Icma.az
close
up
RU
Tofiq Yaqublunun ailə üzvləri, tərəfdarları reallıq hisslərini itirməməli, Prezidentdən onun bağışlanmasını xahiş etməlidirlər Qüdrət Həsənquliyev

Tofiq Yaqublunun ailə üzvləri, tərəfdarları reallıq hisslərini itirməməli, Prezidentdən onun bağışlanmasını xahiş etməlidirlər Qüdrət Həsənquliyev

Icma.az bildirir, Pravda.az saytına əsaslanaraq.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin sorğusunu cavablandırıb:

- Qüdrət bəy, Musavat partiyasının üzvü Tofiq Yaqublunun aclıq aksiyasını dayandırması barədə məlumatı necə qarşıladınız?

- Çox yaxşı. Yaqublunun ailə üzvləri, səmimi tərəfdarları reallıq hisslərini itirməməli, hesab edirlərsə ki, onun həyatı üçün təhlükə yaranıb, o halda təkəbbürü bir yana qoyub, Prezidentdən onun bağışlanmasını xahiş etməlidirlər. Söhbət insan həyatından gedirsə, kimin haqlı olması məsələsi kənara qoyulmalıdır.

“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunun tətbiqi ilə əlaqədar Ədliyyə Nazirliyinin Kollegiyası tərəfindən qəbul edilən Təlimata əsasən aclıq edən şəxsin tələbləri əsassız sayılarsa o, müalicə müəssisəsinə yerləşdirilməli və həkim nəzarətində saxlanılmalıdır. Həyatı üçün təhlükə yaranarsa və qida qəbulundan imtinanı davam etdirərsə, şəxsi ləyaqəti alçaldılmadan hərəkətləri məhdudlaşdırılmaqla qida borusuna zond salınmaqla məcburi qidalandırılmalıdır. Tofiq Yaqublu haqlı olaraq vəziyyəti o həddə çatdırmadı. Düşünürəm Prezident də bunu nəzərə alar və onu əfv edər.

Biz ƏHD partiyası olaraq dəfələrlə bəyan etmişik ki, insan hüquqlarını müdafiə təşkilatları tərəfindən həbs olunmalarında siyasi motivlərin olduğu iddia olunan (onların haqlı olub-olmamalarından asılı olmayaraq), şəxsiyyət və dövlət əleyhinə xüsusilə ağır cinayətlər törətmiş şəxslər istisna olmaqla, digərləri azad olunarsa, biz bunu düzgün qərar hesab edərdik. Çünki bu qərar humanist addım olmaqla, siyasi baxımdan milli birliyə xidmət edər, cəmiyyət tərəfindən alqışlanar, ölkəmizə qarşı beynəlxalq miqyasda kampaniya aparanlara da əlavə bəhanə verilməz. Bundan başqa qarşıdan mətbuatın 150 illiyi gəlir, çox istərdik bütün jurnalistlər bu əlamətdar tarixi azadlıqda qeyd etsin. Həmin şəxslərin çoxu artıq xeyli müddətdir azadlıqdan məhrum edilib və inanıram ki, çoxları azad olunacaqları təqdirdə fərqli davranış sərgiləyəcəklər.//xalqcebhesi.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://pravda.az
archiveBu xəbər 10 May 2025 19:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan diasporunun lideri sərbəst buraxılıb (Yenilənib)

02 İyul 2025 16:19see216

“Rusiya ikinci cəbhədə Cənubi Qafqazda savaşa risk etməz”

02 İyul 2025 10:18see142

Beynəlxalq olimpiadada 5 medal

02 İyul 2025 10:35see125

Kurtlar Vadisi Pusu nun 53 yaşlı aktrisası soyundu FOTOLAR

02 İyul 2025 09:09see122

Qarabağ daha bir legionerlə yollarını ayıra bilər

02 İyul 2025 10:33see119

4 əsrin faciəsi...

02 İyul 2025 10:18see118

2000 ci illərin mikro şortları yenidən modaya dönəcək...

03 İyul 2025 01:09see117

Şəbnəm Tovuzlu at ilə kamera qarşısına keçdi

02 İyul 2025 10:31see117

İstifadəçi məlumatlarını qanunsuz toplayan “Google” 314 milyon dollar ödəyəcək

02 İyul 2025 08:44see117

A Seriyasının debütantı yeni baş məşqçi ilə anlaşdı

02 İyul 2025 21:50see116

Peşəkar jurnalistlərin unudulmaz ustadı

02 İyul 2025 10:29see116

Ersin Tatar: Türk dünyası sülh və müstəqilliyi birgə qorumalıdır

02 İyul 2025 23:22see116

Qəzzada 60 gün...

03 İyul 2025 08:15see115

Abşeron rayonunda güclü yanğın Onlarla hektar ərazi alov içindədir (VİDEO) KONKRET

02 İyul 2025 23:48see115

Makron digər Aİ liderlərini qabaqlamağa tələsir

03 İyul 2025 07:52see115

"Qurdlar vadisi"nin məşhur aktyoru vəfat etdi

03 İyul 2025 01:43see114

ABŞ 100 ə yaxın ölkəyə 10% rüsum tətbiq edəcək

04 İyul 2025 01:23see112

Pezeşkian: Azərbaycan türkcəsində təhsil milli və beynəlxalq öhdəlikdir

04 İyul 2025 01:48see110

Qadınlar hansı kişiləri daha çox sevirlər: dolğun, yoxsa arıq və əzələli olanları?

04 İyul 2025 00:45see110

Mərkəzi Elmi Kitabxana 2025 ci ilin altı ayı üzrə hesabat verib

02 İyul 2025 18:28see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri