaq üçün şərait yaratmağa çalışırıq.

- Sizcə, bu gün ölkəmizdə MMA döyüşlərinə verilən ortalama qonorar məbləği qənaətbəxşdir?

- Deyərdim ki, rəqəmlər adamına görə dəyişir. Bu gün Azərbaycan MMA-sındakı bəzi idmançılar hələ yeni-yeni reytinqli döyüşlərə çıxırlar. Bəziləri də orta səviyyədə vuruşur. Bir idmançının yarışa hazırlaşmasından ötrü maddi təminat mütləqdir. Bunun təlim-məşqi, vitaminləri, özünün gündəlik xərcləri var. Bir növ qonorarının yarısını öz hazırlığına xərcləyirsən. Yaxşı qonorarı da güclü rəqibə qalib gələn idmançılara verirlər.

- MMA-da istədiyiniz pulu qazana bilmisiniz?

- Mən kasıb oğlan olmuşam. Bu gün ölkə başçımız tərəfindən evlə təmin olunmuşam. İlin idmançısı seçilmişəm. Vuruşa-vuruşa özümə maşın almışam, indi həmin döyüşlərin hesabına öz ayaqlarım üzərində dayana bilirəm. Gözəl ailəm var. Şükür bu günümə. Bir sözlə, gələcəyimi təmin eləmişəm. Ancaq hələ ki, dövlət işində çalışmıram.

- Təklif gəlsə, qəbul edərsiniz?

- Niyə də yox? Mən Vətən müharibəsinin iştirakçısıyam. Cənab prezidentimiz tərəfindən “Cəsur döyüşçü” medalı ilə təltif olunmuşam. Hazırda ehtiyatda olan zabitəm. Bugünkü gündə rütbəm əl verir ki, dövlət işində çalışım. Cavanlığımı ölkəmi, bayrağımı təmsil etməyə həsr etmişəm. Gələcəkdə də bu yolda əlimdən gələni etmək istəyirəm. Təəssüflər olsun ki, bəzən idman karyerası bitəndən sonra idmançını heç kim yada salmır. Həmişə çalışıram ki, o idmançılardan olmayım, tarixə düşməyi bacarım.

- Niyə məhz MMA?

- O vaxt öz istəyim və atamın arzusu ilə bu idman növü ilə məşğul olmağa başladım. Daha sonra özümü MMA-da tapdım. Atam istəyirdi ki, dünyada tanınmış idmançı olum. Şadam ki, valideynimin arzusunu yerinə yetirmişəm. Bu gün ölkədə müəyyən bir kütlənin rəğbətini qazanmışamsa, bu mənim üçün böyük motivasiyadır. Allahın verdiyi hər şeydən çox razıyam. Mənim yerimdə olmaq istəyən çox idmançı var.

- MMA sizdə alınmasaydı, başqa hansı idman növündə özünüzü sınayardınız?

- Boks, yaxud da cüdo. Fikrimcə, bu idman növləri məndə alınardı. Çünki uşaq vaxtı çox dalaşqan idim.

- Bəs indi necə?

- İndi çalışırıq ki, gücümüzü arenada göstərək.

- Sevimli fəndiniz hansıdır?

- Fənd deməzdim, ancaq texnika baxımından ən çox ayaq üstə vuruşmağı xoşlayıram. Görüşlərimin doxsan faizini ayaqüstə keçirirəm. Çünki döyüşə baxan azarkeşlər qan görmək istəyir.

- Uduzduğunuz döyüşlərdən sonra özünüzü necə motivasiya edirsiniz?

- Bir idmançı uduzandan sonra udmağa can atmırsa, ona idmançı gözü ilə baxmıram. Döyüşçü yıxılandan sonra ayağa qalxmağı bacarmalıdır. Yıxılanda ətrafını tanıyırsan, qalxanda isə kütlənin yarısını yanında görürsən. Uduzanda çoxları idmançını pisləyib, haqqında tənqidi şərhlər yazmağa çalışır. Halbuki həmin vaxt idmançının yanında olmaq lazımdır ki, o, özünü toparlayıb, yenidən arenaya qayıda bilsin. Təəssüflər olsun ki, bizdə əksinədir.

Aytac Sahəd
İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 28 Fevral 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see209

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see191

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see167

OKX də Avtomatlaşdırılmış P2P Sifariş İcrası işə düşdü

11 Dekabr 2025 12:12see147

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see146

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see141

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see140

Mədəniyyət Nazirliyi Bəxtiyar Vahabzadənin yubiley gecəsinin biletlərini 140 manata satıb

11 Dekabr 2025 12:41see140

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see137

Özcan Dənizin inanılmaz sərvəti ÜZƏ ÇIXDI FOTO

11 Dekabr 2025 23:53see136

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see136

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see134

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see133

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see132

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see132

Zelenski yeni sülh planı vəd edir: Müharibə bu həftə dayanacaq? ŞƏRH

11 Dekabr 2025 17:36see130

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see129

İlham Rəhimovun gömrükdə işləyən qohumu həbs edildi

11 Dekabr 2025 16:56see125

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see122

Ukrayna millisi DÇ 2026 nın seçmə mərhələsinin pley offunda ev oyunlarını keçirəcəyi yeri müəyyən edib

12 Dekabr 2025 01:05see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri