Icma.az
close
up
RU
Menu

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ən çox qazanan televiziya aktyorları...

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Bu ilin büdcəsində niyə profisit yaranıb?

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Nə üçün Naxçıvan Dövlət Universitetini seçməli? Cavadxan Qasımov yazır

Nə üçün Naxçıvan Dövlət Universitetini seçməli? Cavadxan Qasımov yazır

Mia.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Cavadxan Qasımov,

Naxçıvan Dövlət Universitetinin dosenti,
İqtisad üzrə fəlsəfə doktoru

***

Naxçıvan Dövlət Universitetinin qarşıdakı mərhələlər üzrə müəyyəm etmiş olduğu hədəflərin qətiyyətlə əlçatan olması, onun cəlbediciliyinin və elm-tədris sahələri üzrə daha dinamik təşkilatlanmasının hərəkətverici qüvvəsi olmaqdadır. Hər iki istiqamət üzrə davamlı islahatların həyata keçirilməsi bir-birini əvəz edən tədris illərinin olduqca mühüm uğurlarını təşkil etməkdədir. Təbii olaraq, bu proseslər, daha faydalı qəbul nəticələrinin əldə olunmasına səbəb olmaqda və yol açmaqdadır.

Diqqət etdikdə aydın olur ki, universitetimizə qəbul olan abituriyentlər, 600 baldan yuxarı olmaqla yanaşı, eyni zamanda, müasir dünya elminin və tədrisinin aktual olan ixtisaslarına daha çox meyilli olmaqla, həm də araşdırma və müstəqil yanaşma tələb edən ixtisaslarına üstünlük verirlər. Belə bir vəziyyətdə, abituriyentlərin, daha doğrusu, gənclərin Naxçıvan Dövlət Universitetinə yol alması, dövlətimizin burada yaratmış olduğu sağlam ixtisaslaşma mühitinin həm də böyük gənclər tərəfindən dəstəklənməsi deməkdir.

Hazırda 700-ə yaxın olan ballar əsasında hədəf olaraq qəbul olunan ixtisasların tələbəsi olacaq abituriyentlər, daha perspektivli və daha ümidli yolla addımlayacaqlar. Bununla yanaşı, onlar, əmin olmalıdır ki, Naxçıvan Dövlət Universitetinin tələbəsi adını qazanmaqla, həm də, təhsil alacaqları müddətlər ərzində hərtərəfli dövlət qayğı və diqqəti ilə əhatə olunacaqlar. Təcrübəli və peşəkar pedaqoji heyətin, ən müasir, ən modern tədris infrastrukturunun, təsisatlarının və resurslarının əhatəsində etibarlı şəkildə ixtisaslaşacaqlar. Eyni zamanda, tələbə adının qürurlu daşıyıcıları olaraq, onlar, universitetimizin və şəxsən rektorumuzun onların yanında olduğunu bilmələrinə əmin olmalıdırlar. 

Naxçıvan Dövlət Universitetinin müəyyən etmiş olduğu hədəflər daha çox tələbəyönümlü meyarlar üzrə təşkilatlandığından son dərəcə aktuallığına görə seçilməkdədir. Günümüzdə daha çox islahatçı, yenilikçi, ideyaçı olmaq kimi keyfiyyətlərinə görə fərqlənmiş olan hədəflər elə məhz tələbəyönümlülük sahəsində mühüm göstərici olmaqdadır. Hazırda, ölkəmizdə bu məsələlərin hər birini diqqət mərkəzində saxlayan ali məktəblər, modern, çağdaş və innovativ əsaslı elm və tədris  proseslərinin dayaqları kimi çıxış edir. 

