Tofiq Qasımov dövlət xərcə düşməsin deyə nə etmişdi?
Icma.az, Azpost portalına istinadən məlumat verir.
Tofiq Qasımov xarici işlər naziri olarkən beynəlxalq konfransa ucuz marşrut kimi İran ərazisindən getməyə üstünlük verib.
AzPost bildirir ki, bu barədə Azərbaycan Xalq Cəbhəsinin Lənkəran şöbəsinin rəhbərlərindən olmuş, Lənkəran icra hakimiyyəti başçısının sabiq müavini İltifat Rəhimzadə yazıb.
“1992-cü ilin qışında Xarici İşlər nazirimiz Tofiq Qasımov Ciddə şəhərində baş tutacaq beynəlxalq konfransa gedərkən yolüstü Lənkəranda oldu. Təyyarə daha çox pul götürdüyündən İran marşrutunu məqbul hesab etmişdi. Bir gecə qonağımız oldu. Hamımız bilirdik ki, Tofiq bəyin səfər çamadanındakı əşyaları arasında həmişə çay və kiçik “suqızdıran” (kipyatilnik) olurdu. Qalacağı otellərdə çaya pul verməsin deyə onları götürürdü.
Hökumətimizin maliyyə durumu yumşaq desək yaxşı deyildi. İzafi xərcə yol vermək istəmirdi Tofiq bəy! Saf, pak, dürüst İNSAN idi!”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 25 Yanvar 2025 20:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