Təbii olaraq, bütün bunlar, bakalavr və magistratura təhsil səviyyələrinin həm də ixtisaslaşma imkanlarını genişləndirmiş olur. Eyni zamanda, bu proseslər, müasir sosial, iqtisadi münasibətlərin hərəkətverici qüvvəsi olaraq da əhəmiyyətliliyini yüksəldir. Çünki, əmək bazarının dəyişən tələblərinə xas olan ixtisaslaşma göstəricilərinin diqqətdə saxlanılması və bu sahədə qəbul göstəricilərinin artan dinamikasının nəzərə alınması daha çox əhəmiyyətli olmaqdadır.

Naxçıvan Dövlət Universitetinin bir-birini əvəz edən tədris illərinin xüsusilə də, son altı ilə yaxın olan müddətində daha çox keyfiyyət mərhələləri, göstəriciləri və nəticələri özünü göstərməkdədir. Bunu daha aktual ixtisaslar üzrə qəbul göstəriciləri bir daha göstərməkdədir. 2025-2026-cı tədris ilində də istər bakalavr, istərsə də magistratura təhsil səviyyələrinə qəbul olan tələbə və magistrlər də bunu göstərməkdədir.

Bu, bir həqiqətdir ki, elm və tədris proseslərinin balanslı və tənzimlənən qaydalar əsasında həyata keçirilməsi müəyyən olunan məqsədlərin mühüm mahiyyətini ifadə edir. Bu mənada, universitetimizin hazırda toplamış olduğu elm və tədris potensialı gələcək illər üzrə daha zəruri nailiyyətlər gətirəcəkdir.

Naxçıvan Dövlət Universitetinin tələbə və magistrləri olacaq hər bir gənc əmin olmalıdır ki, onların gələcəyin elm və pedaqoji mütəxəssisləri olaraq formalaşmasında güclü potensiala və təcrübəli, həmçinin peşəkar kadr ehtiyatlarına malik olan ali məktəb var.

Bu günlər yeni bir xoş xəbərlə daha çox qürur duyduq.  Belə ki, Naxçıvan Dövlət Universitetinin çoxsaylı sorğu nəticələrinə əsasən böyük səslə ilk yerdə qərarlaşması bizə olduqca böyük qürur verməkdədir. Sonuncu sorğu nəticələrinə görə III və IV qrup ixtisaslar üzrə yüksək bal toplayan abituriyentlərin seçiminə və region ali məktəbləri içərisində təşkilatlanmasına görə fərqlənməsi təbii bir hal olmaqla, gözləniləndir. 

Çünki Naxçıvan Dövlət Universiteti ölkəmizin:

- istər elm, istərsə də, tədris prosesləri sahəsində davamlı islahatlarının səmərəliliklə müşayiət olunmasında və reallaşmasında;

- modern təsisatlarla və idaretmə ilə təmin olunmada; 

- beynəlxalq elm və tədris əməkdaşlıqlarının və münasibətlərinin perspektivliliyində;

- müvafiq sahələr üzrə tənzimləmələrin həyata keçirilməsində;

- elmi-nəzəri və təcrübi proseslər sahəsində məqsədlərin reallaşmasında;

- müasir əmək bazarının dəyişən tələblərinə xas mütəxəssis hazırlığının təşəkkülündə;

- sənaye universitet işbirliyinin etibarlı təminatında; 

-  milli təhsilin uzunmüddətli hədəflərinin və prioritetlərinin əlçatan olmasında və digər aktual tədbirlərin həyata keçirilməsində öncül olmuş və uğurlu nəticələr əldə etmişdir.

Tərəddüd etmədən bildirmək olar ki, bütün bunlar, dövlətimizin elm və tədris adamlarına göstərmiş olduğu gündəlik qayğı və diqqətinə əsasən mümkün olmuşdur. Eyni zamanda, bu bir həqiqətdir ki, Naxçıvan Dövlət Universitetinin bu uğurlarının əsasında dövlətimizin qayğı və diqqətinin düzgün və müvəffəqiyyətli yerinə yetirən dəyərli rektorumuz Elbrus İsayevdir. 

Güclü elm və tədris təcrübəsinə malik olan rektorumuz yaradıcı və modern yanaşmaya söykənən idarəetməsi ilə universitetimizi daha böyük nailiyyətlərə doğru inamla aparmaqdadır.

Naxçıvan Dövlət Universitetinin hər bir hədəfində, məqsədində və prioritetində ölkəmizin milli təhsil və elm sahələrində həyata keçirmiş olduğu islahatların düzgün icra olunması vardır. Zaman, inkişaf prosesləri və nail olunan mərhələlər bir daha göstərir ki, NDU bu islahatların daha çox reallaşdığı, daha çox gerçək olduğu və daha çox perspektivlər açdığı ali təhsil müəssisəsidir. 

Səmərəli əməkdaşlıqlar, faydalı yol xəritələri, məqsədyönlü tənzimləmələr, düşünülmüş mexanizmlər və gedilən yol, NDU-nun yenilikçi, tələbəyönümlü, modern, çağdaş, gələcəklə səsləşən, eyni zamanda, mükəmməl pedaqoji bazaya əsaslanan və resurslardan daha effektiv istifadə imkanlarını daha da aktuallaşdıran mənzərəsini ortaya qoymaqdadır.

NDU malik olduğu potensialla: 

Nailiyyətin dəyişməz ünvanı olaraq;

Doğruluğun özünü təsdiq edən mexanizmləri kimi və; 

Uzaqgörənliyin tam adı olmaqla, bir idarəetmə, yenilikçilik və modernləşmə məktəbidir. Bu isə, bütün tərəflərinə görə tarixiliklə müasirliyin gücü, müasirliklə hədəflərin mənzərəsi, gələcəyin isə səsidir.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən 24 iyul 2025-ci il tarixində Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğinin artırılması və “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli 961 nömrəli Sərəncamında dəyişiklik olunması barəsində Sərəncamı elmin tədrisə yön verməsinə və tədrisin elm üçün hərəkətverici təsirinə zəmin açmış olacaq. Xüsusilə də, bakalavr və magistratura təhsil səviyyələri üzrə daha təkmil inkişaf mühitinin əsaslarını müəyyən edəcək. 

Tələbəyönümlü tədris və təhsil islahatlarının növbəti mərhələsini ifadə edən bu hüquqi tənzimlənmə, həm də sosial mahiyyəyinə görə daha da aktuallığa malik olacaqdır. Belə ki, burada həm də doktorantların, tələbələrin və magistrlərin sosial vəziyyətinin daha da yaxşılaşdırılması məqsədlərinin əsas tutulduğunu görməkdəyik. 
Eyni zamanda, bununla, gənclərin bəhs olunan sferalar üzrə fəaliyyətlərinin stimullaşdırılması sahəsində də yeni keyfiyyət mərhələsinin əsasları müəyyən olunur.

Nəzərə alsaq ki, artıq elm və tədris sahələri üzrə fəaliyyətlər paralel olaraq davam etdirilir, onda tələbələr, magistrlər və doktorantlar dövlətimizin bu sahədəki qayğı və diqqətini mühüm güc mənbəyi olaraq hiss edəcəklər. Tələbə və magistrlərimiz keyfiyyət və müvəffəqiyyət göstəricilərinin daha da yüksək nəticələrlə davam etməsində maraqlı olacaq və bu, ümumilikdə, tədrisin daha keyfiyyətli təmin olunmasına səbəb olacaq. Təbii olaraq, bütün bunlar, daha etibarlı ixtisaslaşma sahəsində olduqca əhəmiyyətli nəticələr gətirəcək. Müzəffər Ali Baş Komandanımıza dərin minnətdarlıq edirik. 

Bu hüquqi tənzimlənmə, eyni zamanda, öz növbəsində, Naxçıvan Dövlət Universitetində tələbələrin, magistrlər və doktorantların hərtərəfli diqqət və qayğı ilə əhatə olunması sahəsində olduqca mühüm bir nəticə olacaq. Yaradılan şərait, əlverişli fəaliyyət və araşdırma mühiti daha etibarlı elm və tədris proseslərində, həmçinin ixtisaslaşma sahəsində əhəmiyyətli mərhələni təşkil etmiş olacaq.

Naxçıvan Dövlət Universiteti, həmçinin tarixi keçmişimizə sahib çıxmanın olduqca mühüm mərhələlərini keçməkdədir. Təbii olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyimizin təmin olunması sahəsində həyata keçirilən işlər məqsədyönlülüklə davam etdirilməkdə, xüsusilə də, bu sahədəki proseslər onun əsasında elmi əsaslarla davamlılığını gücləndirməkdir.

Bu proseslərə hərtərəfli töhfəsi ilə seçilən və qalib ölkənin inkişaf edən ali məktəbi olaraq, Naxçıvan Dövlət Universitetinin reallaşdırmış olduğu layihələr həm qürurvericidir, həm də, ölkəmizin tarixi Qayıdış missiyasına dəstək olmaqdadır.

Universitetimiz geridə qalan illər ərzində də, dövlətimizin Qərbi Azərbaycana qayıdışla bağlı olan məqsədyönlü siyasətinə təkan olacaq proseslərə imza atmışdır. İstər 2023-cü ilin noyabr, istərsə də 2024-cü ilin iyun aylarında Qərbi Azərbaycana qayıdışla bağlı olan Festival və Konqreslərin keçirilməsi, eyni zamanda, yüksək elmi əsaslara malik olan müzakirələrin aparılması, həmçinin, elmi cəhətdən əsaslandırılmış nəticələrin əldə olunması yüksək aktuallığa malik olmaqdadır.

Eyni zamanda, Naxçıvan Dövlət Universitetinin bu sahədəki proseslərə vermiş olduğu töhfə müstəvisində və tədris proseslərində də Qərbi Azərbaycanla bağlı olan məsələlər nəzərə alınmış və müvafiq ixtisaslar üzrə tədris olunacaq fənnlər təsbit olunmuşdur.

Bununla yanaşı, Qərbi Azərbaycan İcmasının Naxçıvan Muxtar Respublikası üzrə Nümayəndəliyinə rəhbərliyin də məhz Naxçıvan Dövlət Universitetinin və şəxsən Rektorumuz tərəfindən uğurla həyata keçirilməsi bu sahədəki yüksək etimadın göstəricisi olmaqdadır.

Qeyd etmək olar ki, Naxçıvan Dövlət Universitetinin “Tarix”, ”Tarix müəllimliyi” , “Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, “Muzey, arxiv işi və abidələrin qorunması” ixtisaslarında:

- “Qərbi Azərbaycanın siyasi və etno-mədəni tarixi”;

- “Qərbi Azərbaycanın toponimikası”;

- “Qərbi Azərbaycanın maddi-mədəniyyət abidələri” fənlərinin tədris olunması daha mühüm əhəmiyyətinə görə aktuallığa malik olmaqdadır.

Bu münasibətlə, mühüm elmi mahiyyət kəsb edən növbəti tədbirlər, bu günlər ərzində Naxçıvan şəhərində, Ordubad və Kəngərli rayonlarında keçirildi. Tədbirlərdə “Qərbi Azərbaycan irsi” kitabının təqdim olunması və dəyərli Rektorumuzun güclü elmi sübutlarla çıxışı olduqca maraqla qarşılanmışdır. Xalqımızın ümummilli lideri Heydər Əliyevlə başlanan tarixi Qayıdış missiyası, həm işğaldan azad olunan ərazilərimizə qürurla davam edir və həm də, Qərbi Azərbaycana qayıdışla daha böyük iftixar gətirəcəkdir.

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://mia.az
archiveBu xəbər 04 Avqust 2025 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see277

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see271

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see255

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see252

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see245

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see237

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see233

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see227

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see227

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see227

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see220

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see218

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see215

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see214

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see212

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see202

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see197

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see193

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see191

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri